15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu il görkəmli təbiətşünas-alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyi ölkə səviyyəsində geniş qeyd olunur. Akademikin yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq tələbə-gənclərin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına, muxtar respublikanın xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalarının təşkil edilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı qrafikə əsasən gənclərin Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlığı və Fərhad evinə ekskursiyası təşkil olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin şöbə müdiri Şövqi Əliyev çıxış edərək muxtar respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri haqqında məlumat verib. Qeyd olunub ki, gənclərin bu ərazilərə ekskursiyalarının təşkil edilməsi muxtar respublikanın fauna və florası haqqında məlumat verilməsi, eyni zamanda bölgənin turizm potensialının tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonra gənclərin Fərhad evi istiqamətində yürüşü təşkil olunmuşdur. Şahbuz Dövlət Təbiət Qoruğunun elmi işlər üzrə direktor müavini Mürsəl Seyidov burada gənclərə məlumat verərək bildirmişdir ki, Fərhad evi Batabat yaylağında yerləşən arxeolo­ji abidədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarət olan Fərhad evində otaqlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunmuşdur.
Yerli əhali bunu “Şah Abbas karvansarası” adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin eradan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.
Yürüş çərçivəsində AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov iştirakçılara qoruğun fauna və flora növləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları, əsasən, Batabat mineral bulaqlarından ibarətdir. Ərazidə yağıntının nisbətən çoxluğu və təbii su ehtiyatlarının çox olması burada özünə­məxsus meşə-bitki örtüyünün yaranmasına və faunanın formalaşmasına şərait yaratmışdır. Buna uyğun olaraq da bir sıra təbii landşaft sahələri formalaşmışdır.
Qeyd olunmuşdur ki, qoruğun ərazisində 2899 bitki növü var. Ərazinin relyefi və fiziki-coğrafi xüsusiyyətləri qoruğun müasir faunasının formalaşması üçün mühüm rol oynamışdır.
Qoruğun ərazisində quşların, ­yırtıcıların, suda-quruda yaşayanlar və sürünənlərin bir çox növləri mövcuddur.
Şahbuz Dövlət Təbiət Qoruğunun muzey binası ilə tanış olan gənclərə məlumat verilib ki, qoruğun yaradılmasında əsas məqsəd genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və səciyyəvi təbiət komplekslərinin təbii vəziyyətdə qorunub saxlanılmasından, ekoloji monitorinqinin aparılmasından ibarətdir. Qoruğun əsas torpaq sahələri dağlıq ərazilərdə, yağıntının qismən çox olduğu Batabat gölü və Biçənək aşırımı ərazisində yerləşir. Qoruğun ərazisində müxtəlif ağac və kollar, quş növləri, sürünənlər, suda-quruda yaşayanlar, çay və göllərində müxtəlif balıq növləri vardır. Nadir ağac və kollardan ibarət olan Biçənək meşəsi kompleks təbiət abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Ekskursiya gənclərdə böyük maraq doğurub.
Oktyabr ayına qədər davam edəcək ekskursiyalarda gənclərin Zəngəzur Milli Parkı ərazisində Gənzə, Kotam, Parağaçay kəndləri və Babək qalası istiqamətində də səfərləri həyata keçiriləcəkdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276411
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1853
4179
14180
61057
3276411

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter