22 Sentyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu iyul ayında da nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmiş, əmək pensiyaçılarına pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmişdir. Bu məqsədlə tələb olunan 11 milyon 753 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılmışdır. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmiş, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 242 min manat vəsait köçürülmüşdür.
Ötən ay müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 7 milyon 266 min manat vəsait daxil olmuş, pensiya hüququ yaranmış 143 vətəndaşa əmək pensiyası təyin edilmişdir.
Fondun aparatına və yerli orqanlarına müraciət edən vətəndaşlarla iş diqqət mərkəzində saxlanılmış, onların tələbləri araşdırılmış və qanunamüvafiq həll edilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun mətbuat xidməti

Ailə öz üzvlərini formalaşdırıb cəmiyyətə təqdim edən kiçik bir toplum olsa da, milli mentalitetimizdə onun böyük mənəvi çəkisi var. Bu məsuliyyətli yükü daşımaq, demək olar ki, bizim həyat amalımızın əsasını təşkil edir. Ona görə ki, cəmiyyətimizdə hər kəs öz ailəsi üçün çalışır, əsl xoşbəxtliyi bunda görür. Ailəsinə dəyər verib, onu yaşadan isə öz xalqının, dövlətinin gələcəyinə xidmət edir. Çünki o, nümunəvi ailə üzvü kimi cəmiyyətə yararlı nəsil yetişdirir.

Cəmiyyətimizdə nümunəvi ailə dedikdə həm də uzun ömür sürən ailələr nəzərdə tutulur. Onlardan biri də Ordubad rayonunun Bist kəndində yaşayan Tahirovlar ailəsidir. Təməli 70 il bundan öncəyə dayanan bu ailəni, əslində, lap çoxdan tanıyıram. Demək olar ki, özümü və dünyanı dərk etdiyim gündən... Bu ailənin varlığı mənim həyatımda əhəmiyyətli rol oynayıb. Buna görə də 30 illik bir dövrünə şahidlik etdiyim iki insanın birgə keçən ömür hekayəsini yazmağı qərara aldım.
Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində doğulub. Qonşu Xurs kəndində dünyaya göz açan Tutu nənənin isə bu il 90 yaşı tamam oldu. Onların taleyi isə 70 il bundan öncə, 1949-cu ilin Novruz bayramında – martın 21-də birləşib.
Əslində, bu iki dünyagörmüş insanı canlı tarix kimi qəbul edirəm. O dövrün ağrılı, acılı, müharibələrlə dolu illərini onların dilindən, xatirələrindən çox eşidib, təsəvvürümdə çox canlandırmışam. Gəlin onlarla sizi də tanış edim. Başlayaq 92 yaşlı Mahmud Tahirovdan...

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların vaxtında yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olub. İqtisadi sahədə qazanılan nailiyyətlər sosial müdafiə tədbirlərinin də əhatə dairəsinin genişlənməsinə və keyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərib. Əhalinin həssas qrupuna daxil olan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi ilə bağlı qəbul edilən qərarların muxtar respublikamızda da müvəffəqiyyətlə icrası daim diqqət mərkəzində saxlanılır. Onlara göstərilən xidmətlərin operativliyinin təmin olunması, bu xidmətlərin təqdimedilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.
Yaradılmış əlverişli şəraitdən bəhrələnən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında da pensiyaların maliyyələşdirilməsi sahəsində işləri vaxtından əvvəl başa çatdırıb. Görülmüş tədbirlər nəticəsində bütün növ əmək pensiyaçılarına pensiyaların ödənilməsi tam təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri tərəfindən ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtlı-vaxtında maliyyələşdirilir.

Ardını oxu...

Müasir dövrümüzdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazır­lanması və həmçinin müvafiq olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması zərurətini yaradır.
Onu da vurğulamaq lazımdır ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda təhdidlər kifayət qədər genişdir. Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir. Müasir dövrümüzdə gənclərimiz internet şəbəkələrində yayılan oyunların və digər əyləncəli proqramların belə təhlükələrini nəzərə almırlar. Son zamanlar gənclərin sevimlisi olan şəkilləri qocaldan “Face­App” mobil proqramı bu günlərdə sosial şəbəkələrdə, eləcə də həm “AppStore”da, həm də “Google Play”də ən populyar proqramlardan biridir. Təkcə “Google Play”də qeyd olunan proqramı 50 milyondan çox istifadəçi yükləyib. Bu proqram insanları əyləndirir, istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkanı verir və bu zaman real görüntülər yaradaraq milyonlarla insanı əhatə edən böyük auditoriyanı cəlb edir. Populyarlığın əsas səbəbi də budur.

Ardını oxu...

Müqəddəs Qurban bayramı Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olmaqla əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib və etməkdədir.
Lüğəti mənada “qurban” sözü “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Qurban İslam aləmində ən əziz bayramlardan biri, eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. İslam dinində bu ayin xüsusi mahiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Dostluğun, qardaşlığın, fədakar­lığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınıb. “Qurani­-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”. “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s) buyurub: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.
Azərbaycan tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. Digər müsəlman ölkələri kimi, respublikamızda da İslam dinindən irəli gələn vəzifələr böyük ehtiramla yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən sayılan qurban kəsilməsinə əməl etməsi xalqımızın öz dinimizə bağlılığının nümunəsidir.
Azərbaycanda Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək ­deyirdi: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR