18 Sentyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Evində “Qadın milli missiyaların daşıyıcısı kimi” mövzusunda konfrans keçirilib.
Konfransı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Qadınlar milli dəyərlərin daşıyıcısıdır” mövzusunda çıxış edib.
Bildirilib ki, bu gün Azərbaycan qadını ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Məhz buna görə də böyük mədəni irsə malik olan xalqımız qadının ailədə və cəmiyyətdəki roluna həmişə böyük ehtiramla yanaşıb. Bu gün cəmiyyətimizdə qadın adının uca tutulmasının əsas səbəblərindən biri də odur ki, qadınlarımız milli dəyərlərimizi övladlarımıza aşılayandırlar. Uşaqları milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının – ananın müqəddəs amalıdır. Azərbaycan qadını ana kimi də milli missiyanın daşıyıcısıdır. Ana adı hamı üçün əziz və müqəddəsdir. Çünki o, bütün insani keyfiyyət, ülfət, məhəbbət və xeyirxahlıqların mənbəyidir. Ananın övladının qayğısına qalması xalqımıza məxsus ən üstün keyfiyyətlərdəndir. Bu, hər bir Azərbaycan qadınının yerinə yetirdiyi milli missiyasının fövqündə dayanır.

Ardını oxu...

Sədərək kəndində quruculuq işləri bu il də davam etdirilib

Yol boyu düşüncələr

Hələ Şərur rayonundan çıxarkən uzaqdan bomboz siması ilə diqqəti çəkən, möhtəşəmlik rəmzi olan, min illərdir ki, beləcə məğrur-məğrur dayanan sıra dağların əhatəyə aldığı Sədərək bölgəsinə üz tutanların burada gördüklərindən hansı hissləri keçirdiklərini deyə bilmərəm. Ancaq mənə həmişə elə gəlir ki, bu yurd yeri doğma diyarımızın bəzi bölgələrindən fərqli bir məkandır. Öz daxili “mən”imlə baş-başa qalıb bu fərqi tapmaq istəyirəm: fərq Sədərəyin sərhəd bölgəsi olduğuna görədirmi? Düşünürəm ki, Sədərək onlarla belə bölgələrimizdən biridir. İnsanların məğrurluğuna, qonaqpərvərliyinə görədirmi? Bu da səbəb deyil. Çünki xalqımız qonaqpərvər xalqdır, məğrur xalqdır. Bəlkə, bu bölgədə həyata keçirilən quruculuq tədbirlərinin həcmi məni bu düşüncələrə sövq edir? Bu sualın da cavabı birmənalıdır: bu gün muxtar respublikamızın elə bir guşəsi yoxdur ki, orada genişhəcmli quruculuq tədbirləri həyata keçirilməsin...
Yaşadığım hissləri və düşüncələrimi rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmud­ovla bölüşürəm. Çöhrəsinə təbəssüm qonur. Bir qədər sonra dillənir:

Ardını oxu...

Azərbaycan Respublikasının bütün sahələrdə əldə etdiyi uğurlar Heydər Əliyev dühasının bəhrəsidir. Məhz ulu öndərimizin müdrikliyi, zəngin təcrübəsi və gərgin əməyi sayəsində bütün sahələrdə həyata keçirilən tədbirlər uğurlu olmuş, nəticədə, ölkə iqtisadiyyatında davamlı və uzunmüddətli inkişaf təmin  edilmişdir. Sığorta-pensiya sistemində mövcud vəziyyətə diqqət yetirsək, görərik ki, bu sahədə də uğurlu və məqsədyönlü islahatlar aparılmış, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqənin həyat səviyyəsi yaxşılaşdırılmışdır.

Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 8 fərman və sərəncam imzalanmış, əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği bu illər ərzində 8 dəfə artmışdır. Pensiya və müavinətlərin orta aylıq məbləğinin orta aylıq əməkhaqqına olan nisbəti 1998-ci ildəki 24,7 faizdən 2003-cü ildə 31 faizə yüksəlmişdir.
Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təyinatı sisteminin idarə olunmasını təkmilləşdirmək məqsədilə ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın təsdiq edilməsi respublikamızda ardıcıl surətdə pensiya islahatının aparılması və pensiya təminatı sisteminin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində yeni siyasi xəttin qəbul edilməsini müəyyən etmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin pensiya islahatı konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Həyata keçirilən islahatlar pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması, məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir.

Ardını oxu...

     Sual: Ölkəmizdə şəxsiyyət vəsiqəsi hansı qaydada verilir və dəyişdirilir?
     Cavab: Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sahədəki münasibətlər “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunla tənzimlənir. Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin bu növləri vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
     16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa, vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.

Ardını oxu...

İlk söz və ya Danyeri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  yaradılıb

     Bu kəndə ilk dəfə yolum yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilərkən düşmüşdü. Naxçıvan-Sədərək magistral yolunun sağında yerləşən bu kənd haqqında çox az məlumatım var idi. Bilirdim ki, 1969-cu ilə qədər Danyerinin ərazisində yaşayış olmayıb. “Sovxozkənd” adlanan bu ünvandan sovxoz torpaqları kimi və həm də heyvandarlığın inkişafı məqsədilə istifadə edilib. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində Arpaçay Su Anbarının tikintisi ilə əlaqədar olaraq, bu böyük layihənin həyata keçiriləcəyi ərazidəki kəndin sakinləri indiki Danyerinə köçürülüb. Qısa müddət ərzində müasirtipli layihə əsasında burada kənd salınıb, dövlət tərəfindən kənd adamlarına pulsuz olaraq 150 fərdi yaşayış evi tikilib. Yaşayış məntəqəsi “Yenikənd” adlandırılıb. Burada sosial obyektlər inşa olunaraq kənd adamlarının istifadəsinə verilib. Müstəqillik illərində kəndə göstərilən diqqət və qayğı daha da artırılıb, Danyeri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR