25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sektorunun da inkişafına təsir edib, nəticədə, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmaqdadır.

Təbii ki, muxtar respublikamızın turizm potensialının formalaşmasında hər bir bölgənin öz payı var. Naxçıvanın qədim tarixə, müasir infrastruktura malik Kəngərli rayonu da bu baxımdan istisna deyil. Muxtar respublikamızda infrastruktur quruculuğu istiqamətində həyata keçirilən tədbirlər bu rayonun da simasını gözəlləşdirib, yaşayış məntəqələri tamamilə abadlaşdırılıb, bütün istiqamətlərdə avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Görülən işlər rayonda yaşayan əhalinin rahatlığını təmin etməklə bərabər, burada turizmin müxtəlif növlərinin inkişaf etdirilməsinə də əlavə imkanlar yaradıb. Bəs bu gün Kəngərli rayonunda turizmin inkişaf etdirilməsi üçün potensial imkanlar nədən ibarətdir?
Əvvəlcə onu qeyd edək ki, hazır­da ölkəmizin turizm sektorunda yeni trend kimi özünə maraq cəlb edən kənd turizmi Kəngərli rayonunun kənd yaşayış məntəqələri üçün də xarakterikdir. Belə ki, bu yaşayış məntəqələrində kompleks quruculuq tədbirlərinin aparılması, yolların abadlaşdırılması, yaşıllıq sahələrinin artırılması, ətraf mühitin təmizliyinin qorunması və sair işlərin görülməsi rayonun bütün kəndlərində bura yolu düşən qonaqların rahatlığını təmin etmək imkanına malikdir. Füsunkar təbiəti, qədim adət-ənənələri və tarixi-mədəni zənginlikləri ilə Kəngərli rayonunun kəndlərinin bu baxımdan lazımi potensialı vardır. Bu kəndlərdə yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olduğundan gələn turistlərə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarından hazırlanmış milli mətbəx nümunələri təqdim etmək, turistləri kənd sakinləri tərəfindən verilən kirayə evlərlə təmin etmək, maraq dairəsini nəzərə alaraq rayon daxilində müxtəlif gəzintilər təşkil etmək mümkündür. Bəs bu maraqlar nədən ibarət ola bilər?
Kəngərli rayonunun ərazisi çox qədim tarixə və mədəniyyətə malikdir. Rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi-mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bunlar qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar, türbələr və digər memarlıq abidələrindən ibarətdir. Bu baxımdan tarixi və mədəni turizmin inkişafı üçün rayon ərazisində lazımi imkanlar mövcuddur. Qarabağlar Türbə Kompleksi, Qıvraq məscidi, Qıvraq hamamı, Çalxanqala abidə divarları, Çalxanqala türbəsi, Şahtaxtı Govur qalası kimi tarixi-memarlıq abidələri tarixi və mədəni turizm həvəskarları üçün maraqlı sayıla bilər.
Məsələn, rayonun ən böyük yaşayış məntəqəsi sayılan Qarabağlar kəndi ilk olaraq qədim yaşayış məskəni kimi diqqət çəkir. Kəndin şimalındakı təpəlik ərazidə 40 hektar sahəni əhatə edən Qalacıq yaşayış məskəni Son Tunc və Dəmir dövrlərinə aiddir. Aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib ki, Qalacıq bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid rast gəlinən möhtəşəm yaşayış yeridir. Bundan başqa, ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII-XVII əsrlərə aiddir. Ehtimallara görə, Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər sakin yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə.II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar. Orta əsrlərdə Azərbaycanın qədim və iri şəhərlərindən biri hesab edilib. Mühüm ictimai-iqtisadi, siyasi mərkəzlərdən biri olması məlumdur. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi edib. Şəhər Naxçıvanın ən qədim mədəniyyət mərkəzlərindən biri olub. Övliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir edir: “Bu şəhərin özülünü Mənüçöhr qoyub. Şəhər çox qədimdir. İndi Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. Əmir Teymur Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlaq salıb. Şəhər çox abaddır, ətrafında ucsuz-bucaqsız münbit düzənlik yerləşir. Bizim xidmətçilər şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada bağı və üzümlükləri olan 10 minə qədər ev, 70 mehrab, minarəli 40 cami var. Karvansaray, hamam və bazarlar da çoxdur. Onların sayı artmaqda davam edir. Bura bolluq diyarıdır. Şəhərdə gəzərkən bir bağban bizə 25 çeşid dadlı armud gətirdi. Burada yaqut rəngli nar yetişir”.
Orta əsr Azərbaycan memarlığının ən qiymətli yadigarlarından olan Qarabağlar Türbə Kompleksi isə nəinki kəndin, ümumilikdə, Kəngərli rayonunun tanınma simvolu kimi qiymətləndirilə bilər. Bu abidə kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Sovetlər Birliyi zamanı bu türbəyə münasibət birmənalı olmayıb. Ötən əsrin 30-cu illərindən başlayaraq bir neçə dəfə türbənin sökülməsinə cəhd edilib, sonralar isə türbənin minarələrini yuxarı hissədən sökmək istəyiblər. Ancaq kənd camaatının etirazları və II Dünya müharibəsinin başlanması söküntünün təxirə salınmasına səbəb olub. Hazırda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən bu tarixi abidənin elmi əsaslarla bərpası davam etdirilir. Yaxın gələcəkdə abidə Kəngərli rayonuna turistlərin axınını daha da artıracaq.
Və yaxud götürək Şahtaxtı kəndindəki Şahtaxtı hamamını. Kənd ağsaqqallarının dediyinə görə, bu hamam kömür və ya odunla deyil, yalnız bircə şamla qızdırılıb. Rəvayətlərə görə, əsrlər öncə Şahtaxtı kəndindən dini təhsil almaq istəyən bir gəncin yolu İsfahana düşür və orada olduğu müddətdə XVII əsrin ən məşhur din xadimlərindən biri, ensiklopedik bilikli alim, türk əsilli Şeyx Bəhaəddin Əl Amili (Şeyx Bəhai) ilə tanış olmaq imkanı qazanır. Şeyx Bəhai həm də nüfuzlu dövlət xadimi Səfəvi hökmdarı Şah Abbasın sevimli vəziri olub. Onun dünyanı heyrətləndirən ixtiralarından olan, alimə böyük şöhrət gətirən və haqqında əfsanələr danışılan əsəri – İsfahandakı şam ilə isidilən hamam Şahtaxtıdan dini təhsil üçün yola düşən adamı daha çox maraqlandırır. Hamamın zirzəmisinə heç kim buraxılmır, ancaq həmin adam işçi kimi bir müddət cüzi bir miqdarda pul qarşılığında hamamda çalışmağa başlayır və imkan tapıb bu hamamın sirrini öyrənə bilir. Bundan bir müddət sonra həmin şəxs kəndə qayıdıb ruhani fəaliyyətlə məşğul olur, eyni zamanda İsfahanda gördüyü hamamın eynisini tikdirir. Çox keçmir ki, bu hamamın şan-şöhrəti ətrafa yayılır, qonşu ölkələrdən belə, bircə şamla yanan bu hamamın sirrini açmaq üçün gəlirlər. Hаmаm özünün ilkin quruluşunu və funksionаl хüsusiyyətlərini indi də qoruyub sахlаyır. Bir çoх yеrаltı hаmаmlаrdаn fərqli olаrаq Şаhtахtı hаmа­mı yаrım yеrаltı hаmаm sаyılır. Son illər muxtar respublikamızda tarixi abidələrimizə göstərilən dövlət qayğısı milli mədəniyyət nümunələrimizdən olan hamam tikililərinin də bərpa edilməsinə şərait yaradıb. İndiyədək muxtar respublikamızda XVIII əsrə aid İsmayılxan hamamı, Ordubad rayonundakı qədim Şərq hamamı bərpa olunub. 2015-ci ildə isə Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində Şərq hama­mı istifadəyə verilib. Muxtar respublikamızda milli ənənələrə sadiqlik Şahtaxtı hamamının da elmi əsaslarla bərpasına böyük inam yaradır. Bu isə Şahtaxtı kəndinin turizm imkanlarının daha da artmasına şərait yaradacaq.
Xatırladaq ki, Şahtaxtı kəndində Şahtaxtinskilərin ev-muzeyində artıq təmir işləri başa çatdırılıb. Bu isə ölkəmizin digər regionlarından bura yolu düşən qonaqlar üçün maraqlı obyektlərdən sayıla bilər. Bundan əlavə, 300 ilə yaxın yaşı olan Qıvraq məscidi, Tunc dövrünə aid, dövrümüzədək gəlib çatmış, divarlarının uzunluğu 450 metr, hündürlüyü ­ 2,5-3 metr, eni 2,7-3 metr olan Çalxanqala yaşayış yeri, tarixi bizim eradan əvvəl III-I minilliyə aid Şahtaxtı Govur qalası və adını sadalamadığımız müxtəlif tarixi tikililər tarix və mədəni turizm həvəskarları üçün maraqlı abidələrdəndir.
Kəngərli rayonunun ərazisi, eyni zamanda dağ və piyada turizminin inkişafı üçün əlverişli coğrafi mövqeyə malikdir. Son illərdə dünya turizmində önəmli yerə sahib olmuş bu turizm növünün inkişaf etdirilməsində rayonun dağlıq və dağətəyi ərazilərindən lazımi şəkildə yararlanmaq, müxtəlif istiqamətlər üzrə hərəkət xəritələri hazırlamaq imkanlarını ortaya qoyur. Nəzərə alaq ki, rayon ərazisində, xüsusilə dağlıq ərazilərdə az və ya çoxhəcmliliyindən asılı olmayaraq, çoxsaylı su mənbələrinə rastlanması patika­sevərlər (dağlıq ərazilərdə cığırla hərəkət edənlər) üçün xüsusi maraq kəsb edir. Bu cür hərəkət cədvəllərini digər rayonların əraziləri ilə də əlaqələndirmək mümkündür. Məsələn, Dərələyəz dağ silsiləsi boyunca Qarabağlar ərazisindəki Qalacıq yaşayış məskənindən Şərur rayonu istiqamətində Damlama, Dübək, Qazma mağarasınadək piyada və dağ turizmi turları təşkil etmək olar. Yəni bu turizm növünə üstünlük verənlərə maraqlı coğrafi relyeflə yanaşı, qədim yaşayış məskənlərini də təqdim etmək mümkündür.
Sonda onu vurğulamaq lazımdır ki, muxtar respublikamızın hər bir bölgəsi kimi, Kəngərli rayonunun ərazisi də turizmin müxtəlif növlərinin inkişafı üçün potensial imkanlara malikdir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061455
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
61
4327
4388
112786
3061455

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter