23 Sentyabr 2019, Bazar ertəsi

Muxtar respublikada həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Bu sahədə həyata keçirilən tədbirlər sakinlər tərəfindən onlara göstərilən yüksək qayğı kimi dəyərləndirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq iyul ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhərində və muxtar respublikanın digər rayonlarında növbəti əmək yarmarkaları keçirilib.
Nəzərdə tutulmuş qrafik əsasında muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarında işaxtaranlara, ümumilikdə, 237 idarə, müəssisə və təşkilatdan 1785 boş iş yeri təqdim edilib. Həmin boş iş yerlərindən 1362-si dövlət, 423-ü isə qeyri-dövlət müəssisələrində olub.

Əmək yarmarkalarının yekun təhlilinə əsasən məşğulluq mərkəzləri tərəfindən Naxçıvan şəhərindən 48, Şərur rayonundan 44, Babək rayonundan 31, Ordubad rayonundan 22, Culfa rayonundan 25, Şahbuz rayonundan 16, Kəngərli rayonundan 28, Sədərək rayonundan isə 12, ümumilikdə, 226 nəfər müxtəlif xarakterli işlərlə təmin edilib. Həmçinin əmək yarmarkalarının keçirilməsində tətbiq edilmiş yeniliklərə əsasən peşə ixtisasına malik olmadığı üçün müvafiq iş yerlərinə göndərilə bilməyən 13 nəfərin özünüməşğulluğunun təmin edilməsi məqsədilə qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR