23 Avqust 2019, Cümə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək muxtar respublikamızda turizmin inkişafı sahəsində görülən məqsədyönlü tədbirlərdən ətraflı söhbət açıb.
Bildirilib ki, füsunkar təbiətə malik Şahbuz rayonunun Kükü kəndi turizm həvəskarları üçün gözəl istirahət məkanıdır. Yaradılmış şərait, xidmət sahələri ilə yanaşı, təbii şərait də kənd yerlərinə getdikcə daha çox turist cəlb edir. Bu baxımdan Ağbulaq kəndi də kənd turizmi üçün əlverişli şəraitə malik olduğuna görə burada mühüm tədbirlər həyata keçirilir. 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi kənddə həmin ildən turizmin inkişafına şərait yaradıb. Gələcəkdə Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi ilin bütün fəsillərində burada turistlərin istirahətlərinin təşkilinə şərait yaradacaqdır.
Ağbulaq və Kükü kəndlərində əhali arasında maarifləndirmə işi aparılıb, evlərə baxış keçirilərək turizm mövsümü ərzində turist qəbul edə biləcək və gələcəkdə hostel kimi istifadə edilə biləcək evlər müəyyənləşdirilib. Hostellərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Dövlət Standartlarına uyğun olaraq aparılıb. Qanunvericiliyə uyğun olaraq sertifikat və VÖEN hazırlanıb. Həmçinin hostellərin fotoşəkilləri çəkilib, məlumatlar toplanaraq komplektləşdirilib. Bununla bağlı Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb. Departamentin sədri yaradılmış şəraitə, turizmin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Şahbuz Rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri Nazim Rüstəmovun da çıxışı dinlənilib. Kükü kəndində Lətifə Bədə­lovaya, Rahib Vəliyevə, Qüdrət Quliyevə, Qorxmaz Baxşəliyevə, Ədalət Quliyevə, Ağbulaq kəndində isə Balaxanım Məmmədovaya, Güləndam Hüseynovaya, Əsəd İbrahimova VÖEN və Sertifikatlar təqdim edilib.
Tədbirdə Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin icrası ilə bağlı muxtar respublikamızda səfərdə olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti və digər qonaqlar da iştirak ediblər. Qonaqlar Şahbuz rayonunun zəngin turizm potensialı, burada turizmin inkişafı üçün yaradılan əlverişli şəraitlə yaxından tanış olublar.

Hicran ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4478378
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1745
5274
21334
142419
4478378

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter