17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin “Təbriz” küçəsi 1 ünvanında “Nar Mobile” Mobil Telefon Şirkətinin yeni satış və xidmət mərkəzi yaradılıb. Dekabrın 4-də yeni mərkəzin açılışı olub. Açılış zamanı sözügedən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarainin, Satış şöbəsinin baş direktoru Leyla Nəsrullayevanın, Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayıl­ovun çıxışları olub. Çıxışlarda ölkəmizdə, eləcə də muxtar respublikamızda mobil telefon şirkətlərinə yaradılan imkanlardan danışılıb, bu imkanların şirkətlərin müştərilərə göstərdiyi servis xidmətlərinə də böyük təsir göstərdiyindən söhbət açılıb.

Ardını oxu...

İnsanın cəmiyyətdəki şüurlu fəaliyyətinin əsas məzmunu əməklə məşğul olmaq, özünə və başqalarına faydalı olan maddi nemətlər istehsal etməkdir. İnsanın tələbatları genişlənib əməyin də dəyərinin artması ilə yaranan münasibətlər arasında sığorta da öz əhəmiyyətini artırmaqdadır. İstehsalın təhlükəsizliyinin artırılması, əmək qabiliyyətinin qorunması tədbirləri ilə yanaşı, sığorta da iş zamanı baş verə biləcək bədbəxt hadisələr nəticəsində insanların həyatına, eləcə də sağlamlığına və deməli, əmək qabiliyyətinə dəyən zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Belə bir sığortanın icbari xarakterdə tətbiqi isə cəmiyyətdə hamının qəbul etdiyi digər icbari qayda-qanunlar kimi ictimai zərurətdən irəli gəlib, son nəticədə, insanın sosial müdafiəsinə xidmət edir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində fiziki imkanları məhdud şəxslərin iştirakı ilə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.
Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək bildirib ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, o cümlədən fiziki imkanları məhdud insanlara hərtərəfli diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olanların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının mühafizəsi və tibbi-sosial reabilitasiyasının təşkili, informasiya texnologiyalarından istifadələri, onların cəmiyyətə inte­qrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Həmin gün rayon mərkəzlərində də tədbirlər keçirilib. Kəngərli rayonunda keçirilən tədbirdə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu  iştirakçılar qarşısında konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, ümumilikdə, fiziki imkanları məhdud 1000 nəfərə ərzaq sovqatı təqdim olunub.
Fiziki imkanları məhdud şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərilir

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-ü dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur.
Dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunmasından ibarətdir. Ölkəmizdə bu kateqoriyadan olan şəxslərə göstərilən xidmətləri tənzimləyən, onlara sosial, iqtisadi və hüquqi təminatlar verən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə mütəmadi olaraq bu kateqoriyadan olan uşaqların zehni inkişafına, dünyagörüşünün artmasına zəmin yaradan intellektual oyunlar təşkil edilir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu istiqamətdə növbəti tədbir təşkil edilib. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək 21 uşağın iştirakı ilə intellektual və kinekt oyunlar üzrə yarış keçirilib. Yarışda üç qrupa bölünən sağlamlıq imkanları məhdud uşaqlar üç mərhələdə yarışıblar. İki mərhələdə yarış iştirakçıları kompüter vasitəsilə “çətin basketbol” və “almaz məntiqi” oyunları, üçüncü mərhələdə isə “dağ silsiləsi” kinekt oyunu üzrə qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Hər mərhələnin qalibinə mükafat, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4262619
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3701
6540
15784
93977
4262619

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter