25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu mövzuda Kəngərli rayonunda tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Kəngərli Rayon İcra Hakimiyyətinin akt zalında “Ailə kiçik dövlətdir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq tədbirin əhəmiyyətindən danışmışdır.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov çıxış edərək bildirmişdir ki, inkişaf etmiş demokratik dövlətlərdə sosial həyatın müxtəlif sahələrində əxlaqi amillərin rolunun artması ilə əlaqədar ailənin də ictimai rolu artır. Buna görə də sivil cəmiyyətlərdə əxlaq və hüquq normaları ailənin möhkəmləndirilməsinə yönəldilmişdir. Çünki cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır. Əgər ailənin təməli möhkəm olarsa, cəmiyyətdə də birlik möhkəm olacaqdır.

“Müasir ailə modeli – ailədaxili münasibətlərin tənzimlənməsi əsas faktor kimi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, ailədə insanın şəxsiyyət və ehtiramının, fiziki sağlamlığının qorunması düzgün qurulmalıdır. Buna görə ki, cəmiyyətin davamı insanların sağlam mühitdə yaşamasından xeyli asılıdır. Qeyd olunmuşdur ki, ailə dəyərlərimizin əsasını ailədaxili münasibətlər təşkil edir. Bu münasibətlərin düzgün qurulması üçün ailə üzvləri, ilk növbədə, ər və arvad bir-birinə hörmət və ehtiramla yanaşmalıdırlar. Əgər bir ailədə hörmət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz. Ailədə səmimi münasibətin, hörmətin, mehribanlığın yaranmasına səbəb ailə üzvlərinin gözəl əxlaqa sahib olmalarıdır. Ailənin möhkəmlənməsi, hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Ailənin uzun­ömürlü olması da xalqımızın ailə dəyərlərindən hesab edilir. Ailənin uzunömürlü olmasının əsas səbəblərindən biri isə sağlam həyat tərzi, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olmasıdır. Bunun üçün, hər şeydən əvvəl, valideynlər uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, ailə qurduğu zaman ona düzgün yol göstərməli, tələsməməyə, ailə quranların fiziki və psixi cəhətdən hazır olduğu vaxt onlara bu addımı atmasına icazə verməlidirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Ailə münasibətlərinin hüquqi əsası” mövzusunda çıxış etmişdir. Vurğulanmışdır ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənələri nəzərə alınaraq “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” qəbul edilmişdir. Hüquq sahəsi olaraq ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir. Ailə ictimai həyata öz təsirini göstərir, o, insan nəslinin davam etməsində, uşaqların tərbiyəsində, şəxsiyyətin formalaşmasında həlledici rol oynayır. Qadın və kişi ailə münasibətlərində bərabər və şəxsi əmlak hüququ vəzifələrinə malikdirlər. Bu, ailə qanunvericiliyinin mühüm prinsipial müddəasıdır. 
“Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktordur. Bu fundamental siyasi, iqtisadi, elmi əsaslara söykənən mühüm dövlət sənədinin bazasında gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi istiqamətində çoxşaxəli tədbirlər planı dayanır. Bundan əlavə, gənclərin ailə həyatında üzləşdiyi problemləri həll etməkdə dövlətin rolunu artırmaq, gənclərin sosial və ailə problemlərinin həllinə kömək etmək, sağlam nəslin yetişməsi məqsədilə “Gənc ailə” pro­qramının qəbul edilməsi mühüm əhəmiyyətə malikdir.
“Zərərli vərdişlərin ailə münasibətlərinə mənfi təsiri” mövzusunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyev çıxış edərək yetkinlik yaşına çatmayanların zərərli vərdişlərə meyil etməsinin, uşaq əməyi istismarının, valideynlər tərəfindən uşaqların nəzarətsiz qalmasının ailə faktoruna mənfi təsirindən danışmışdır.
Tədbir iştirakçılarının sualları cavablandırılmış, onlara müvafiq mövzularda ma­arifləndirici broşürlər paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
566
4327
4893
113291
3061960

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter