25 May 2020, Bazar ertəsi

...Avtomobillərin səs-küyü, işıqforların yaşıl işığını gözləmək, işlərinə gecikməmək üçün tələsən adamların xəfifcə həyəcanlı görünən üzləri, ictimai nəqliyyat dayanacaqlarında tez-tez saata baxaraq avtobus gözləyən insanlar. Artıq onlar arxada qalır. Şəhərin səs-küyündən uzaqlaşaraq yola düşürük. Gedəcəyimiz ünvana çatana kimi yol boyu düşünürdüm ki, ötən illər ərzində Naxçıvanda insanlar ağır şəraitdə fədakarcasına çalışıblar. Blokadanın çətinliklərinə baxmayaraq, naxçıvanlılar həmişə qurub-yaradıblar, öz torpaqlarını qoruyublar. İşıqsız da qalıblar, yandırmağa yanacaq da tapmayıblar, çörəklə imtahana da çəkiliblər, ancaq bütün bu çətinliklərə dözərək hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına ümidlərini itirməyiblər. 

Müstəqil Azərbaycanın qurucusu və yaradıcısı ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda çıraq işığında qəbul etdiyi qərarların qədim Naxçıvanı nura boyayacağına inanıblar.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsindən başlamış çoxuşaqlı ailələrin, məhdud fiziki imkanlıların, tənha yaşayan ahılların həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Keçili kəndində yaşayan aztəminatlı, II qrup əlil Natiq Məmmədovun ailəsinə baş çəkilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirərək onlara soyuducu, geyim dəstləri və ərzaq payı vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Tanınmış rus alimi D.S.Stepanyuk tibb elmləri doktoru, professor V.İ.Murax və tibb elmləri namizədi A.V.Xapalyukun uşaqların sağlamlığı ilə bağlı fikirlərini toplayaraq “Müdrik tibb bilicilərinin gizli sirləri” adlı kitab nəşr etdirmişdir. Kitabda öz əksini tapan dəyərli fikirlərin gənc analar üçün faydalı olacağını nəzərə alaraq həmin məsləhətləri ixtisarla oxucularımıza təqdim edəcəyik.

Südəmər uşaqlar niyə ağlayır və qışqırırlar?
Südəmər uşaqlar aclığı, ağrını, ümumiyyətlə, narahatlıqlarını ağlayaraq və qışqıraraq bildirirlər.

Təcrübəli ana bunun səbəbini asanlıqla başa düşür. Təcrübəsizlər isə öz ehtimalları ilə dolaşırlar ki, bəzən bu, uşağın ziyanına olur. Çox vaxt qidalandıqda belə, uşaqlar aclıqdan ağlayırlar. Bu halda ağlamalar öncə yüksək olur, sonra sakit, yazıq-yazıq, daha sonra isə üzüntülü obraz formasında baş verir. Əgər uşaqda çəki azalması da baş verirsə, aydındır ki, qida ona azlıq edir. Bəzən uşaqlar süd həddən artıq yağlı olanda da ağlayırlar. Belə ki, yağlı süd onlarda sancılar yaradır. Bu zaman ağlama ucadan və uzunmüddətli olur. Bu səbəbdən yağlı südü qaynanmış su ilə qatmaq lazımdır. Sancını isə bir qaşıq çobanyastığı və ya şüyüd toxumu dəmi verməklə aradan qaldırmaq mümkündür.

Ardını oxu...

O, maşından düşüb kombayna tərəf addımladı. Kombaynçı Bahaddin Nağıyev köməkçisi, taxıldaşıyan maşının sürücüsü ilə birlikdə taxılbiçənin sazlığını yoxlayırdılar.
Onlar bir anlığa işdən ayrılıb: “Salam, Aqil müəllim, sabahın xeyir”, – dedilər. Aqil gülümsünərək: “Nə vaxtdan saat doqquz kəndlinin sabahı olub? Kənd adamı səhər tezdən, beşlə altı arasında bu sözü işlətməlidir”, – deyə sözünə davam etdi: “O ki Günəşin çıxmasını iş üstündə qarşılamadı, deməli, tənbəldir, canına əziyyət verən deyil. Mən bura gəlincə tezdən durub mal-qaranı yerbəyer eləmişəm, o biri taxıl sahələrinə də baş çəkmişəm”.
Aqil Məmmədov beş addımlıqdakı buğda zəmisinə tərəf addımlayıb dayandı. Zəmidən sünbül qırıb ovucunun içində ovxaladı. Bahaddinin nəzəri onda idi:
– Hə, necədi, biçinə başlamaq olar?
– Hələ bir az gözləsək, yaxşıdır. Axşamın şehi tam çəkilməyib. Siz işinizdə olun, mən də təpənin o üzündəki sahəyə baxım, gəlirəm.

Ardını oxu...

Naxçıvan şəhərindəki 5 nömrəli uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli məşğələ keçilib. Tədbirin keçirilməsində əsas məqsəd bu məktəbəqədər tərbiyə müəssisəsində çalışan tərbiyəçilərə, dayələrə, eləcə də uşaqlara baş verə biləcək fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarını öyrətməkdən ibarət olub.
Tədbirin proqramına uyğun olaraq, uşaqlar fövqəladə hallarla bağlı müxtəlif mövzularda şeirlər söyləyib və səhnəciklər təqdim ediblər. Sonra süni yaradılmış zəlzələ ocağında uşaqlar zəlzələ zamanı davranış və fəaliyyət qaydalarını göstəriblər. Bununla yanaşı, odla bağlı səhnəcik də canlandırılıb, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Sonda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə kursunun elmi-metodik işlər üzrə baş müəllimi, baş leytenant Şərif Əsədov çıxış edərək belə məşğələlərin keçilməsinin əhəmiyyətindən danışıb.

Xəbərlər şöbəsi

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR