15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində, o cümlədən Naxçıvan şəhərində, rayon ərazilərində 2-30 avqust tarixlərdə ekoloji monitorinqlər keçirilib. Həmin monitorinq­lərdə istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi, yaşıllıqlara aqrotexniki qulluğun vəziyyəti, yay otlaq sahələrində ekoloji durum, arıçılıq və digər təsərrüfat sahələrində ekoloji nəzarət işləri aparılıb. Eyni zamanda yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib. Bu zaman mövcud çatışmazlıqlar müəyyən edilib və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə müddətli tövsiyə-xəbərdarlıqlar edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə bu qəbildən olan 10 uşaq iştirak edib. Sonda qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyalarına nail olmaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla ­Teatrında sağlamlıq imkanları ­məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası göstərilib.
Məşhur rus xalq nağılı olan “Qoğalın sərgüzəşti” haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanıb. Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub.
“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi, xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa, lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.
Bu maraqlı tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları xarakterik və təbii canlandırırlar.

Ardını oxu...

Şahbuz şəhərindəki Heydər Əliyev prospekti ilə “28 May” küçəsinin kəsişdiyi yerdə bir neçə il bundan əvvəl gözəl bir park yaradılıb – Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı. Bu park şahbuzluların ən sevimli istirahət məkanıdır. Çünki yayın isti günlərində havanın ən yüksək temperaturunda burada insanı sərinlədən bir meh var. Bu mehi, təbii ki, Batabatın, ­Salvartının sərin küləyinin buradakı yaşı qərinələr qədər olan hündür ağacların yarpaqlarına daim bəxş etdiyi xəfif titrəyiş, bir də illər ötdükcə bir-birlərinə sarmaşıb dolaşan ağacların sıx ­kölgəlikləri yaradır. 

2010-cu ildə parkın mərkəzində uzunluğu 18, eni 6 metr olan, 3 fəvvarəli hovuz tikilib. Fidanlar, bəzək ağacları əkilən, gülkarlıqlar yaradılan, oturacaqlar qoyulan, işıqlandırma sistemi quraşdırılan və başdan-başa yenidənqurma işləri aparılan park şahbuzluların asudə vaxtlarını səmərəli keçirmələri, istirahətləri üçün gözəl bir məkana çevrilib. Parkda yaradılan bulaq-abidə kompleksindən Batabat yaylağından çəkilmiş saf və buz kimi suyun axması isə burada yaradılan bütün gözəlliklərə bərabər təqdir­olunası haldır. Yaradılan gözəlliklər burada rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsinə də imkan verib. Neçə illərdir ki, baxmaqla baxmaq, oturduqca oturmaq istəyi yaradan parkda rayonun qocalı-cavanlı hər yaşdan olan sakinlərinin, eləcə də uşaqların saatlarla istirahətinə, əylənməsinə tamaşa etdikcə ölkəmizdə həyata keçirilən qurucu­luq işlərinin, ümumilikdə, bu dağ rayonuna verdiyi töhfələr insanın ürəyini açır.

Ardını oxu...

İllər öncə təhsil aldığım Gəncə Dövlət Universitetində mənim Naxçıvandan olduğumu öyrənən müəllimimin “Naxçıvanda yediyim ovma pendirin dadı hələ də damağımdan getməyib” cümləsi mənə adi görünmüşdü və düşünmüşdüm ki, kənddə nənəmin hər gün ­kilolarla tutduğu pendirin digər bölgələrin pendirindən nə fərqi var? Buraya qonaq gəlib pendirimizi dadanlar da, hardasa, Naxçıvan pendirinin dadına baxanlar da onun böyük ləzzətə malik olduğunu bildirir. 

Naxçıvanın hansı kəndinə getsək, heyvandarlıqla məşğul olan hər bir ailədə üzlü, üzsüz, qaşar, sərmə, axtarma, ovma, döymə, motal kimi pendir növlərinin hazırlandığının şahidi olarıq.
Təcrübəli, əməksevər qadın, 95 yaşlı Dilbər Məmmədova ilə həmsöhbət olduğumuzda o, südün sağılmaq qaydasından tutmuş pendirin ərsəyə gəlməsindən, heyvanın bəslənməsinin pendirin dadına necə təsir etməsindən söhbət açır:
– Pendir qoyun, inək, keçi, camış südündən hazırlanır. Keçi südündən olan pendir ən qiymətli sayılır. El arasında deyirlər ki, “buranın torpağı duzludur, heyvanları da bu torpaqda bitən duzlu ot yediyindən əti də, südü, pendiri də dadlı olur”.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3274656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
98
4179
12425
59302
3274656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter