14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Turizm və iqtisadi inkişaf. Bu, müasir dövrdə turizmin inkişafına maraqlı olan dövlətlərin və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Məqsəd turizm resurslarını iqtisadi dövriyyəyə cəlb edərək onları cəmiyyətin iqtisadi və humanitar inkişafına yönəltməkdir. Bu baxımdan ölkə­nin beynəlxalq aləmdə tanıdılması üçün turizm informasiya resurslarının yaradılması və onların təbliğ olunmasının mühüm əhəmiyyəti vardır.
Sürətli və yetkin informasiyanın müasir dövrdəki əhəmiyyəti hər kəsə məlumdur. İqtisadi və mədəni həyatda məhz informasiya mübadiləsi vasitəsi ilə cəmiyyətin əldə etdiyi nailiyyətlər bölüşülür, yaradılan resurslar hesabına yeni məhsul və xidmətlər istehsalı üçün ilkin tələb formalaşır. İnkişaf edən bir xidmət sahəsi kimi turizmin müasir dünya iqtisadiyyatında tutduğu yer və onun informasiya resursları ilə qarşılıqlı inkişaf əlaqələri də bu məsələyə daha fərqli yanaşma tələb edir. Çünki öz xüsusiyyətlərinə görə turizm və informasiya resursları bir-birinin inkişafını qarşılıqlı olaraq şərtləndirən iki sahədir. Belə ki, turizm infrastrukturu formalaşdırılması işində vacib məsələlərdən biri kimi turistlərdə region haqqında ilkin məlumatları formalaşdıraraq onlarda səyahət motivləri yaradacaq hər cür məlumat bazasının yaradılması mühüm praktik əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikamızda gəlmə turizmin inkişafına xidmət edən mühüm qurumlardan biri kimi 2010-cu ildə yaradılmış Naxçıvan Turizm-İnformasiya Mərkəzinin də qarşısında mühüm vəzifələr dayanır.

Mərkəzin yaradılması muxtar respublikamızda sosial-iqtisadi inkişafın yüksək sürətlə davam etdiyi, regionun xarici iqtisadi əlaqələrinin genişləndiyi bir vaxta və dünyanın bir çox ölkəsindən çoxlu sayda turistin Azərbaycanın bu qədim diyarına marağının artdığı bir dövrə təsadüf etmişdir. Muxtar respublikaya turizm səfərləri üçün hər cür şəraitin yaradılması, nəqliyyat və kommunikasiya blokadasının yarılması ilə regiona səyahət edəcək turistlərdə yaranmış informasiya tələbatlarının da ödənilməsi səyahətsevərlərdə Naxçıvan haqqında olan qiyabi təsəvvürləri real təəssürata çevirməyə xidmət göstərir. Regionun tarixi keçmişi, iqtisadi və mədəni potensialı, turizm infrastrukturunun mövcud inkişaf səviyyəsi, milli qonaqpərvərlik elementləri haqqında ilkin təsəvvürlərin formalaşdırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. Bu mühüm vəzifələr ötən il iyulun 5-də Naxçıvan Turizm-İnformasiya Mərkəzi üçün yeni binanın istifadəyə verilməsi münasibətilə keçirilmiş tədbirdə bir daha diqqətə çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi muxtar respublikada turizm fəaliyyətinin stimullaşdırılması, turizm potensialından istifadə imkanlarının genişləndirilməsi və təbliği ilə bağlı müvafiq tədbirlər görməli, ekoloji, müalicə və kənd turizminin inkişafına çalışmalı, beynəlxalq təcrübəni tətbiq etməlidir. Həmçinin xalqımızın tarixinin, adət-ənənələrinin, xalq yaradıcılığı nümunələrinin, xarici dillərdə turist-bələdçi kitabçaları və turist xəritələrinin hazırlanması, nəşri və yayılması təmin edilməlidir. 
Qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində mərkəz öz fəaliyyətində buraya müraciət edən yerli və xarici vətəndaşlara Naxçıvandakı tur firmalar, muzeylər, tarix-mədəniyyət abidələri, otellər, restoranlar, hədiyyəlik əşya mağazaları, habelə muxtar respublikadakı müxtəlif istiqamətlər üzrə nəqliyyat marşrutları haqqında məlumat verir, ölkədə fəaliyyət göstərən digər turizm-informasiya mərkəzləri ilə qarşılıqlı əlaqə yaradır, mövcud internet resurslarından səmərəli istifadə vasitəsilə regionun turizm potensialının təbliğinə çalışır. Həmçinin mərkəz səlahiyyətləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin digər struktur bölmələri, yerli orqanları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə olaraq öz fəaliyyətini genişləndirməkdədir.
Qısa müddət ərzində mərkəzdə turizm məlumat bankının formalaşdırılması başa çatdırılmış, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad istiqamətlərində turist marşrutları işlənmiş, mərkəz əməkdaşlarının muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrində maarifləndirici çıxışları təşkil olunmuşdur.
Hazırda köhnəlmiş reklam-informasiya vasitələrinin yenidən işlənməsi və yeni reklam-informasiya vasitələrinin hazırlanması üzərində işlər aparılır. Naxçıvan Muxtar Respublikasının turist xəritəsi hazırlanmış, Naxçıvan Muxtar Respublikasının turist-bələdçi kitabçasının, abidələr xəritəsinin yenilənməsi üzərindəki işlər yekunlaşmışdır.
Bütün bunlarla yanaşı, qarşıdakı aylar ərzində tədbirlər planına uyğun olaraq, Naxçıvan Turizm-İnformasiya Mərkəzi əməkdaşlarının muxtar respublikamızda kənd-yaşıl turizmin inkişafı və sürətləndirilməsi məqsədilə yerlərdə maarifləndirici çıxışları nəzərdə tutulmuşdur. Bundan əlavə, Naxçıvan şəhərinin turist bələdçi xəritəsinin, Naxçıvan Muxtar Respublikasının turist atlasının hazırlanması da görüləcək işlər sırasındadır.

Naxçıvan öz qədim tarixi keçmişi və müasir gözəlliyi ilə çoxdan dünyanın diqqət mərkəzindədir. Hələ beş min il əvvəldən sivilizasiyanın mədəniyyət mərkəzi olmuş bu diyarın şöhrətini hər yerə tanıtmaq, onun qəhrəman övladlarının quruculuq şücaətini dünyaya nümayiş etdirmək üçün əlimizdə hər cür imkanlar vardır. Bu imkanları tarixi fürsətlərə çevirib, turizmdən də lazımi nəticələri əldə etmək üçün qarşımızda duran ən vacib məsələlərdən biri də təbliğat və tanıtım işlərində geri qalmamaqdır.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3271246
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
867
4121
9015
55892
3271246

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter