14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

 Muxtar respublikamızın iri kənd yaşayış məntəqələrindən bəhs etdiyimiz “Şəhərləşən kəndlərmiz” rubrikasında növbəti yazımızda Cəhri kəndinin tarixi və onun simasına şəhər gözəlliyi gətirən müasir intibahı haqqında danışacağıq. Naxçıvanın əhalisi 5 min nəfərdən çox olan müxtəlif kəndləri haqqında bəhs olunan bu rubrikada bölgənin iri yaşayış məntəqəsi kimi Cəhrinin qovuşduğu şəhər mədəniyyəti barədə oxuculara məlumat vermək məqsədilə Cəhriçay  istiqamətində yola çıxdıq. 

Cəhri kəndi Cəhriçay vadisi boyunca və Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu üzərində Naxçıvan şəhərindən 16 kilometr, rayon mərkəzi Babək qəsəbəsindən 25 kilometr aralı məsafədə yerləşir. Əhalisi 10 min 500 nəfərdən çox olan bu kənd çox geniş bir əraziyə, təqribən, 386 hektar sahəyə yayılmışdır. Ümumiyyətlə isə Cəhrinin 9580 hektara çatan ümumi torpaq sahəsi vardır.
Əvvəlcə qeyd edək ki, Cəhri kəndi hazırda təkcə Babək rayonunun deyil, bütövlükdə muxtar respublikanın iri kənd yaşayış məntəqələrindən biridir. Oxucularımıza Cəhrinin tarixi, onun adının etimologiyası, tarixi mənbələrdə Cəhri haqqında rast gəlinən məlumatlar maraqlı olardı. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Cəhri kənd sakini Fəxrəddin Səfərliyə müraciət etdik. Alim şəhərləşən kənd olan Cəhrinin tarixi haqqında qiymətli məlumatlar verdi. Sözsüz ki, qədim şəhər mədəniyyətinə sahib olan bir yaşayış məntəqəsinin tarixini bilmədən onun bugünkü inkişafına nəzər salmaq çətin olardı.

Fəxrəddin Səfərlinin dedyinə görə, Cəhri toponimi hələlik tam dəqiq izah olunmasa da, bəzi tədqiqatçıların fikrincə, o, qədim türk sözü olan “Çağrı”, yəni “Şahin” sözündən törənmişdir. Kəndin ərazisində yerləşən və indiyə qədər qalıqları qalan İşıqlar, Kəndtəpə, Uzuntəpə, Qoşatəpə, Qaracalar, Əyriarx və sair yaşayış yerlərində insanların erkən çağlardan məskunlaşması Cəhri kəndinin qədim tarixindən xəbər verir. Rəvayətə görə, İşıqlar yaşayış məskəni orta əsrlərdə yadelli hücumlar nəticəsində dağıldığı üçün əhalisinin bir hissəsi indiki Cəhri kəndində məskunlaşmış, qalanı isə Qərbi Azərbaycanın Sisian bölgəsinə köçərək orada eyniadlı (İşıqlar) yaşayış məskəni salmışdır. İndiki Cəhridə bu günədək yaşayan qədim məhəllə adları olan Cilovxanlı, Salahlı, kəndin şərq tərəfində yerləşən qəbiristanlıqda indiyə qədər qalan daş qoç fiqurutipli qəbirüstü abidələr onun qədim tarixindən xəbər verir. Buranın əhalisi qədim zamanlardan Naxçıvanda məskunlaşmış Kəngərli tayfasının “Yurdçu” qoluna mənsubdur. İndiki Cəhri kəndinin ərazisində şəhər böyüklüyündə bir yaşayış məntəqəsi olmuşdur.
Cəhri kəndinin tarixi haqqında bu kəndin yetirməsi, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Cəhriçay vadisi” kitabında da maraqlı məlumatlar vardır. Alimin apardığı tədqiqatlardan məlum olur ki, Cəhri və Cəhriçay vadisi, ümumilikdə, Naxçıvan bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. Bura insanların keçirdiyi oturaq həyat tərzi, qədim sənətkarlıq, mühüm karvan yollarının keçdiyi ticarət yerlərindən biri olmuşdur. Ciddi strateji əhəmiyyət kəsb etməklə bu bölgədə möhtəşəm müdafiə qalaları tikilmiş, qala şəhərlər mövcud olmuşdur.
Qədim şəhər mədəniyyətinə malik Cəhridə təkcə kankanlıq sənətinin çox qədim tarixi vardır. Cəhri qədimdə sənətkarlıq baxımından xeyli inkişaf etmişdir. Eneolit, Tunc və sonrakı dövrlərə aid aşkar edilmiş keramika məmulatları, ocaqlar və digər məişət əşyaları, kürələr, emalatxana qalıqları regionda dulusçuluğun güclü inkişaf etdiyini söyləməyə imkan verir. Qədim Naxçıvanın bir çox yerlərində olduğu kimi, bu kənddə də müqəddəs məkanlar çoxdur. Cəhrinin inanc yerlərindən Qaş piri çox məşhurdur. Xalq arasında və mənbələrdə İsfəndiyar Zaviyəsi (piri) kimi tanınan ziyarətgah Cəhri kəndinin qərbində “Qaş” adlanan dağ sil­siləsinin ətəyindədir. Cəhri kəndindən, təxminən, 2 kilometr qərb tərəfdə, dağlıq əra­zidə yerləşən bu sufi mərkəzi orta əsrlərdən tanınır.
Tarixin sonrakı dövrlərində də Cəhrinin inkişaf etmiş bir yaşayış məntəqəsi olduğunu görürük. Hələ 1727-ci ildə tərtib olunan “Naxçıvan sancağının müfəssəl dəftəri”ndən məlum olur ki, Cəhridə dəyirmanlar, çox geniş ərazilərdə üzüm bağları olmuşdur.
Cəhri kəndi bu gün özünün intibah dövrünü yaşayır. Cəhridə tarixi keçmişdən gələn milli dəyərlərimiz müasir inkişafla qucaqlaşdıqca tamam yeni bir mənzərə ortaya çıxır. Kəndə gəlmiş qonağa xüsusi ehtiramı ilə seçilən, ağsaqqallarının bir sözünün iki olmadığı Cəhridə yeni nəslin hərtərəfli inkişaf etdiyini hamı bilir. 1941-1945-ci illər müharibəsində qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş 5 nəfər şəhid cəhrililərin fəxridir. Bu kəndin yetirmələri – iki nəfər AMEA-nın müxbir üzvü, 50-yə yaxın elmlər və fəlsəfə doktorları, Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları haqqında burada həvəslə danışırlar.
Müasir Cəhri sürətlə böyüməkdədir. Evlərinin sayı 1600-dən yuxarı olan Cəhridə yeni təsərrüfatlar yarandıqca kənd iki istiqamətdə – şimal və cənub istiqamətlərində genişlənməkdədir. Kənddə olarkən öyrəndik ki, burada villatipli evlərin sayı da durmadan artır. Hazırda kənddə 50-dən artıq belə ev vardır. Kənd böyüdükcə o, qonşudakı nisbətən kiçik Payız və Gülşənabad kəndləri üçün də cazibə mərkəzinə çevrilir.
Cəhrililər təsərrüfata, torpağa sıx bağlı insanlardır. Hələ qədimdən burada suvarma əkinçiliyi mədəniyyəti formalaşmışdır. Kənd icra nümayəndəsi Çingiz Tahirovun dediyinə görə, Cəhridə 1254 hektar əkilən sahənin hamısı suvarılan torpaqlardır. Kənddən keçən çay və Heydər Əliyev Su Anbarından çəkilmiş kanal bu torpaqların əsl həyat mənbəyidir. Cəhri kələmini Naxçıvan bazarında hamı yaxşı tanıyır. Kənddə 930 hektara yaxın sahədə taxıl əkilmişdir. Bundan əlavə, Cəhridə bağçılıq və tərəvəzçilik də geniş yayılmışdır. Heyvandarlığa gəldikdə isə hazır­da kənddə 1600 baş iribuynuzlu, 20 min başdan çox xırdabuynuzlu heyvan bəslənildiyini bildirdilər. Cəhridə arıçılıq da inkişaf etdirilir. 1300-ə yaxın arı ailəsindən bu yerlərin çiçəyinə xas ətirli bal əldə olunur.
Muxtar respublikamızda geniş vüsət almış müasir intibah Cəhriyə şəhər görkəmi qazandırmış, onu abad bir yaşayış məntəqəsinə çevirmişdir.

(Ardı var)
 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272126
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1747
4121
9895
56772
3272126

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter