13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvana səfər edən hər bir səyyah tarixi abidələr, zəngin mədəni nümunələrimizlə yanaşı, təbiət abidələri və unikal ­görüntülü landşaft nümunələrini də maraqla izləməkdə, bunlardan dərin təəssürat almaqdadır. Bu təəssüratlara ilin dörd fəslində də gözəl olan Naxçıvanın hər yerində çəkilmiş yüksəkkeyfiyyətli fotoşəkillərlə dünyanın aparıcı media qurumlarının saytlarında və sosial şəbəkələrdə rast gəlmək mümkündür. Naxçıvana səyahət edən əcnəbilərin sayı artdıqca, ölkə mənşəyi çoxaldıqca bu məlumatlar da artmaqdadır.
Bu yaxınlarda – 8-10 aprel tarixlərində Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş info-tur çərçivəsində səyahət edən turistlər diyarımızın görməli yerlərində olub, öz təəssüratlarını yazılar və fotoşəkillərlə paylaşıblar. Onlardan Turizm Xəbərləri Agentliyinə məxsus https://travelnews.az saytında yerləşdirilmiş “Yeraltı dünyanın möcüzəsi – Duzdağ mağarası” başlıqlı yazı maraq doğurur. Yazıda Naxçıvanın Duzdağı, onun müalicə imkanları haqqında geniş məlumat verən müəllif burada çəkilmiş fotoşəkilləri də saytda yerləşdirib.
Turist və səyahətsevərlərin yaxından tanıdığı National Geographic Travelerin http://www.nat-geo.ru saytı da Naxçıvanın ecazkar görüntülərinə geniş yer verib. Burada Naxçıvana məxsus unikal günbatımı mənzərələri diqqəti cəlb edir. Haçadağın və Naxçıvan-Ordubad yolu üzərindəki dağlıq mənzərələrin müxtəlif rakurslardan və günün müxtəlif saatlarında çəkilmiş fotoşəkilləri səyahət həvəskarlarını virtuallıqdan reallığa çağıran mühüm cazibə elementlərindəndir.

Naxçıvana səyahət etmək üçün internet şəbəkəsində yerləşdirilmiş konkret turlar isə xarici ölkələrdə Azərbaycanın bu qədim diyarını bir turist gözü ilə kəşf etmək istəyənlər üçün daha da faydalıdır. Belə ki, Almaniya mənşəli https://www.soviettours.com saytında nostalji maraqlıları üçün Naxçıvan Muxtar Respublikasına 4 günlük tur-pro­qramın resepti verilib. Burada əfsanəvi bir yer kimi təqdim olunan Naxçıvanın Ordubad, Batabat, Əshabi-Kəhf, Qarabağlar, Şərur, Duzdağ, Əlincəqala, Gülüstan türbəsi istiqamətlərində həyata keçiriləcək səyahətlərdən, habelə Naxçıvan şəhərindəki muzeylərlə tanışlıqdan turistlərin ala biləcəyi təəssürat və muxtar respublikaya gəliş-gediş imkanları haqqında məlumatlar qeyd olunub.
Əsasən, rus istifadəçiləri arasında populyar olan “Odnoklassnik” sosial şəbəkəsində Naxçıvandan bəhs edən yüksək izlənim keyfiyyəti olan video isə hər bir izləyicidə xoş təəssürat yaradır. Belə bir videonun rusiyalı istifadəçi tərəfindən paylaşılması isə əcnəbilərin doğma diyarımıza marağından irəli gəlir.

Hazırladı:  Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3266829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
571
4027
4598
51475
3266829

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter