02 İyun 2020, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki 5 nömrəli uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli məşğələ keçilib. Tədbirin keçirilməsində əsas məqsəd bu məktəbəqədər tərbiyə müəssisəsində çalışan tərbiyəçilərə, dayələrə, eləcə də uşaqlara baş verə biləcək fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarını öyrətməkdən ibarət olub.
Tədbirin proqramına uyğun olaraq, uşaqlar fövqəladə hallarla bağlı müxtəlif mövzularda şeirlər söyləyib və səhnəciklər təqdim ediblər. Sonra süni yaradılmış zəlzələ ocağında uşaqlar zəlzələ zamanı davranış və fəaliyyət qaydalarını göstəriblər. Bununla yanaşı, odla bağlı səhnəcik də canlandırılıb, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Sonda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə kursunun elmi-metodik işlər üzrə baş müəllimi, baş leytenant Şərif Əsədov çıxış edərək belə məşğələlərin keçilməsinin əhəmiyyətindən danışıb.

Xəbərlər şöbəsi

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR