20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayı ərzində əmək yarmarkalarının keçirilməsi başa çatdırılıb.

Ardını oxu...

Muxtar respublikamızda yeni salınmış meşə zolaqları öz ahəngi ilə hər tərəfi bəzəyir. Təbiətə xüsusi gözəllik bəxş edən bu meşələri hamılıqla qoruyub saxlamalı, insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan yaşıllıqlara daim qayğı göstərməliyik. 

İsti yay günlərində meşələrin məhv olmasının əsas səbəblərindən biri də onların yanğınlara məruz qalmasıdır. Məhz buna görə də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tərtib edilmiş tədbirlər planına uyğun olaraq muxtar respublika ərazisindəki meşələrdə, yeni salınmış yaşıllıq zolaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirir. Həmçinin qızmar yay fəslində vətəndaşların istirahət üçün üz tutduğu məkanlardan biri olan Biçənək meşəsində yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları tərəfindən gündəlik olaraq patrul xidmətləri təşkil olunub.

Ardını oxu...

Türk xalqlarının, o cümlədən azərbaycanlıların həyat və məişətində çörəyə, taxıla hörmət, halallığa çağırış üstünlük təşkil edir. Ulularımız çörəyi hər nemətdən üstün tutublar. Çörək əldən düşərsə, qaldırıb uca bir yerə qoyarlar ki, xeyir, bərəkət qaçmasın. Xalqımızın ən qədim adət-ənənələri də çörəklə bağlıdır. Azərbaycanda çörək and yeri sayılıb. Ən əziz qonaq duz-çörəklə qarşılanıb. Elə buna görə də ən həlledici anlarda, etibar andı içəndə, “and olsun kəsdiyimiz çörəyə”, səadət arzulayanda isə “ağgünlü, ağurvalı olasan”, – deyirlər. Yaşam uğrunda mübarizə “Bir parça çörək qazanmaq” ifadəsinə gəlib çıxıb. Çörək bol olanda torpaq şərəfli, Vətən şöhrətli olar, – deyiblər. Qonaqpərvərliyi ilə seçilən diyarımızda hansı qapını döysək, süfrəsindəki çörəyi Allah qonağından əsirgəməzlər. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi, aztəminatlı ailə­lərin məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada az­təminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Bildirilib ki, Şərur, Babək, Ordubad və Culfa rayonları üzrə, ümumilikdə, 10 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrin hər birinə yanında balası olan iri­buynuzlu mal-qara verilib.
Vurğulanıb ki, cari ilin ilk 7 ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 66 aztəminatlı ailənin özünü­məşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.
Daha sonra Babək rayon Cəhri kənd sakini Məleykə Məmmədova çıxış edərək göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.
Tədbirin sonunda aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Son illərdə muxtar respublikada insanlara göstərilən ən böyük xidmətlərdən biri də suvarma və içməli suya olan tələbatın tam ödənilməsi istiqamətində atılan mütərəqqi addımlardır. Görülən irimiqyaslı işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikanın hər bir bölgəsi içməli su və suvarma suyu ilə tam təmin olunub. Ancaq gəlin görək, yaradılan bu imkanlardan qədərincə istifadə edirikmi? “Su haqqı”, – deyib paklığına and içdiyimiz təbii sərvətə necə qənaət edirik? Axı su yer üzünün tükənən sərvətlərindəndir, əgər biz qənaət etməsək, gələcək nəsillər bu israfçılığın acı fəsadlarını yaşayacaqlar. Və çox güman ki, buna görə bizə, “sağ olun”, deyən tapılmayacaq.
Ötən günlərdə şahidi olduğum bir mənzərə məni bu mövzuya müraciət etməyə vadar etdi. Naxçıvan şəhərinin Atabəylər məhəlləsindəki binanın həyətində qurulmuş su kranının açıq buraxılması, üstəlik, bu yerdə kanalizasiya xəttinin yarpaqlarla tutulması ətrafda su gölməçələrinin yaranmasına səbəb olmuşdu. Yaxınlıqdakı yaşlı bir adamın, nəhayət, bu hadisəyə reaksiya verib kranı bağlaması, təbii ki, gölməçələrin daha da böyüməsinin qarşısını aldı. Yaxınlaşıb onunla həmsöhbət oldum. Öyrəndim ki, o, məhəllə sakini, yaşı yetmişi ­ötmüş Əli Tarverdiyevdir. Onunla söhbət əsnasında dedi ki, Atabəylər məhəlləsinin vaxtilə suya böyük ehtiyacı olub. Sovetlər dövründə, elə müstəqilliyimizin ilk illərində də su sarıdan çox əziyyət çəkmişik. Bidonlarla çeşmələrdən su daşıdığımız da az olmayıb. Belə olan şəraitdə təmizlikdən də söhbət gedə bilməzdi. Təbii ki, bundan ən çox qadınlar əziyyət çəkirdilər. Mənə qəribə gələn odur ki, həmin şəraitdə böyüyən orta və yaşlı nəsil də suya qənaət məsələsində bu gün bəzən biganəliyə yol verir, çəkilən əziyyətləri yaddan çıxarır. İndi həmyerlilərimizin çoxu xarici ölkələrə gedib-gəlir, danışırlar ki, bu ölkələrin şəhərlərində küçədə axan bir çeşməyə rast gələ bilməzsən, suyun hər litri müəyyən məbləğə satılır. Bizdə isə hər bir məhəllədə yoldan keçənlərin, sakinlərin istifadəsi üçün su kranları qoyulub. Bu, biz insanlara göstərilən qayğının nümunəsidir. Ancaq, təəssüflər olsun ki, biz suyun qədrini lazımınca bilmirik. Düşünürəm ki, bu məsələyə hər bir sakin həssas yanaşmalı, xoşagəlməz hallara son qoyulmalıdır.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3044058
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5484
5384
21290
95389
3044058

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter