20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Yeni il bayramını hər il muxtar respublika sakinləri gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışırlar. Hər bir evdə minbir nemətli süfrələr açılır, küknarlar bəzədilir, bu küknarlar müxtəlif işıqlandırma vasitələri ilə al-əlvan rəngə bürünür. Mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı yerlərdə Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi münasibətilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq, mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliklərinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Nazirlik Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş vermə­məsi üçün vətəndaşlara aşağı­da qeyd olunan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını tövsiyə edir.
Yadda saxlamaq lazımdır ki, küknar ağacı möhkəm dayaq üzərində qurulmalı və ətrafında sərbəst hərəkət etmək üçün geniş məsafə saxlanılmalıdır. Küknar ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırılma üçün tənzimləyici transformatorların vasitəsi ilə 12 volt gərginlikli lampalardan istifadə olunmalı, elektrik naqilləri, lampalar saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırmada nasazlıq hiss olunduqda, yəni naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

Ardını oxu...

(miniatür)

Bu il də ululardan ulu diyarımız üçün ötən ildən uğurlu, sayalı gəldi. Naxçıvanımızın hər qarışına yeni naxışlar vuruldu, yeni rənglər qədim diyarımızın mənzərəsinə al-əlvanlıq, şuxluq, gözəllik qatdı. Yeni-yeni binalar istifadəyə verildi, yollar, körpülər salındı. Susuz çöllərə su çəkildi, ağacsız torpaqlara yeni fidanlar əkildi. Bundan əvvəlki illərdə salınan pöhrələr insan əlinin nəvazişilə torpaqda özlərinə daha möhkəm yer etdilər, çiçəkləndilər, pərvazlanıb boy atdılar. Şoran torpaqlara möhkəm, sarsılmaz iradəsinin gücünü göstərən insan oğlu hektarlarla belə torpağı körpə ağaclara yurd-yuva etdi. Naxçıvan daha yaşıl diyara çevrildi.

...Artıq Naxçıvan şəhəri yağışlı-çiskinli, xəzəlli payızı arxada qoyub. Əsən küləklər, gecə ayazı ağacları gələn bahara əməlli-başlı hazırlayıb. Təkəmseyrək ağaclar bu fəslin şıltaqlığına dözə bilib, bir az “əyin-başında” yarpaq saxlayıb. İndi şəhərə gözəllik, yaşıl rəng vermək növbəsi həmişəyaşılların, küknarların, şamlarındır. Doğma diyarımızın bütün guşələrində olduğu kimi, Naxçıvan şəhərində də belə ağaclar minlərlədir. Şəhərimiz yenə yaz fəslindəki kimi gözəl, yaraşıqlı, cilvəlidir.
Səhərdir. Xan Arazdan qalxan sis, duman şəhəri qalın yorğan kimi örtüb. Sanki Tanrının minillərdir, qoruyub saxladığı bu şəhəri yad gözlərdən gizlədir, mühafizə edir. Duman çəkildikcə gözlər önündə şəhərin möhtəşəm mənzərəsi canlanır. Yaşamaq, yaratmaq həvəsi ilə yollara çıxan, işə tələsən insanlar təmiz, səliqəli səkilərlə işə tələsirlər. Bir yaşlı insan da onların arasındadır. Ətrafındakı ağacların rəngində yaşıl paltar geyən ağsaçlı-saqqallı insan ciddiyyətlə və qətiyyətlə addımlayır. Biləkləri ağac gövdəsitək möhkəm, əlləri qabarlı, alnı torpaq kimi qırışlarla örtülü, gözlərindən şəfqət, mehribanlıq yağan bu insanın işi bir çoxlarından daha çətin, daha məsuliyyətlidir. Yəqin, təxmin etmisiniz. Hər gün şəhərin müxtəlif yerlərində qarşımıza çıxan bu insan əvəzsiz təbiət nümunələrinin, güllərin, çiçəklərin, ağacların qayğıkeşi olan bağbandır.
Mənə “Payızda yerə tökülən xəzəllərin, yazda açılan çiçəklərin, cücərən tumurcuqların qoxusunu nə zaman ciyərlərinizə çəkmisiniz, nə zaman əyilib yol kənarında bir gülü iyləmisiniz? Halbuki mən yerə düşmüş bir xəzəlin ətrini dünyanın ən bahalı ətrinə dəyişmərəm”, – deyən də odur. Haqlıdır. Mən də daxil olmaqla bir çoxlarımız təbiətin gözəlliklərinə qarşı etinasızıq, soyuğuq. Nə edirik, nə düşünürük, bəlli deyil. Nə rəngləri görürük, nə çalarları, nə də ana təbiətin nəvazişli çağırışını, səsini eşidirik.
Bircə təsəlliverici məqam var. O da bundan ibarətdir ki, həyat davam edir. Güllü-çiçəkli, həmişəyaşıl şəhərimizə yaxşı-yaxşı baxmağa da vaxtımız var, sınan bir budağı sarıyıb həyata qaytarmağa da. İnanın ki, həyatda yalnız bircə dəqiqəniz qalmışsa, demək, gec deyil. Yaxşı əməl sahibi olmaq, bizi yaşadan təbiətə həssas olmaq üçün könül gözü ilə yalnız bircə dəfə qanrılıb ətrafa baxmağımız yetər.


Səbuhi HÜSEYNOV

Naxçıvan Muxtar Respublikasında bu sahədə görülmüş işlər bunu deməyə tam əsas verir

Tarixən bütün inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına sərf olunan vəsait həmişə özünü doğrultmuşdur. Doğrudan da, insana göstərilən qayğı, son nəticədə, bütün cəmiyyətin ümumi rifahının yüksəlməsinə xidmət edən ən humanitar addımdır. Məhz buna görə də görülən hər bir işə yekun vurarkən onun insan həyatını yaxşılaşdırmağa yönəlmiş müsbət sosial təsirləri həmişə ön planda tutulur. Son illər, ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlər Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı islahatlar üçün əlverişli imkanlar açaraq insanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlərə təkan vermiş, əhalinin etibarlı sosial müdafiəsinə möhkəm zəmin yaratmışdır. Sosial qayğıya ehtiyacı olan əhali qruplarının sosial müdafiəsi sahəsində muxtar respublikamızda 2012-ci ildə görülmüş işlər bu qənaətə gəlməyə imkan verir.

Təkcə bir fakta nəzər salsaq, görərik ki, bu dövr ərzində muxtar respublikada bütün növ müavinətlərə və ünvanlı dövlət sosial yardımına 11 milyon 491 min 371 manat ayrılmışdır ki, bunun da 3 milyon 472 min 324 manatı ünvanlı dövlət sosial yardımına, 8 milyon 19 min 47 manatı isə bütün növ müavinətlərə sərf olunmuşdur. Muxtar respublikada əlil və ahıl vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığı təmin edilmiş, sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunması, eyni zamanda onların sanatoriya və kurortlarda müalicələrinin təşkili, habelə cəmiyyətə inteqrasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Cari ilin ötən dövrü ərzində 635 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidməti göstərilmiş, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 242 şəxsin, Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud 232 uşağın müalicəsi təşkil edilmişdir. Bu dövrdə sağlamlıq imkanları məhdud vətəndaşların sanatoriyalarda müalicə və istirahət etmələri üçün 96 göndəriş verilmiş, 586 nəfər texniki bərpa vasitələri ilə təmin edilmiş, 526 nəfərə protez-ortopedik xidmət göstərilmişdir. İl ərzində sağlamlıq imkanları məhdud 27 şəxsin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 17 nəfərin respublika daxilində, 5 nəfərin Bolqarıstan Respublikasının “Pavel Banya” kurort müəssisəsində, 6 nəfərin isə Ukrayna Respublikasının Saki şəhərində yerləşən onurğa və sinir sistemləri üzrə ixtisaslaşmış müalicə müəssisəsində müalicələri təşkil edilmişdir. Dövlətimizin əlil ailələrinə göstərdiyi fasiləsiz qayğının növbəti ifadəsi olaraq, 2012-ci il ərzində müvafiq kateqoriyadan olan 10 ailə fərdi yaşayış evləri ilə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 30 şəxs isə minik avtomobilləri ilə təmin olunmuşdur.

Ardını oxu...

Səhər saatlarıdır. Şəhərdən çıxırıq. Üfüqdən az əvvəl boylansa da, qışın soyuq gecəsində üşümüş torpağı qızdırmaq üçün gücü çatmayan, buludların arxasından ara-sıra görünərək tez-tez də gizlənən qızılsaçlı Günəşin zəif şüaları altında xidməti avtomobilimizdə sürətlə irəliləyirik. Maşınların səs-küyü, siqnal səsləri, işıqforlarda gözləmək, işlərinə gecikməmək üçün tələsən adamların xəfifcə həyəcanlı görünən üzləri, ictimai nəqliyyat dayanacaqlarında tez-tez saata baxaraq avtobus gözləyən tələbə və müəllimlər. Bunlar hamısı arxada qalır. Biz Şahbuz rayonunun ucqar dağ kəndlərindən birinə yollanırıq – ölkəmizin bənzərsiz gözəlliyə malik yaylaqlarından olan Batabatın iki addımlığında yerləşən, uca dağların qoynunda qərar tutan Biçənək kəndinə: Şahbuzun buz kimi bulaqlarının çağladığı, Zəngəzur silsiləsinə birləşən, hələ bir neçə gün əvvəl ağ yorğanını üstünə çəkmiş dağların qoynunda qərar tutan Biçənəyə. O Biçənəyə ki yeni görkəmindən, nikbinlik doğuran növrağından verəcəyimiz sevindirici xəbərlər qəzetimizin doğma yurdun çiçəklənməsindən fərəh hissi keçirən bütün oxucularının sevincinə sevinc payı qatacaq.

Yolların kənarındakı otların üstündə, ağacların gövdələrində qırov görünür. Gecə soyumuş hava azacıq belə olsun, qızmayıb. Amma bu, yol inşaatçılarını qətiyyən işdən saxlamır. Onların hamısı iş başındadır. Naxçıvan şəhərindən başlayaraq bizim üz tutduğumuz ünvanadək uzanacaq yeni yolun çəkilişi ilə məşğuldular. Qreyderlər işləyir, yük maşınları torpaq, qum, çınqıl daşıyır. Güclü traktorlar daşları, qayaları parçalayıb dağıdır. Fəhlələr yolun üstündə yerləşən köhnə körpüləri söküb yenisini tikirlər. Su­ötürücü qurğular quraşdırırlar.

Ardını oxu...

Muxtar respublikada qadınların problemlərinin öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılaraq onların məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olanlara sosial yardımlar təyin edilir, tənha qadınlara evlərində xidmət göstərilir.
Həyata keçirilən tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçı­lığı ilə xüsusi qayğıya ehtiyacı olan Naxçıvan şəhəri, “İstiqlal” 133, mənzil 1 ünvanında yaşayan I qrup əlil, tənha qadın Ələsova Pərizad Ələkbər qızı ilə görüş keçirilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları qadının yaşayış vəziyyəti ilə maraqlanmış, evində səliqə-sahman işləri aparmış, onu tibbi müayinədən keçirərək müalicəyə cəlb etmiş, qadına ərzaq payı və hədiyyə vermişlər. Bundan başqa, məişət şəraitinin yaxşılaşdırılması məqsədilə aidiyyəti təşkilatlar tərəfindən su-kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırılmışdır.
Pərizad Ələsova göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280611
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3576
5856
33776
111969
4280611

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter