18 Sentyabr 2019, Çərşənbə

İqtisadi və sosial həyatın müxtəlif sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan bütün yeniliklər öz mahiyyəti etibarilə vətəndaşların rifahının yaxşılaşdırılmasına və bu sahədə dövrün tələbinə uyğun operativliyin təmin olunmasına xidmət edir. Əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edən sığorta-pensiya sahəsində də aparılan islahatlar, tətbiq olunan yeni proqramlar burada informasiya mübadiləsinin sürətləndirilməsinə, adamların vaxtına qənaət etməsinə, insan amilindən yaranan xətaların minimuma endirilməsinə əhəmiyyətli təsir göstərməkdədir. Muxtar respublikada bu sahədə tətbiq olunan yeniliklərlə oxucuları tanış etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları sektorunun müdiri İsmayıl Həsənovla həmsöhbət olduq:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ahılları bayramlar münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıblar.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikamızda ahıllara diqqət günü-gündən artır. Onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları istiqamətində keçirilən belə tədbirlər bu qəbildən olan insanlara qayğının ifadəsi kimi böyük əhəmiyyət daşıyır. Bayram günlərində ahılların ziyarət edilməsi isə artıq ənənə halını alıb.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda ahıllara bayram hədiyyələri təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mətbuat xidməti

Uşaqlar cəmiyyətimizin ən gözəl varlıqlarıdır. Onların təhsil alması, istedadlarının inkişaf etdirilməsi, eyni zamanda asudə vaxtlarının səmərəli və mənalı təşkili dövlətimizin əsas qayğılarındandır. Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə bayram şənliklərinin təşkili ənənə halını almışdır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə bayram şənliyi keçirilib.
Tədbirdə Şaxta babanın iştirakı uşaqların sevincinə səbəb olub. Balacaların rəqsləri və ifalarında səslənən şeirlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Sonda uşaqlara bayram hədiyyələri verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bu günün əhəmiyyətindən, uşaqlara göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti humanistlik, həmrəylik, qayğı xarakteri daşıyır. Bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, ehtiyaclarının ödənilməsi, problemlərinin öyrənilib həll edilməsi, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları diqqət mərkəzində saxlanılır. Bayram günlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların ziyarət olunması dövlətin uşaqlara diqqət və qayğısının bariz nümunəsidir.
Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasıyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupları rəqslər ifa etmiş, şən mahnılar səsləndirmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalar göstərilmişdir.
Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud 32 uşağa hədiyyələr verilmişdir.


Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

Sığorta-pensiya sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsi tədbirləri çərçivəsində pensiyaların ödənilməsinin qabaqcıl forma və metodlarının real təcrübədə tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə olan bəzi çatışmazlıqların aradan qaldırılması və pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların plastik kartlarla ödənilməsi vacib məsələyə çevrilmişdir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 2003-cü il 4 avqust tarixli Fərmanına əsasən, ölkədə pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin tətbiqi Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməyə başlanmışdır. Pensiyaların ödənişində plastik kart sisteminin tətbiqi sığorta-pensiya sistemində reallaşdırılan ən uğurlu islahat tədbirlərindən biridir. Bunun nəticəsidir ki, pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır. 2005-ci ildən Naxçıvan Muxtar Respublikası ərazisində də pensiyaçıların pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsinə başlanılmışdır. Pensiyaların bankomatlarla ödənilməsi üçün hazırlanan plastik bankomat kartları Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hesabına hazırlandığından pensiyaçılara pulsuz paylanılır. Plastik kart və onun unikal PİN kodu Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçıya şəxsən təqdim edilir. Pensiyaçılar həmin kartlar vasitəsilə pensiyalarını vəsait hesaba köçürüldükdən dərhal sonra günün istənilən saatında (bankomat 24 saat işlədiyi üçün) bankomatlardan almaq imkanına malikdirlər.
Həmçinin pensiyaçılar Azərbaycan Respublikasının istənilən bölgəsində olarkən də pensiyalarını ala bilərlər. Ancaq pensiyaçılar və ümumiyyətlə, plastik kartdan istifadə edən bütün vətəndaşlar bilməlidirlər ki, yalnız plastik kartın məxsus olduğu bankın bankomatlarından istifadə edərkən götürülən vəsaitin müqabilində bankomat öz abunəçilərindən xidmət haqqı tutmur. Lakin başqa banka məxsus bankomatlardan götürülən vəsaitin müqabilində xidmət haqqı tutulur. Məhz buna görə də pensiyaçılar onlara verilən plastik kartın hansı banka məxsus olduğunu bilməli və heç bir xidmət haqqı ödənilmədən tam məbləğin alınması üçün bankomat seçimini düzgün aparmalıdırlar.
Qeyd edək ki, muxtar respublika üzrə pensiyaçıların 44 min 283 nəfərinə, yaxud 85 faizinə pensiyaları plastik kartlar vasitəsilə ödənilir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7 min 765 nəfər, yaxud 21,3 faiz çoxdur. Bu iş pensiyaçıların könüllü müraciətləri əsasında aparılır. Müraciətlərin sayı isə aybaay artır.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR