23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Ordubad rayonunun Baş Dizə Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
“Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ailənin xalqımızın milli mentalitetində mühüm yer tutmasından, qadınların gələcək nəslin fiziki-mənəvi tərbiyəsindəki rolundan danışıb.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə, Ordubad rayonu üzrə 17 min 895 uşaq vardır ki, onlardan da 157-nin sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 0,8 faizini təşkil edir. Muxtar respublika üzrə 1950 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 8,05 faizi Ordubad rayonunun payına düşür.

Ardını oxu...

Muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlər əhalinin rahat hərəkətinin təmin olunmasının, eləcə də şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin daha keyfiyyətli şəkildə təkmilləşdirilməsinin bir nümunəsidir. Bu gün sərnişindaşıma xidmətinin yüksək səviyyədə təmin olunmasını şərtləndirən amillərdən biri də avtomobil yollarının müasir tələblər səviyyəsində qurulması, yeni avtovağzalların tikilməsi, eləcə də nəqliyyat vasitələrinin yenilənməsidir. Bu sahədə görülmüş işlər hazırda muxtar respublikada sərnişin daşınmasının ən yüksək səviyyədə təşkilinə imkan verir.
Ötən dövrdə bu sahədə görülmüş işlər 2018-ci ildə də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən aldığımız məlumata görə, 2018-ci ilin iyul ayında idarəyə 5 “King Long” markalı, ümumilikdə, 42 yerlik iritutumlu avtobus alınıb. Qeyd olunan tarixdən etibarən sərnişindaşımaya cəlb edilib. Öyrəndik ki, beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb. Təkcə cari ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınıb.

Ardını oxu...

Martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə gənclərin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunacaq.
“Novruz qatarı” adlanan ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil olunacaq, müxtəlif yarışlar keçiriləcək, musiqi nömrələri səsləndiriləcəkdir. Novruz qatarı ekskursiyasında 3 müasirtipli sərnişin vaqonu hazırlanaraq Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılacaq. Vaqonlarda sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə kupelərdə çay süfrəsi təşkil edilərək, müxtəlif bayram şirniyyatları veriləcək və əlavə olaraq vaqonların kupeləri Novruz bayramına məxsus atributlarla bəzədiləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra olunur. Qeyd olunan məsələ ilə bağlı tədbirlər, monitorinqlər və intellektual oyunlar keçirilir, muzeylərə ekskursiyalar təşkil olunur.
Ötən ay Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində monitorinq aparılmış, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 3714 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 4 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmiş, Heydər Əliyev adına tam orta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlarla tolerant mühitin yaradılması ilə bağlı valideynlər, məktəb direktoru və psixoloqları ilə görüş keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş 1 uşağın uçotu aparılmış, Naxçıvan şəhərində fəaliyyət göstərən 2 uşaq bağçasında “Ağıllı uşaq” intellektual oyunu keçirilmiş, iştirak edən və qalib olan uşaqlara diplom və fəxri fərmanlar verilmişdir.
Fevral ayında aztəminatlı ailə­lərdən olan 3 qadının peşə kurslarına cəlb olunması, müraciət etmiş 7 qadının isə işlə təmin olunması üçün məlumatlar aid orqanlara göndərilmişdir. Babək rayonunun Nehrəm kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarif­ləndirici broşür paylanılmışdır. Həmçinin aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmış, bir ailəyə müvafiq köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində əhaliyə avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsilə bağlı seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin əməkdaşı Zaur Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına uyğun olaraq ötən il noyabrın 1-dən etibarən lisenziyalaşdırılma işlərinə başlanılıb. Bununla əlaqədar ötən müddət ərzində, ümumilikdə, 750-dən artıq sahibkara lisenziya verilib.
Diqqətə çatdırılıb ki, lisenziyanın qüvvədə olma müddəti 1 ildir. Sürücülər avtomobilini texniki baxışdan keçirdikdən sonra Dövlət Nəqliyyat Xidmətinə müraciət edərək lisenziya əldə edə bilərlər.
Sonra sürücüləri maraqlandıran sual­lar cavablandırılıb, qeydiyyatdan keçən sahibkarlara lisenziya blankları təqdim edilib.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3883371
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
437
4106
4543
73762
3883371

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter