17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, istifadəyə verilən yeni istehsal və emal müəssisələri, günü-gündən genişlənən xidmət sahələri ixtisaslı kadrlara olan tələbatı daha da artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Regional Peşə Tədris Mərkəzi də bu zərurətdən irəli gəlmişdir.

            İşaxtaran və işsiz vətəndaşların rəqabətədavamlı peşə və ixtisaslara yiyələnməsi, habelə müasir tələblərə cavab verən peşələr  üzrə hazırlıq işinin təşkili onların münasib işlə təmin edilməsində mühüm rol oynayır. Mərkəzdə Məşğulluq Xidməti orqanları tərəfindən göndərilən işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələbinə uyğun peşələrə yiyələnməsi, ixtisaslarının artırılması, eyni zamanda fərdi məşğulluğunun təmin edilməsi məqsədilə peşə hazırlığı kursları təşkil olunur. Peşə kurslarının təşkilində müdavimlər seçilərək qruplaşdırılır, işaxtaranların yeni peşələrə yiyələnməsi üçün onların əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meyilləri, bacarıq və vərdişləri nəzərə alınır.

            Mərkəzdə müdavimlərin zəruri biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılmış, elektron lövhə, sürətli internet, kompyuter sinifləri, kitabxana və emalatxanalar müdavimlərin istifadəsinə verilmişdir.

         Yaradılan şərait müxtəlif peşə hazırlığı üzrə kurs keçən müdavimlərin öz bilik və vərdişlərini artır­masına imkan verir. Mərkəzdə bu günədək 72 peşə hazırlıq kursu təşkil edilmiş, 868 işaxtaran müxtəlif sahələr üzrə peşə təhsili almışdır.

            Bu il də əmək bazarının tələblərinə uyğun olaraq, müxtəlif peşələr üzrə kurslar təşkil edilmişdir. Muxtar respublikada göstərilən məişət xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə “Bərbər”, “Qadın saç ustası”, “Dərzi”, “Fotoqraf”, kənd təsərrüfatı, energetika və rabitə sahələrinin ixtisaslı kadrlara olan tələbatını təmin etmək məqsədilə “Traktorçu-maşınçı”, “Elektrik montyoru”, “Kabel lehimləyicisi və elektrik montyoru”, “Elektrik avadanlıqlarının təmiri və elektromexanik”, inzibati və yaşayış binalarının qazanxanalarını ixtisaslı mütəxəssislərlə təmin etmək üçün “Qazanxana maşinisti”, muxtar respublikaya gələn turistlərə  peşəkar bələdçilik xidməti göstərmək məqsədilə “Bələdçi (Gid)” kursları təşkil edilmişdir. Eyni zamanda milli dəyərlərimizin qorunub-yaşadılması məqsədilə xalq sənətkarlığı nümunələrini və milli mətbəximizin incəliklərini öyrətmək və yaşatmaq üçün “Toxucu”, “Xalçaçı”, “Keçəçi”, “Aşpaz köməkçisi” və “Qalayçı” peşələri üzrə də kurslar açılmışdır. Hazırda mərkəzdə “Elektrik mon­tyoru”, “Elektrik avadanlıqlarının təmiri və elektromexanik”, “Qazanxana maşinisti”, “Kabel lehimləyicisi və elektrik montyoru”, “Fotoqraf” və “Qadın saç ustası” peşə hazırlığı kursları üzrə 91 müdavim təhsil alır.

            Naxçıvan Regional Peşə Tədris Mərkəzində idarə, müəssisə və təşkilatlarla bağlanan müqavilə əsasında ixtisaslı kadrların hazırlanması üçün də peşə hazırlığı kursları təşkil edilir. Belə ki, mərkəz tərəfindən 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində qazanxanaları ixtisaslı mütəxəssislərlə təmin etmək məqsədilə 12 nəfər məhkuma “Qazanxana maşinisti” peşə hazırlığı kursu   keçilmişdir.

            Kursları müvəffəqiyyətlə başa vuran müdavimlərin öz peşə sahələri üzrə münasib işlə təmin olunması da diqqət mərkəzində saxlanılır. Cari ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təhsilini başa vuran 148 müdavim muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində peşələrinə müvafiq işlə  təmin olunmuşdur.

            Naxçıvan Regional Peşə Tədris Mərkəzi tərəfindən işaxtaran və işsiz vətəndaşların müxtəlif peşələr üzrə kurslara cəlb edilməsi, peşə hazırlığı sahəsində fəaliyyətin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 

            Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3282992
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1477
3444
20761
67638
3282992

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter