18 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Qafqaz regionunun əsas turistik məkanlarından olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda zəngin arxeoloji ərazilər, mədəniyyət abidələri və qalalar vardır. Bu ərazilərdəki VIII əsrə aid qədim keramika nümunələri mühüm tədqiqat materiallarıdır. Şərur rayonundakı Ağbucaq yaşayış yeri və onun nekropolu, Axaməd tarixi ərazisi və Şahbuz rayonundakı Ağdaban qalası Naxçıvanın qədim yaşayış yerlərindəndir.
Şərur rayonunun Axura kəndinin qərb hissəsində “Ağbucaq” arxeoloji abidəsi yerləşir. Yaşayış yeri çox da hündür olmayan təpənin üzərini və onun ətrafını əhatə edir. Bu ərazidə son antik dövrə aid çəhrayı rəngli keramika parçalarına rast gəlinib. Bu gün əraziyə səfər edənlər yaşayış yerində qədim tikinti qalıqları ilə qarşılaşa bilərlər. Tikinti qalıqları vaxtilə burada yaşayış binalarının olduğunu təsdiq edir. Ərazidən aşkar olunmuş keramika məmulatları Ağbucaq yaşayış yerinin e.ə.V-IV əsrdə yarandığını təsdiq edir.
Şərur rayonunun Axura kəndində konusvarı təpənin üzərində Ağbucaq nekropolu yerləşir. Qəbirlər daş qutu tiplidir. Qəbirlərin yan divarları yastı sal daşlarla qurulmuş, üzərləri isə eynitipli daşlarla örtülmüşdür. Çox təəssüf ki, nekropollar ərazidə kənd təsərrüfatı işləri aparılarkən tamamilə dağıdılmışdır. Nekropolların yerləşdiyi ərazidən yalnız bir neçə çəhrayı rəngli keramika parçaları aşkar olunmuşdur. Bu keramika nümunələri son antik dövr üçün xarakterikdir. Ərazidə aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqatlar zamanı nekropolun şərq tərəfindən iri küp parçası tapılmışdır. Arxeoloji materiallara əsasən nekropolu e.ə. II əsrə aid etmək olar.

Şərur rayonunun Axaməd kəndinin cənub-qərbində e.ə I minilliyə aid olan Axaməd yaşayış ərazisi yerləşir. Ərazidə aparılan əkin işləri zamanı iri tikili daşları, daş əmək alətləri (dən daşı və dəstə), həmçinin mühüm əhəmiyyətli keramika məmulatları tapılmışdır. 2001-ci ildə ərazidə arxeoloqlar tərəfindən aparılmış tədqiqatlar nəticəsində oradan zərif hazırlanmış qab nümunələri, qazanlar və qədim ev qalıqları aşkarlanmışdır. Bu region narın qum qatışıqlı gildən yoğurulmuş və yaxşı bişirilmiş boz rəngli qablarla məşhurdur. Ərazidən aşkarlanmış məmulatlara əsasən demək olar ki, bu yaşayış yeri e.ə.VIII əsrə aiddir.
Şahbuz rayonunun Şada kəndinin cənubunda hündür oval təpənin üzərində arxeoloji abidə olan Ağdaban qalası yerləşir. Təpənin üst hissəsi düz olduğundan yaşayış yeri üçün əlverişlidir. Təpənin zirvəsi qala divarları ilə əhatə olunmuşdur və divarın qalıqlarına bu gün də tamaşa etmək olur. Bəzi qisimlərdə divarlar 1 metr hündürlüyündə saxlanmışdır. Tarixçi və arxeoloqlar qədim dövrlərdə mühüm memarlıq planı hesab edilən dördkünc formalı, daşdan inşa edilmiş binaların qalıqlarını qalanın daxilində müşahidə etmişlər. Tədqiqatlar zamanı yaşayış yerindən həmçinin antik dövrün son mərhələsinə aid çəhrayı rəngli keramika parçaları da aşkar olunmuşdur. Arxeoloji tapıntılar təsdiq edir ki, yaşayış yeri I-X əsrlərə aiddir.
Naxçıvan Muxtar Respublikasının rəhbəri muxtar respublikanın bütün ərazisindəki mövcud tarixi, mədəni və arxeoloji abidələrə yüksək diqqət göstərir. Şərur bölgəsi bir çox qeyri-adi xüsusiyyətləri, arxeoloji əraziləri, turistlərin diqqətini cəlb edə biləcək xoşməramlı insanları və infrastrukturu ilə xarici qonaqları və turistləri gözləyir.

Peter Tase
19.02.2017
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3032837
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5016
5053
10069
84168
3032837

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter