18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində ötən iki il ərzində xeyli işlər görülüb, məqsədyönlü tədbirlər həyata keçirilib. 2018-ci ilin birinci yarısında da bu tədbirlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, bu dövrdə aktiv məşğulluq tədbirləri diqqətdə saxlanılıb, 1708 nəfər işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub.
Məlumatda bildirilir ki, bəhs olunan dövrdə 156 nəfər müvəqqəti, 112 nəfər işaxtaran isə sosial əhəmiyyətli haqqı­ödənilən işlərə cəlb olunub. Onlardan 13-ü sağlamlıq imkanları məhdud şəxsdir. Hesabat dövründə təşkil olunmuş əmək yarmarkalarında 212 nəfər işlə təmin edilib. Hərbi xidmətdən tərxis olunan gənclərin də məşğulluğu diqqət mərkəzində saxlanılıb, 14 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 3 nəfər peşə hazırlığı kursuna cəlb olunub.
Bu dövrdə kənd mərkəzlərində yaradılmış dərzi sexləri, bərbərxana və gözəllik salonlarında monitorinqlər aparılıb, mövcud boş iş yerlərində çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 2 kurs təşkil olunub. Həmin mərkəzlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin edilib.
İlin birinci yarısında nazirlik tərəfindən sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin olunmasına diqqət artırılıb, 10 nəfər kvota yerləri üzrə işə göndərilib, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 42 nəfər işlə təmin olunub. Sosial qayğıya ehtiyacı olan 66 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilib.
Bu dövrdə peşə təhsilinə malik sağlamlıq imkanları məhdud 43 nəfər münasib işlə təmin edilib.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Xəbərlər şöbəsi

Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində, o cümlədən Naxçıvan şəhərində, rayon ərazilərində 2-30 avqust tarixlərdə ekoloji monitorinqlər keçirilib. Həmin monitorinq­lərdə istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi, yaşıllıqlara aqrotexniki qulluğun vəziyyəti, yay otlaq sahələrində ekoloji durum, arıçılıq və digər təsərrüfat sahələrində ekoloji nəzarət işləri aparılıb. Eyni zamanda yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib. Bu zaman mövcud çatışmazlıqlar müəyyən edilib və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə müddətli tövsiyə-xəbərdarlıqlar edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə bu qəbildən olan 10 uşaq iştirak edib. Sonda qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyalarına nail olmaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla ­Teatrında sağlamlıq imkanları ­məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası göstərilib.
Məşhur rus xalq nağılı olan “Qoğalın sərgüzəşti” haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanıb. Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub.
“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi, xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa, lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.
Bu maraqlı tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları xarakterik və təbii canlandırırlar.

Ardını oxu...

Şahbuz şəhərindəki Heydər Əliyev prospekti ilə “28 May” küçəsinin kəsişdiyi yerdə bir neçə il bundan əvvəl gözəl bir park yaradılıb – Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı. Bu park şahbuzluların ən sevimli istirahət məkanıdır. Çünki yayın isti günlərində havanın ən yüksək temperaturunda burada insanı sərinlədən bir meh var. Bu mehi, təbii ki, Batabatın, ­Salvartının sərin küləyinin buradakı yaşı qərinələr qədər olan hündür ağacların yarpaqlarına daim bəxş etdiyi xəfif titrəyiş, bir də illər ötdükcə bir-birlərinə sarmaşıb dolaşan ağacların sıx ­kölgəlikləri yaradır. 

2010-cu ildə parkın mərkəzində uzunluğu 18, eni 6 metr olan, 3 fəvvarəli hovuz tikilib. Fidanlar, bəzək ağacları əkilən, gülkarlıqlar yaradılan, oturacaqlar qoyulan, işıqlandırma sistemi quraşdırılan və başdan-başa yenidənqurma işləri aparılan park şahbuzluların asudə vaxtlarını səmərəli keçirmələri, istirahətləri üçün gözəl bir məkana çevrilib. Parkda yaradılan bulaq-abidə kompleksindən Batabat yaylağından çəkilmiş saf və buz kimi suyun axması isə burada yaradılan bütün gözəlliklərə bərabər təqdir­olunası haldır. Yaradılan gözəlliklər burada rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsinə də imkan verib. Neçə illərdir ki, baxmaqla baxmaq, oturduqca oturmaq istəyi yaradan parkda rayonun qocalı-cavanlı hər yaşdan olan sakinlərinin, eləcə də uşaqların saatlarla istirahətinə, əylənməsinə tamaşa etdikcə ölkəmizdə həyata keçirilən qurucu­luq işlərinin, ümumilikdə, bu dağ rayonuna verdiyi töhfələr insanın ürəyini açır.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287308
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2156
3637
25077
71954
3287308

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter