07 İyul 2020, Çərşənbə axşamı

Artıq Bilik Günü yaxınlaşır. Bu ərəfədə övladları məktəbə gedəcək valideynlərin qayğıları da artır. Əvvəllər onlar məktəbli övladları üçün geyim dəsti, dərs ləvazimatları əldə etməkdən ötrü ayrı-ayrı ünvanlara üz tuturdular. Bəzən bazarlardakı qiymətlər də münasib olmurdu. Bu cəhətdən artıq neçə ildir ki, Naxçıvan şəhərində təşkil olunan ənənəvi məktəbli yarmarkalarının böyük əhəmiyyəti var.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil olunan yarmarka hər gün saat 900-dan 1400-ə kimi əhaliyə xidmət göstərir. Yüzlərlə adamın müraciət etdiyi yarmarkada olduq. O an yadıma məktəbli olduğum illər düşdü. Yenicə müstəqillik qazanmış dövlətimizdə o zaman bütün sahələrdə olduğu kimi, təhsilimizdə də vəziyyət acınacaqlı idi. Lazım olan dərsliklərin tapılmaması, yaxud onların bazarlarda çox baha qiymətə satılması adi hal idi. Artıq o günlər xeyli geridə qalıb. Bu mənada indi orta məktəblərdə təhsil alan şagirdlərə qibtə ilə baxmaq olar. Onlar üçün məktəbli yarmarkasında nə istəsən var. Geniş sahədə piştaxtalar üzərinə səliqə ilə düzülmüş çeşid-çeşid məktəbli ləvazimatları, nümunə üçün asılqanlardan asılmış məktəbli formaları belə deməyə əsas verir.

Ardını oxu...

Sentyabrın 4-də Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıb.
Qeyd olunub ki, ölkə başçısının 5 sentyabr 2009-cu il tarixli “Təhsil haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Fərmanının icrasını təmin etmək və gənc kadrların iş şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli Qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Qərarında dəyişiklik edilib. Yeni qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişi ilə iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən 35 yaşadək gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 160 manat məbləğində əlavələr ödəniləcəkdir. Üçillik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya əməkhaqqına əlavə olunacaqdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində yük və sərnişindaşıma xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infra­strukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsi zərurətini yaradır. Qeyd olunub ki, muxtar respublika ərazisində sərnişin və yük daşınmasına görə razılıq (lisenziya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 5 il müddətinə verilir.

Ardını oxu...

Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaradılmış “Arpaçay” instrumental, Şərur Xalq Yallı, “Şərur qönçələri” Uşaq Yallı ansamblları rayonun mədəni həyatında fəal iştirak edir, şərurluların asudə vaxtlarının səmərəli təşkilinə səy göstərirlər. Adıçəkilən kollektivlər tez-tez rayon ərazisində yerləşən hərbi hissələrdə də olur, hərbçilər qarşısında maraqlı konsert proqramları ilə çıxış edirlər.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, bu günlərdə adıçəkilən kollektivlər “N” hərbi hissəsində olub. Ansamblların repertuarında dövlətçiliyimizə, müstəqilliyimizə, vətənpərvərliyə həsr olunmuş mahnılar səsləndirilib, ansamblların ifasında əsgərlərimizdə döyüş ruhunu yüksəldən rəqslər və yallılar təqdim edilib. Konsert pro­qramı əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb.
Hərbi hissə rəhbərliyi bu tədbirin xalq-ordu birliyinin bariz ifadəsi olduğunu diqqətə çatdırıb, əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verdikləri üçün musiqi kollektivlərinə şəxsi heyət adından minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda gələcəyimiz olan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar daim dövlətimizin diqqət və qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, xüsusi istedada malik olanların aşkara çıxarılması, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər şəxsiyyət kimi formalaşması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd olunan tədbirlərin davamı olaraq, 15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, habelə aztəminatlı ailələrin uşaqları ilə görüş keçirilmişdir.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR