16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

 Dünya iqtisadiyyatında baş verən dəyişikliklər və ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə həyata keçirilən qəti tədbirlər çərçivəsində turizmin inkişafına ayrılan diqqət də öz bəhrəsini verməyə başlayıb. Bunu muxtar respublikamıza gələn turistlərin sayının artımında da görmək mümkündür. 

Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin ilk ayında muxtar respublikaya 16 min 265 nəfər turist gəlib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 6,8 faiz və ya 1034 nəfər çoxdur.
Hələ qış mövsümü bitməsə də, turistlərin sayındakı bu mühüm artımın arxasında bir sıra amillər dayanır. Belə ki, ötən ilin yekunlarına baxdıqda il ərzində Naxçıvan Muxtar Respublikasına səyahət etmiş turistlərin sayının 403 min nəfər olduğunu görməkdəyik ki, bu da 2015-ci ilin yekunları (390 min nəfər) ilə müqayisədə 3,3 faiz çox deməkdir. Bu rəqəmi 2014-cü illə (378 min nəfər) müqayisə etdikdə isə 6,6 faiz artım olduğunu müşahidə edirik. Göründüyü kimi, muxtar respublikamıza gələn turist sayının artım dinamikası sabit saxlanılıb. Turistlərin Naxçıvana rahat səyahətləri üçün lazımi şəraitin yaradılması, təklif olunan xidmətlərin keyfiyyətinin və qiymətinin turist tələbini ödəməsi, milli və peşəkar qonaqpərvərlikdə formalaşmış müsbət imic səyahət zamanı Naxçıvanı seçən turistlərin sayının artımına müsbət təsir edib. Ötən il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə isə muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği ilə bağlı mühüm vəzifələr qarşıya qoyulub. Görülmüş tədbirlər nəticəsində Naxçıvanın zəngin turizm ehtiyatlarının, infrastruktur imkanlarının tanıdılması işində xeyli irəliləyişlər əldə olunub.

Bütün bunlar nəticəsiz qalmayıb və artıq cari ildə də Naxçıvana səyahət edəcək turistlərin sayının çox olacağını indidən proqnozlaşdırmaq mümkündür. Muxtar respublikada həm yay, həm də qış turizmi üçün geniş imkanlar vardır. 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanın beynəlxalq aləmdə daha geniş tanıdılması üçün də yeni imkanlar yaranacaq. Mühüm əhəmiyyəti olan bu hadisəyə hazırlıq tədbirlərinə start verilməsi əcnəbi turistlərin bu qədim mədəniyyət mər­kəzinə olan marağını daha da artıracaqdır.


Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278086
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
15
3513
15855
62732
3278086

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter