17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti aprel ayında fəaliyyətini qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində qurub. Bu dövrdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otel­çilik ixtisasları üzrə III kurs tələbələrinin 15 aprel 2019-cu il tarixdən mehmanxanalarda istehsalat təcrübəsi keçmələri təşkil olunub.
“İdeyadan başlanğıca” devizi altında layihələrin qəbul edilməsi məqsədilə Turizm Departamentində ekspert qrupu yaradılıb. Aprelin 30-da Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otel­çilik ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində hostel kimi istifadə edilə biləcək evlər müəyyənləşdirilərək təqdimatı keçirilib. Qanunvericiliyə uyğun olaraq sertifikatlar, eləcə də VÖEN-lər hazırlanıb və ev sahiblərinə təqdim olunub. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər sayta yerləşdirilib. Bu dövrdə Darıdağ Arsenli Su Müalicəxanasının və Naxçıvan şəhəri üzrə turist xəritəsinin hazırlanması üzrə iş aparılıb.
Mərkəz təbliğat sahəsində fəaliyyətini gücləndirib, müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılıb. Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar daxil olub. “Facebook” sosial şəbəkəsinə 43 məlumat daxil edilib, 9366 baxış sayı qeydə alınıb. Həmçinin təbliğat xarakterli məlumatlar “Twitter” və “Google+” səhifələrində də yayımlanıb. Naxçıvan Muxtar Respublikasının turizm potensialı, Naxçıvanın türk-islam mədəniyyəti abidələri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalı haqqında məlumatlar Azərbaycanın digər bölgələrində yerləşən Turizm İnformasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilib.
Yaradılmış müasir infrastrukturun müsbət nəticəsi olaraq 2019-cu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasına ölkə­mizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 644 turist gəlib.

Naxçıvan Muxtar Respublikasının
Turizm Departamenti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1245
5301
1245
41948
4078348

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter