02 İyun 2020, Çərşənbə axşamı

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsindən başlamış çoxuşaqlı ailələrin, məhdud fiziki imkanlıların, tənha yaşayan ahılların həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Keçili kəndində yaşayan aztəminatlı, II qrup əlil Natiq Məmmədovun ailəsinə baş çəkilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirərək onlara soyuducu, geyim dəstləri və ərzaq payı vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR