15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu yaxınlarda “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Turizm marşrutları və ekskursiya işinin təşkili” adlı dərs vəsaiti işıq üzü görüb. “Naxçıvan” Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab bu mövzuda Azərbaycan dilində ilk dəfə yazılmış əsərdir.

Turizm və otelçilik ixtisası üzrə ali təhsil verən ali məktəblərin baza təhsil proqramında yer alan “Turizm mar­şrutları və ekskursiya işinin təşkili” fənninin tədrisi məqsədilə işlənmiş bu kitab tədris prosesi üçün əhəmiyyətli olub, 3 fəsildən ibarətdir. Birinci fəsildə turizm marşrutları və onların yaradılması, ikinci fəsildə ekskursiya fəaliyyəti və onun təşkili üzrə nəzəri məsələlərə dair 15 dərs mövzusu təqdim olunub.
Dərs vəsaitinin üçüncü fəslində müvafiq fotoşəkillərlə birgə Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatları timsalında konkret tur nümunələri və təqdimat reseptləri, həmçinin ekskursiyalar zamanı çoxişlənən turizm terminləri də verilib. Turizm destinasiyasında yaradılacaq marşrutların davamlılığı, onların texniki və iqtisadi cəhətdən əsaslandırılması, ekoloji maraqların, yerli əhalinin mənafelərinin ödənilməsi və təhlükəsizlik məsələləri üzrə mövzuları öyrənən tələbələr turizm marşrutu, turizm marşrutlarının yaradılmasına təsir edən amillər, tur və onun mahiyyəti, turların formalaşdırılması zamanı resursların düzgün qiymətləndirilməsi barədə biliklər əldə edə bilərlər.

Yeni nəşrdə ekskursiya fəaliyyətinin təşkili üçün əsas baza olan nəzəri və metodoloji biliklərin əldə olunması məqsədilə məntiqi ardıcıllığa əməl olunması, onun pedaqoji mahiyyətinin və təqdimatların keçirilməsi qaydalarının öyrənilməsinə xüsusi yer ayrılıb, konkret situasiyalar üzrə izahlar verilib. Bu baxımdan kitabda işlənmiş hər bir mövzuya dair təqdim olunmuş yoxlama suallar və testlər tələbələrin bu fənn üzrə biliklərinin möhkəmləndirilməsi üçün də əhəmiyyətlidir.
Kitabdan turizm ixtisasında dərs deyən müəllimlər, bu sahə üzrə təhsil alan bakalavr və magistrantlar, turizm sahəsində çalışan mütəxəssislər, o cümlədən turizm və səyahət məsələləri ilə maraqlananlar faydalana bilərlər.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3274651
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
93
4179
12420
59297
3274651

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter