18 Yanvar 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən seminar 12 sentyabr 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə komitə qarşısında qoyulan vəzifələrin yerinə yetirilmə vəziyyətinə həsr olunmuşdu. Seminarı komitə sədrinin müavini Vüqar Muxtarov açaraq bildirmişdir ki, verilmiş tapşırıqlar komitənin aidiyyəti strukturları tərəfindən icra üçün rəhbərliyə alınaraq 2013-2014-cü tədris ili ərzində konkret tədbirlər həyata keçirilir.
Bildirilmişdir ki, ticarət şəbəkələrində və müəssisələrdə aparılan müşahidə xarakterli monitorinqlər zamanı istifadə olunan köməkçi materialların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sınaq protokolları və uyğunluq sertifikatı olmadığından məktəbli oğlanlar üçün 37 ədəd pencək, 7 ədəd şalvar, məktəbli qızlar üçün 10 ədəd ətəklik, tələbə oğlanlar üçün 106 ədəd pencək, 15 ədəd şalvar, 45 ədəd qalstukun satışına qadağa qoyulmuş, məktəbli formalarından götürülmüş 4 parça nümunəsinin sınaqları aparılmış, 1 parça nümunəsinin sınaqları zamanı tərkibinə görə sintetikliyi standartın tələblərinə uyğun olmadığından istifadəsinə icazə verilməmişdir.
Seminarda komitə əməkdaşlarının müxtəlif mövzularda çıxışları dinlənilmiş və suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

İqtisadi və sosial inkişafın sürətlənməsi ilə cəmiyyətdə yaranıb genişlənən mühüm tələbatlardan biri də sığorta olunmaq, onun imkanlarından istifadə etməkdir. Ona görə də sığortanın bir ehtiyac kimi dərk olunması, onun ümumi bir mədəniyyət normasına çevrilməsi üçün işlər aparılması, maarifləndirici tədbirlər vasitəsilə adamların bu zəruri sahəyə marağının artırılması mühüm əhəmiyyət daşıyır. Bu il yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq, dünən növbəti maarifləndirici tədbir Naxçıvan Dövlət Universitetində təşkil olunmuşdur. Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır. 

Ardını oxu...

dövlət proqramının qarşıya qoyduğu vəzifələrin icrası diqqət mərkəzindədir

“Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il oktyabr ayının 5-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışı mərasimində söylədiyi bu fikirlər hər bir vətəndaşın taleyi üçün cavabdeh olan, hər bir vətəndaşın Prezidenti olacağına söz verən dövlət başçısının müdrik tövsiyəsi və bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqətinin təzahürüdür. Yüksək dəyərlərə malik, Vətən sevgisini ürəyində daşıyan insanı ən dəyərli milli sərvət hesab edən dövlət başçısı ölkənin əsas düşüncə mərkəzlərindən biri olan Naxçıvanda o zaman bu mesajı verməklə Azərbaycanın sürətlə inkişaf edən bu diyarının digər regionlar üçün nümunə olduğunu ifadə etmişdir.

Ardını oxu...

Şahbuz rayonunun Kolanı kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.  
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə sağlam həyat tərzinin aşılanmasında  qadının rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, ailə mühiti yeni nəsil üçün birinci məktəbdir. Uşaq danışığı valideynlərindən öyrəndiyi kimi, yaşayış əlifbasını, yəni həyat tərzini də onlardan öyrənir. Bu səbəbdən həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşür. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılması daim diqqət mərkəzində saxlanılır. Yeni sənaye sahələrinin yaradılması, müxtəlif təbii amillər yaşıllıqların əhəmiyyətini daha da artırır. Regionda kənd təsərrüfatının inkişaf etdirilməsi yaşıllıqların, xüsusilə yeni meyvə bağlarının salınmasını zəruri edir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, yeni meyvə bağlarının salınması davam etdirilir. Nazirlikdən verilən məlumata görə, hazırda tingyetişdirmə sahələrində əkin standartlarına uyğun 300 min ədəddən artıq ting mövcuddur. Cari ilin yaz mövsümündə bu günə qədər Şahbuz, Babək, Ordubad və Sədərək rayonları ərazilərindəki 11,7 hektar sahədə 9 min 200 ədəd meyvə tingi əkilmişdir.
Əvvəlki illərdə olduğu kimi, bu il də yerli şəraitə uyğun tinglərə olan tələbatı ödəmək məqsədilə yeni toxmacarlıq, qələmkökləndirmə sahələri yaradılmış və bu sahələrdə 40 min ədəd iydə, üzüm, çinar qələmləri əkilmişdir. Hazırda regionun iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq mövsümlə əlaqədar tingyetişdirmə sahələrində və yeni meyvə ağacları əkiləcək ərazilərdə işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR