24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada bu kateqoriyadan olan insanlara hərtərəfli dövlət qayğısı göstərilir

   Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 14 oktyabr 1992-ci il tarixli qərarı ilə hər il 3 dekabr dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. 

            Dövlətimiz tərəfindən bu kateqoriyadan olan şəxslərə daim diqqət və qayğı göstərilir, onlara ictimai həyatın bütün sahələrində iştirak etmək imkanları yaradılır. Əlillərin sosial, iqtisadi, hüquqi təminatlarına xidmət edən “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu diqqət və qayğının daha bir nümunəsidir.

            Əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin sayı artmaqdadır. Belə ki, onların sosial müdafiəsinin daha etibarlı təmin edilməsi məqsədi ilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və sosial müavinətlərin məbləği artırılır, onların sağlamlığı qorunur. 

            Dinamik inkişaf mərhələsini yaşayan muxtar respublikamızda əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi,

reabilitasiyası və cəmiyyətə inteqrasiyaları ilə əlaqədar tədbirlərin həyata keçirilməsi davamlı xarakter almışdır. Müvafiq kateqoriyadan olan əlillər üçün fərdi evlərin və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobilləri və texniki bərpa vasitələri ilə təmin edilməsi, sağlamlıqlarının qorunması, tənha yaşayan və köməyə ehtiyacı olan əlillərə evdə sosial məişət xidmətinin göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər onların həyat səviyyələrinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

            2012-ci ildə əlillərin sosial müdafiəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 216 əlilin Naxçıvan Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 215 uşağın Uşaq Bərpa Mərkəzində, 103 əlilin isə ölkə daxilində və respublikadan kənardakı sanatoriya və pansionatlarda müalicə olunmalarına köməklik göstərilmişdir. Bu dövrdə əlillərin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün 80 nəfərə əlil arabası, 77 eşitmə aparatı və müxtəlif texniki bərpa vasitələri verilmiş, 545 əlilə protez-ortopedik xidmət göstərilmişdir.

            Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və 1941-1945-ci illər müharibəsi əlillərinə, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın ləğvində iştirak edərək sağlamlığını itirən şəxslərə son 17 ildə dövlət hesabına 289 ədəd minik avtomobili verilmişdir. Əlbəttə, rahat mənzildə yaşamaq hər bir ailənin sevinc mənbəyidir. Muxtar respublikada 185 müharibə əlili və şəhid ailəsi hər cür kommunal şəraitə malik mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Ötən il sosial qayğıya ehtiyacı olanlara minik avtomobillərinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən bu yolun uğurla davam etdirilməsi, bu yola yüksək sədaqət göstərilməsi ölkəmizdə bütün sahələrin sürətli inkişafını təmin edir”.

            Sağlamlıq imkanları məhdud şəxslərin müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən bəhrələnmək imkanları günü-gündən genişlənir. Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu kateqoriyadan olan şəxslərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnmələrinə və cəmiyyətimizin həyatında fəal iştiraklarına təkan vermişdir.

            Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların istedadlarının, fərdi qabiliyyət və bacarıqlarının üzə çıxarılması məqsədi ilə bədii yaradıcılıq müsabiqələri, rəsm əsərləri və əl işlərindən ibarət sərgilər, idmanın müxtəlif növləri üzrə yarışlar, konsert proqramları təşkil edilir. Əlamətdar günlərdə onlarla müxtəlif görüşlər keçirilir. “Milli dəyərlər ili” olan 2012-ci ildə Naxçıvan şəhərində istedadlı məhdud fiziki imkanlı şəxslərin əl işlərinin satışı üzrə mağaza fəaliyyətə başlamış, Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda məhdud fiziki imkanlı 45 şəxsin, 15 uşağın və 15 ahılın 72 rəsm və 166 əl işinin satış-sərgisi təşkil edilmiş, asfalt üzərində “Vətənimdir Azərbaycan” devizi altında rəsm müsabiqəsi keçirilmişdir. Satış-sərgidə xüsusi ilə fərqlənən 22 rəsm və 18 əl işi Bakı şəhərində keçirilən Əlillərin VIII Ümumrespublika Sərgi-Müsabiqəsinə göndərilmişdir. Həmçinin 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə paralimpiyaçılar arasında stolüstü tennis yarışı təşkil edilmiş, əlamətdar günlərdə 1522 əlillə görüş ke­çirilmiş və onlara sovqatlar verilmişdir.

            Dövlətimizin iqtisadi qüdrəti yüksəldikcə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğı da artır. Davamlı inkişaf və iqtisadi sabitliyin təmin olunması, nəticə etibarı ilə, əlillərin sosial müdafiəsinin və həyat səviyyələrinin daha da yüksəlməsinə zəmin  yaradır.

 

 

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3059828
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2761
4261
2761
111159
3059828

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter