21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bəşəriyyət tarixində sayca beşinci informasiya inqilabının baş verməsi ilə dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişafı informasiya axınının sürətlənməsinə səbəb oldu. Beşinci informasiya inqilabı 1969-cu ildə ARPANET-in işə salınması, fərdi kompyuterlərin meydana gəlməsi ilə başlandı. XX əsrin 90-cı illərinin ortalarından etibarən internet xidmətləri və infrastrukturunun inkişafı kütləvi informasiya vasitələri sırasına yeni bir sahənin – internet medianın da əlavə olunmasına səbəb oldu. Əvvəlcə müxtəlif informasiya agentliklərinin məlumatlarının internet üzərindən yayımlanması ilə başlanan proses zaman keçdikcə təkmilləşərək sadələşdi. Bu gün proseslərin inkişafı o həddə gəlib çatıb ki, artıq informasiyaların toplanması, yayılması ilə nəinki peşəkar jurnalistlər, hər kəs məşğul ola bilər. Son onillikdə baş verən bu cür dəyişmələr isə sosial media anlayışının artıq hər birimizin həyatının tərkib hissəsinə çevrilməsi ilə nəticələndi. Zaman keçdikcə sosial media nəinki bir zamanların əsas informasiya ötürücüləri olan kitab, qəzet, televizoru, bir çox hallarda hətta informasiya saytlarını da kölgədə qoyur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən hərbi münaqişə zamanı Gürcüstan KİV-lərinin faktiki olaraq hamısının, o cümlədən internet saytlarının sıradan çıxdığı zaman sosial media – bloqlar ənənəvi medianın funksiyasını öz üzərinə götürmüşdü. Hətta internet saytı işləməyən Gürcüstan Xarici İşlər Nazirliyi də məlumatları bloqlarda yerləşdirməyə başladı. Beləliklə də, digər kütləvi informasiya vasitələri kimi, sosial media vasitələrinin də dünyadakı informasiya müharibəsində gücü və əhəmiyyəti müəyyən edilmiş oldu.

 Bəs sosial media nədir?

Sosial media elə bir informasiya vasitəsidir ki, bu vasitə ilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-birləri ilə ünsiyyət qura bilirlər. Bu daha əlçatandır və veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Sosial media vasitələri sırasında internet vasitəsilə yayımlanan informasiya saytlarının, ani ünsiyyət proqramlarının, forumların adı çəkilsə də, bu gün ən məşhur və aktiv sosial media vasitələri sosial şəbəkələr, bloqlar və mikro-bloqlar hesab edilir.
Bütün sosial media vasitələri üçün xarakterik olan cəhət informasiyanın sürətli və senzurasız ötürülməsindən ibarətdir. Yəni sosial media vasitələri ilə informasiya ötürən şəxs informasiyanın mənbəyi, toplayıcısı, redaktoru və senzorudur. Lakin sosial media vasitələri mənfi cəhətlərdən də xali deyildir. Məsələn, sosial media vasitələri ilə aldığınız informasiya qeyri-dəqiq, aldadıcı-təbliğat xarakterli ola bilər. Çünki sosial media vasitəsi ilə informasiya ötürən şəxslər əksər hallarda peşəkar jurnalistlər deyil və onlar üçün yanlış informasiyaların ötürülməsinə cavabdehlik kimi bir norma yoxdur.

Hamımıza yaxşı tanış olan...

Sosial şəbəkələr haqqında əvvəllər də bəzi yazılarımızda məlumat vermişik. Bu şəbəkələr virtualda sosiallaşan insanların tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlarıdır. Qeyd edək ki, “Usernet” adlanan ilk sosial şəbəkə və ya sosial media 1979-cu ildə yaradılıb. Lakin bu şəbəkəyə maraq elə də güclü olmayıb və layihə uğursuz alınıb.
Bizə tanış olan adlarla desək: gündəlik olaraq istifadə etdiyimiz tvitter, feysbuk (facebook), linkedin, odnoklassniki və sair kimi saytlar sosial şəbəkələr hesab olunur. Bizim cəmiyyətimizdə çox məhdud dairədə istifadə edilən sosial şəbəkələr də var ki, onların hər biri dünyanın müxtəlif regionlarında aktiv istifadə edilir. Məsələn, Kanadada Nexopia və Hi5, Almaniyada dol2day, bir sıra digər Avropa ölkələrində Tagged, XING və Skyrock, Cənubi və Mərkəzi Amerika ölkələrində Public Broadcasting Service və Orkut, Asiya ölkələrində Friendster, Multiply, Orkut, Xiaonei və Cyworld kimi sosial şəbəkələrdən istifadə edilir.

Bloqlar, yaxud virtual  gündəliklər...

“Bloq” hər bir internet istifadəçisinin yarada biləcəyi onlayn gündə­likdir. Bloqun müəllifi onun yazılarının kimin tərəfindən – bütün internet istifadəçilərinin, yaxın dostlarının və ya yalnız özünün oxuyacağına və şərh edəcəyinə qərar verir. Bloq istifadəçiləri bir-birlərinin gündə­liklərini oxuya, şərh edə, öz aralarında müzakirə edə, bir-birləri ilə tanış ola, ünsiyyət qura, hətta maraq dairələrinə görə qrup yarada bilərlər.
Artıq qeyd etdiyimiz kimi, bir çox hallarda rəsmi informasiya saytlarının fəaliyyətinin dayandırılması şəraitində bloqlar ənənəvi KİV-in rolunu öz üzərinə götürə bilirlər. KİV-lə rəqabət aparan qüvvə kimi bloqlar ilk dəfə 2001-ci ilin 11 sen­tyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı özünütəsdiq imkanı əldə edib. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alır, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər. Bloqlardan məlumatların yayımlanması o qədər sürətli baş verirdi ki, bir çox digər ölkələrdəki ənənəvi KİV-lər də onlara istinadən məlumatlar yayırdılar. Məhz bu hadisələrdən sonra ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi də təqdim edilməyə başlandı.

Niyə təhlükəlidir?

Sosial medianın sürətli və əlverişli olması ilə yanaşı, bir sıra təhlükəli tərəfləri də var. Artıq “cəmiyyətin səsi”nə çevrilmiş sosial media “xoş niyyətli olmayan” qrupların əlində dezinformasiya (qeyri-dəqiq informasiya) yaymaq, yanlış informasiya ötürməklə insanlar arasında kütləvi narahatlıq yaratmaq, ictimai normaları nəzərə almadan təhqir və təhdid xarakterli məlumatları kütləyə çatdırmaq üçün vasitəyə çevrilir.
Hər hansı bir ad altında “gizlənmiş” müəllifin üzərinə məsuliyyətin düşmədiyi belə hallarda önəmli olan məsələ hadisənin əsl mahiyyətinin anlaşılması üçün oxucu sayıqlığının olmasıdır. Çünki sosial mediada bəzən şişirdilmiş informasiyanın paylaşılmayacağına kimsə təminat vermir.

Beləliklə, bu gün sosial mediada yayımlanan operativ məlumatların baş verən hadisələr haqqında insanları televiziya, radio və informasiya portallarından öncə xəbərdar etməsi müsbət hal olsa da, informasiyanın doğru və ya yalan olmasını dəqiqləşdirmək imkanlarının məhdudluğu, sadəcə, təəssüf doğurur. Bu cür təsirlərdən qorunmaq üçün isə hər kəsin məsuliyyəti hələ ki öz üzərindədir.

Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299614
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3436
4291
11382
84260
3299614

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter