25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Elə ki yaz gəldi, yağışlar yağmağa başladı, qədim yurdun bərəkətli torpaqlarında bitən şəfalı, min bir dərdin dərmanı olan bitkilər yerli sakinlərin ruzi, qazanc mənbəyinə, sağlam qida kimi isə süfrələrimizin bəzəyinə, ağız ləzzətimizə çevrilir. Bazarların piştaxtalarında cürbəcür çöl pencərləri, göbələk növləri görmək olur. Yurdumuzun saymaqla bitməyən bu nemətləri içərisində biri də var ki, dadı və şəfalı xüsusiyyəti ilə dünyada məşhurdur. Tərkibi sink elementi, əvəzolunmaz amin turşuları və zülalla, vitaminlərlə zəngin olan, “tryufel” adlanan bu bitki çox az ölkələrdə yetişir ki, bu ölkələrin arasında Azərbaycan da var. Müqəddəs Peyğəmbərimiz Məhəmməd əleyhissalam buyurmuşdur ki, bu bitki Musa Peyğəmbərə Cənnətdən hədiyyə kimi göndərilmiş qüdrət halvası növündəndir.

Ardını oxu...

Muxtar respublikada ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin saxlanılması, insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün cari ilin birinci rübündə ekoloji tədbirlər davam ­etdirilmişdir. Fauna ehtiyatlarının qorunması, qanunsuz ov edilməsinin qarşısının alınması məqsədilə 29 reyd-yoxlama keçirilmiş, 45-dən çox yaşayış məntəqəsində, təbiət ərazilərində monitorinqlər aparılmışdır. Qış fəslində, xüsusilə qar örtüyünün çox olduğu yerlərdə, qoruq, milli park, yasaqlıq ərazilərində və faunanın kompleks məskunlaşdığı digər ərazilərdə biotexniki tədbirlər həyata keçirilmiş, ərazilərə 2500 kiloqram daşduz, 1200 kiloqramdan çox buğda, arpa və meyvə-tərəvəz məhsulları səpilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin ildən­-ilə genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı da artırmışdır. Ona görə də muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ən müasir maddi-texniki bazaya malik peşə məktəbləri inşa edilərək istifadəyə verilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Peşə təhsili hər bir ölkə üçün ali təhsil qədər əhəmiyyətlidir. Çünki iqtisadiyyatın bütün sahələrində ali təhsilli mütəxəssislərlə yanaşı, peşə ixtisası olan kadrlara da böyük tələbat vardır”.
Ötən dövrdə bu sahədə həyata keçirilən tədbirlər işaxtaran şəxslərin və gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2009-cu il aprelin 7-də fəaliyyətə başlamış Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin təhsili üçün lazımi şərait yaradılmışdır. Mərkəzdə kabinələr, emalatxanalar, istirahət və elektron lövhəli otaqlar fəaliyyət göstərir.

Ardını oxu...

Bütün dünyada kibercinayətkar­lığın artması dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbir­lərinin genişləndirilməsini aktual edir.
Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə, adətən, maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir.
Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi, demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komisyon ödənilməsi, qəbzin işlənməsi və sair) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırılacağına söz verilir.
Fişinq hücumu, əsasən, messenger və sosial şəbəkələrdə, xüsusilə də “WhatsApp”da çox geniş yayılmışdır. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirlər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzusunda tədbir keçirilib.
Gənclərin iştirakı ilə dəyirmi masa arxasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Sağlam düşüncə, sağlam həyat tərzi sağlam ailənin təməlidir” mövzusunda çıxış edib. Bildirilib ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc nəslin sağlamlığının qorunması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Eyni zamanda ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, sağlam ailənin davamlı­lığının təmin edilməsi məqsədilə bir sıra mühüm dövlət proqramları qəbul olunub.
Qeyd edilib ki, gənclər millətin sağlamlığı və milli genofondun mühafizəçisidirlər. Ona görə də sağlam mənəviyyat və sağlam həyat tərzi seçmək gənclərin başlıca vəzifələrindən olmalıdır.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4130944
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3748
4356
8104
94544
4130944

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter