17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 76 dövlət orqanının saytında Naxçıvan portalının, 94 dövlət orqanının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur. Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənmiş, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmişdir.

Naxçıvanda müalicə turizmi üçün geniş imkanlar vardır. Bu sahədə reklam-informasiya materiallarının hazırlanması və təbliği mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın müalicə turizmi ilə bağlı Naxçıvan televiziyasında məlumat verilmiş, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Naftalan və onun müalicəvi əhəmiyyətləri” mövzusunda seminar keçirilmişdir.
Xalq sənətkarlığı sahələri və əl işləri turistlərin diqqətini daha çox cəlb edir. Muxtar respublikada xalq sənətkarlığının müxtəlif sahələri inkişaf etdirilmiş, sənətkarlar üçün lazımi şərait yaradılmışdır. Ötən dövrdə nazirliyin “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 10 min 906 manatlıq 1117 ədəd əl işi satılmışdır. “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən isə sərgi-satış məqsədilə 204 adda 9527 manat dəyərində əl işi və sənət əsəri qəbul edilmiş, 97 adda 6795 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir.
Müşavirədə gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda böyüdülməsi əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birlikdə “Naxçıvanı tanıyaq” devizi altında gənc­lərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Gülüstan türbəsinə, Ordubad rayonu ərazisindəki muzeylərə və tarixi abidələrə ekskursiyalarını təşkil etmişdir. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən 2016-cı il aprel ayının 2-dən iyun ayının 5-dək muxtar respublikanın əhatə etdiyi ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticə göstərmiş şagirdlərin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilmişdir. Layihədə muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan 315 əlaçı şagird iştirak etmişdir. 45 sağlamlıq imkanları məhdud və 45 aztəminatlı ailələrin uşaqlarının da Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunmuşdur. Həmçinin yay tətili dövründə gənclərin, o cümlədən idmançıların və Heydər Əliyev adına Hərbi Lisey kursantlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və federasiyaların idmançılarının muzeylərə gəzintiləri təşkil olunmuşdur.
Hesabat dövründə Mədəniyyət və Turizm Nazirliyi və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin muzeylərdə seminar-məlumatlandırma işi davam etdirilmiş, sürücülər qrup şəklində muzeylərdə olmuş və maarifləndirilmişlər. Taksilərə muxtar respublikanın turizm yerləri, muzeyləri və milli mədəniyyət nümunələrini özündə əks etdirən turist xəritələri və bukletlər qoyulmuşdur.
Turizmin inkişafında əsas məsələlərdən biri də bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Müşavirədə bu məsələ ilə bağlı müvafiq tapşırıq verilmişdir. Ötən dövrdə İqtisadiyyat Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi “Naxçıvan Biznes Mərkəzi” MMC-də iaşə və mehmanxana obyektlərində fəaliyyət göstərən işçilərə xidmət mədəniyyəti ilə bağlı maarifləndirici seminar keçirmişdir. Ötən ilin 7-9 aprel tarixlərində Bakı şəhərində keçirilən “XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan stendi ilə iştirak etmişdir. Sərgi çərçivəsində Bakı şəhərində yerləşən Ekspo Mərkəzdə Naxçıvan stendi qurulmuş və muxtar respublikanın turizm potensialı haqqında təbliğat materialları nümayiş etdirilmişdir.
27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü: Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet-aksiyada Mədəniyyət və Turizm Nazirliyi aid təşkilatlarla birlikdə 10 bölmə üzrə 1000-ə yaxın foto və 152 tanıtım videosu hazırlamışdır. Bu materiallar paylaşılmaq üçün Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə, Naxçıvan Dövlət Televiziyasına, qəzet redaksiyalarına və informasiya agentliklərinə təqdim edilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin veb saytında “Ümumdünya Turizm Günü: Naxçıvanı təqdim edirik” başlıqlı bölmə yaradılmış, hazırlanmış materiallar burada yerləşdirilmişdir. Ümumilikdə, aksiyada 1047 nəfər və 60 qrup iştirak etmişdir. Naxçıvanın tanıtımı ilə bağlı 273 sayta məlumat göndərilmiş, 41 saytda material dərc edilmiş, 55 minə yaxın paylaşım, 265 minə yaxın bəyənmə və 851 mindən çox izləyici sayı qeydə alınmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən hesabat dövrü ərzində muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların hazırlanması və onların internetdə yerləşdirilməsinin təmin edilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, ötən il mərkəzin Youtube kanalına 680-dən çox videoçarx yerləşdirilmiş, həmin videoçarxlar facebook və google+ səhifələrində də yayımlanmışdır. Mərkəzə gəlmiş 1750 nəfər xarici ölkə vətəndaşının müraciəti cavablandırılmış, qonaqların mərkəzdə olan çap materialları ilə tanışlığı təmin edilmişdir. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 425 min 683 baxış olmuş, 1312 nəfər səhifəni bəyənmişdir. Mərkəzin saytında turist qəbul edən 35 kənd evi haqqında məlumat yerləşdirilmişdir. Həmçinin 2016-cı ildə Naxçıvan Dövlət Tele­viziyasında bu mövzuda 57 veriliş, 13 film, kənd­lərin sosial həyatını əks etdirən 11 teleetüd və muxtar respublikanın turizm potensialını əks etdirən 11 videoçarx, “Günaydın” səhər proqramında 87, “Xəbərlər” pro­qramında isə 100-dən çox süjet efirə təqdim edilmişdir. Bu dövrdə dövlət radiosunda da 74 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində turizmin təbliği ilə bağlı 69 məqalə dərc edilmişdir.
Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 30-dan çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 167 turizm şirkətinə və bölgələrdə yerləşən 11 turizm informasiya mərkəzinə məlumatlar göndərilmişdir. “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən keçirilən müsabiqədə Naxçıvan Turizm İnformasiya Mərkəzi fəal iştirak edərək sertifikat və fəxri fərman almış, “Azərbaycan” turistlər üçün məlumat kataloqunda Naxçıvan Muxtar Respublikası rayonlar içərisində Bakı-Abşerondan sonra 2-ci yerdə təqdim edilmiş və digər rayonlarla müqayisədə muxtar respublikaya daha geniş yer ayrılmışdır. Ötən dövr ərzində muzeylərin internet saytlarının yaradılması da diqqət mərkəzində saxlanılmış, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin saytı istifadəyə verilmiş, “Əlincəqala”, “Parçı İmamzadəsi”, Bəhruz Kəngərli Muzeyinin bukletləri hazırlanaraq çap etdirilmiş, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin, “Gülüstan” Tarix-Mədəniyyət Qoruğunun, Bəhruz Kəngərli Muzeyinin yeni bələdçi mətnləri hazırlanmışdır.
Naxçıvanda kənd yaşıl turizmi üçün geniş potensial vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ildə kənd yaşıl turizmin inkişafı ilə bağlı muxtar respublikanın 5 rayonunun 19 kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilmişdir. Sərhəd-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında quraşdırılan elektron məlumat lövhələrində turistləri maraqlandıran gömrük məlumatları, Naxçıvan Muxtar Respublikasının görməli yerlərinin fotoslaydları yerləşdirilmiş, infoköşklərdə Azərbaycan, rus və ingilis dillərində gömrük qanunvericiliyi barədə məlumatlar qoyulmuşdur. Həmçinin bütün gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı videoçarxların nümayişi həyata keçirilməkdədir.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikaya gələn əcnəbilərin Azərbaycanın, o cümlədən muxtar respublikanın mədəniyyəti, incəsənəti, mətbəxi və turizm imkanları haqqında məlumatlandırılması, muzeylərə və tarixi yerlərə ekskursiyalarının təşkil edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycanın mədəniyyəti və inkişaf tarixi”, “Azərbaycan xalçaları”, “Azərbaycanın Dövlət Bayrağı”, “Klassik Azərbaycan ədəbiyyatı”, “Azərbaycan rəssamlıq məktəbi”, “Naxçıvanın tarixi abidələri”, “Naxçıvan Muxtar Respublikasının tarix-mədəni turizm potensialı”,“Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı”, “Naxçıvan Muxtar Respublikasının müalicə turizmi potensialı” mövzularında 10 maarifləndirici tədbir keçirilmiş, bir sıra muzeylərə, tarixi abidələrə, dini və müalicə turizmi obyektlərinə ekskursiyalar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti ilə birgə Turizm və otelçilik ixtisasının muxtar respublikanın turizm potensialı ilə bağlı hazırlanmış materiallarla təmin edilməsi, həmin ixtisasda oxuyan tələbələrin tarixi yerlərə və muzeylərə ekskursiyalarının təşkili istiqamətində bir sıra işlər görmüşdür. Tələbələrin Qarabağlar Türbə Kompleksinə, “Əlincəqala” tarixi abidəsinə ekskursiyaları təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir. “Naxçıvanı tanıyaq” layihəsi çərçivəsində universitetin turizm ixtisasında təhsil alan III kurs tələbələri muxtar respublikanın turizm potensialı olan yerlərində olmuş və videoçarx hazır­lamışlar. “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə may ayında taksi sürücüləri üçün “Turizmə yararlı peşəkar sürücü” kursu təşkil edilmişdir. “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin Gənc turçuları tərəfindən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə test-tur təşkil olunmuşdur. 7 may 2016-cı il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda keçirilən gənc tədqiqatçıların respublika elmi-praktik konfransında “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə II kurs tələbələri, 31 may-1 iyun tarixlərdə Bakı şəhərində “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda universitetin Turizm İnformasiya Mərkəzi iştirak etmişdir. Oktyabr ayında Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının əməkdaşlarının iştirakı ilə “Naxçıvanda turizmin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən turistlərin təhlükəsizliyinin qorunması ilə bağlı fəaliyyətin gücləndirilməsi işinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən isə muxtar respublikaya səfər edən turistlərin gediş-gəlişi zamanı rahatlıqlarının təmin olunması məqsədilə sərhəd-nəzarət məntəqələrində rəsmiləşdirilmə prosedurları sürətləndirilmişdir.
Turizm sahibkarlığının inkişaf etdirilməsi, turizmlə məşğul olan sahibkarlara müvafiq tövsiyələrin verilməsi, biznes-planların işlənilməsi və onların tətbiqinə nail olunması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən aprelin 7-də “Naxçıvan Biznes Mərkəzi” MMC-də sahibkarlarla görüş keçirilmiş, onlara muxtar respublikada turizm sahibkarlığının inkişaf etdirilməsi istiqamətində yaradılmış şəraitlə bağlı geniş məlumat verilmişdir. Ötən dövrdə muxtar respublikada fəaliyyət göstərən 21 iaşə obyektində göstərilən xidmətlərin keyfiyyətinin və təqdim edilən menyularda milli yeməklərin çeşidinin artırılması istiqamətində maarifləndirici monitorinqlər aparılmış, müvafiq tövsiyələr verilmişdir.
Naxçıvanda turizmin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikaya 403 mindən çox turist gəlmişdir ki, bunun da 271 mini xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı verilən tapşırıqların icrası aid qurumlar tərəfindən davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284357
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2842
3444
22126
69003
3284357

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter