15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının turizm potensialına, təbii gözəlliklərinə və tarixi-mədəni zənginliklərinə dünya mediasında böyük maraq göstərilməkdədir. Dünyanın aparıcı elektron informasiya agentlikləri, internet portalları Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatları və 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı kimi Naxçıvan şəhəri barədə çox maraqlı materiallar yayımlayırlar.
YUNESKO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılmış və mərkəzi Tailandın Bankonq şəhərində yerləşən Asiya və Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) internet portalında yerləşdirilmiş Naxçıvan Tele­viziyasının məhsulu olan yeni təqdimat videosu bu baxımdan qədim diyarın bütün gözəlliklərini bir daha dünyaya tanıdır. Yüksək peşəkarlıqla hazırlanmış və 3 dəqiqədən artıq davam edən tanıtım videosunda əsas giriş qapılarından biri olan Beynəlxalq Hava Limanından başlayaraq Naxçıvana gələn turistlərin qala biləcəkləri mehmanxanalar, onlara təqdim edilə biləcək görməli yerlər, tarixi abidələr və məkanlar, muzeylər və incəsənət nümunələri, milli geyimlər, xalçaçılıq ənənələri və milli musiqi sənəti, eləcə də Naxçıvanın meyvəçilik, kulinariya adətləri haqqında maraqlı kadrlar diqqəti cəlb edir. Videonu izləyənlər Naxçıvanın müqəddəs Əshabi-Kəhf ziyarətgahı, Əlincə qalası, Pəzməri şəlaləsi, təbiət gözəli Batabatı, vüqarlı Haçadağı, dörd fəslin gözəlliklərini eyni anda yaşadan Göygölü, Ağbulaq İstirahət Mərkəzi, Duzdağ oteli və şəhərimizin digər asudə vaxt guşələri haqqında dolğun virtual məlumat ala bilirlər.

Sonda Naxçıvan şəhərinin Dövlət Bayraq Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağının görüntüsü ilə sona çatan bu video, şübhəsiz, belə bir geniş auditoriyası olan informasiya agentliyində böyük maraq doğuracaq.
Qeyd edək ki, dünya iqtisadiyyatının 56 faizinə malik olan və dünya əhalisinin yarıdan çoxunun yaşadığı bir bölgənin informasiya agentlikləri arasında birbaşa və pulsuz xəbər mübadiləsi təmin etmək üçün yaradılmış OANA təşkilatı 35 ölkədən 44 xəbər agentliyini bir araya gətirir və onun üzvləri dünyada yayılan informasiyanın üçdə ikisinə sahibdir.

- Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276421
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1863
4179
14190
61067
3276421

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter