19 Fevral 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, döngə 27, ev 8 ünvanında yaşayan aztəminatlı Qəhrəman Bağırovun ailəsinə baş çəkiblər. Ailənin məişət şəraiti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib.
Aztəminatlı ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agen­t­­liyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Dövlət Baş Sığorta Ağentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış etmişdir. Qeyd olunmuşdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına nəzarət işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici görüşlər keçirilməsi istiqamətində öz səylərini artırmalıdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə seminar-məşğələ keçirib. Seminar-məşğələdə plastik kartların növləri, ticarət, xidmət obyektlərində POS-terminallardan istifadə edilməsi, internet vasitəsilə kommunal xərclərin ödənişi və mobil telefonlara danışıq kartlarının yüklənməsi, eləcə də digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin edilməsi ilə bağlı məlumatlandırma aparılıb.
Tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanılması və təsərrüfat əməliyyatlarının xərclərinin azaldılmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.

Ardını oxu...

Ordubad rayonundakı Sabirkənddə “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, cəmiyyətin inkişafında ailənin üzərinə mühüm vəzifələr düşür. Ailə öz mahiyyətini və funksiyasını o zaman bütövlükdə yerinə yetirmiş olur ki, hər bir ailə üzvü üzərinə düşən vəzifələri lazımınca yerinə yetirsin. Bu mənada qadın böyük rola malikdir. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması istiqamətində təşkil olunan tədbirlər davam etdirilir.
Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə “Oxu, qavra” adlı  növbəti mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunmuş test suallarını cavablandırıblar. Ən çox test sualını düzgün cavablandıran iştirakçı yarışın qalibi hesab edilib.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara qiymətli hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.
Bu tədbir sağlamlıq imkanları məhdud uşaqlarda mütaliə vərdişi yaratmaqla onların zehni inkişafının artmasına və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR