26 Fevral 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəngərli rayonunda idarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə pensiya siyasətindən danışan Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev vurğulamışdır ki, aparılan islahatlar nəticəsində sığorta-pensiya sisteminin qanunvericilik bazası təkmilləşdirilmiş, fərdi uçot sistemi qurulmuş, əhaliyə sosial sığorta şəhadətnamələri verilmiş və əhalinin maddi maraqlarını təmin edən müasir pensiya modeli yaradılmışdır.
Sonra sosial sığorta qanunvericiliyinin izahı barədə Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsi haqqında Pensiya şöbəsinin aparıcı məsləhətçisi Həbib Rzayev, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı Fərdi uçotun təşkili şöbəsinin aparıcı məsləhətçisi Bahadur Quliyev tədbir iştirakçılarına məlumat vermişlər.
Qeyd olunmuşdur ki, sosial sığorta vətəndaşların itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Ardını oxu...

Muxtar respublikamızda davamlı olaraq məhdud fiziki imkanlı şəxslərin tibbi-sosial reabilitasiyalarının kompleks şəkildə həlli, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
9-11 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səyyar tibbi-texniki heyət 3 gün ərzində protez-ortopedik məmulatlarına və texniki bərpa vasitələrinə ehtiyacı olan 74 məhdud fiziki imkanlıya, o cümlədən 23 ahıla və sağlamlıq imkanları məhdud 8 uşağa növbəti səyyar xidmət göstərilib.
Tibbi-texniki heyət məhdud fiziki imkanlıların evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 6 nəfərdən protez və ortez sifarişləri qəbul olunub, 6 nəfərin protezləri təmir edilib, 10 nəfərə protez-ortopedik məmulatlar verilib, eyni zamanda 58 nəfər texniki-bərpa vasitələri – 1 nəfər əlil arabası, 16 nəfər eşitmə aparatı, 41 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində nazirlik tərəfindən 162 məhdud fiziki imkanlıya protez-ortopedik xidmətlər göstərilib, 215 nəfərə isə müxtəlif texniki bərpa vasitələri verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

(Oçerk)

Belə bir aforizm var: o xalq xoşbəxtdir ki, onun gözəl müəllimləri, ziyalıları var. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda belə insanlar çoxdur. Onu deyim ki, tarixən bu qədim diyar özünün yetişdirdiyi ziyalıları ilə həmişə qürur duyub. Bu  aforizmi xatırlamağım da əbəs deyil. Qəzetimizdə hər zaman ziyalı sözünə, ağsaqqal məsləhətinə geniş yer verməyə çalışırıq. Çünki belə insanların hər sözü gənclərimiz üçün örnəkdir. Budəfəki yazımızın qəhrəmanı isə Nəbi Tağıyevdir.

İki ay bundan əvvəl Culfa rayonunun Şurud kəndindən yazı hazırlayarkən müəllimlərdən, ziyalılardan söhbət düşəndə milaxlı Nəbi müəllimin adını tez-tez çəkdilər. Diqqətimi cəlb etdi. Düşündüm ki, Şurudda Nəbi müəllim haqqında belə ürəkdolusu danışırlarsa, deməli, bu insan yüksək müsbət keyfiyyətlərə malikdir. Nəbi müəllimlə görüşmək istəyim isə jurnalist marağımdan irəli gəldi. Onun haqqında rayon İcra Hakimiyyətindən məlumat almağa çalışdım. Zəng vurdum. Dəstəyi götürən növbətçidən “Nəbi müəllimi tanıyırsınızmı?” soruşanda onun haqqında xoş sözlər dedi. Onu tanımaq marağım daha da artdı. Nəhayət, Nəbi müəllimin mobil telefonu ilə əlaqə saxladıq. Axşam saat 7-də Culfa rayonunun Milax kəndinə yola düşdük. Gün yavaş-yavaş batırdı. Həmin saatlarda Milax kəndinə gedən yolda sıralanan yaşayış məntəqələri ayrı bir görkəmdə olur. Möhtəşəm Haçadağ sanki bu yoldan keçənləri salamlayır. Möhtəşəmlik rəmzi olan, özündə tariximizin izlərini yaşadan bu dağ hər yöndən bir başqa görünür. Yol boyu düşünürdüm ki, keçdiyimiz müasir kənd­lər, bu yaşayış məntəqələrində gördüyümüz məktəb binaları, abadlaşan yollar və digər obyektlər kənd həyatının bütün çətinliklərini aradan qaldırıb, şəhərlə kənd arasındakı fərqi minimuma endirib. Kənd adamları da bunu görür, belə ünvanlarda yaşamaqdan qürur duyurlar. İnsanlar öz elində, obasında qurub-yaradır, torpağı qorumaqla bu qiymətli sərvətdən səmərəli istifadə edir, əkib-becərirlər.

Ardını oxu...

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti və abadlıq işləri, habelə yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iş yerlərində əməyin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər və 27 fevral 2012-ci il tarixdə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması ilə əlaqədar keçirilən müşavirələr iş yerlərində insanların sağlamlığının qorunmasına, ümumilikdə, insan amilinə verilən yüksək diqqət və qayğının ifadəsidir.

Ardını oxu...

Hər bir ölkənin əhalisinin sağlamlıq səviyyəsi ətraf mühitin qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də muxtar respublikamızda əhalinin sağlamlığının mühafizəsinə və möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər daim diqqət mərkəzində saxlanılır. Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda isə bu məsələ xüsusi aktuallıq kəsb edir. Özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa çalışırlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir, nəticədə, insanların sağlamlığı üçün təhlükə yaranır.
Qeyd etmək lazımdır ki, yeyinti məhsullarının keyfiyyətinə təsir edən bir çox amillər mövcuddur. Bu baxımdan onların keyfiyyət göstəriciləri dəqiq təyin olunmalı, məhsulların daşınması, lazımi şəraitdə saxlanması, qablaşdırılması, markalanması, etiketlənməsi zamanı müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmalıdır. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsi və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. Nazirliyin aidiyyəti şöbəsi tərəfindən yerli istehsal və idxal məhsullarından nümunələr götürülərək mərkəzin laboratoriyasında analiz edilir. Təkcə cari ilin birinci yarısı ərzində 588 halda idxal, 1179 halda yerli istehsal məhsulları laboratoriya analizlərindən keçirilmişdir.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR