18 Sentyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda Naxçıvan şəhərində fəaliyyət göstərən sığortaedən və sığortaolunanların iştirakı ilə “Sığorta-pensiya sisteminin mahiyyəti və könüllü sosial sığortanın əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

            Tədbirdə sığorta-pensiya sistemindəki islahatlardan danışan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri Rəhman Məmmədov bildirmişdir ki, fərdi uçot sistemi ilə əlaqədar bütün işləyən vətəndaşların sığortaolunan kimi fondda fərdi uçot sistemində qeydiyyatı aparılmış, fərdi şəxsi hesab açılaraq onlara sosial sığorta şəhadətnaməsi verilmişdir. Sığortaolunanların ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesablarına işlənilir ki, bu da gələcəkdə vətəndaşları baş verə biləcək sığorta hadisələrindən sığortalamış olur. Sığortaolunanın fərdi şəxsi hesabında olan pensiya kapitalı onun bilavasitə pensiyasının məbləğinə təsir göstərir. Bu vəsait nə qədər çox olarsa, sığortaolunanın pensiyasının məbləği də bir o qədər çox olacaqdır.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın bu maddəsi əsasında ölkədə sosial təminat hüquqlarının həyata keçirilməsi üçün müəyyən qanunvericilik bazası yaradılmışdır. Həmin qanunvericilik bazası müəyyən edilmiş yaş həddinə çatdıqda, əlilliyə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini müvəqqəti itirdiyinə, işsizliyə görə sosial güzəşt və təminatların əhatə dairəsini və onların həyata keçirilmə mexanizmini müəyyən edir. Ona görə də vətəndaşların sosial təminat hüquqlarının tənzimlənməsi baxımından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu böyük əhəmiyyət daşıyır. Qanunda sosial sığorta anlayışı ümumi şəkildə aşağıdakı qaydada ifadə olunmuşdur.
Sosial sığorta bu qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Başqa sözlə desək, sosial sığorta tərəflər arasında razılaşmanın elə bir növüdür ki, sosial sığorta hadisəsi zamanı sığortaolunana dəymiş ziyan sığortaçı təşkilat tərəfindən qanunvericiliyə uyğun qaydada ödənilir. Qeyd olunan kompensasiya xarakterli ödəmələr Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir. DSMF-nin büdcəsinin böyük bir hissəsi isə məcburi dövlət sosial sığortası hesabına formalaşır.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR