23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə turizmin cəmiyyətin iqtisadi və mədəni inkişafındakı rolundan və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən çox danışılır. İndi turizm təkcə bir xidmət sahəsindən əlavə, mühüm bir sosial-iqtisadi inkişaf göstəricisinə çevrilmişdir. Hər il dünyada təqribən 1 milyard səyahətçini əhatə edən və 1 trilyon ABŞ dolları gəlirlərlə bütöv bir sənaye halına gələn turizmin ayrı-ayrı ölkələrdə özünəməxsus inkişafı mövcud ehtiyatların istifadəsi ilə mümkün olmuşdur. Bu baxımdan, ilin müəyyən günlərində yaranan mövsümi turizm tələbinin düzgün qiymətləndirilməsi ilə göstərilən pullu turizm servisləri iqtisadiyyatın digər sahələrində də canlanma yaradaraq, ümumi sürətləndirici effektini ortaya qoyur.
Turizmin növləri çoxdur. Bir çoxlarına da yaxşı tanış olan eko­turizm, tanışlıq, dini ziyarət, idman, işgüzar turizm növlərindən başqa, çoxlu miqdarda “bilinməyən” səyahət növləri də vardır ki, bunlardan düzgün istifadə edildikdə iqtisadi gəlir və ölkənin tanıdılması baxımından böyük səmərə əldə oluna bilər. Region üçün hansı turizm növünün daha sərfəli olduğundan danışarkən, bilməliyik ki, bunun əsasında da regiona məxsus nadir turizm ehtiyatları və onların qiymətləndirilə bilinməsi üçün lazımi infrastruktur şəraiti durur. Bu baxımdan, ilin müəyyən tarixi günlərində, əsasən, etnik turistlərdən ibarət qrupların səfərlərinin təşkil olunduğu ərəfə turizminin perspektivləri həm muxtar respublikamız, həm də ölkəmiz üçün çox əhəmiyyətlidir.

Xalqımızın tarixi müəyyən hadisələr, böyük şəxsiyyətlərin həyatı ilə əlamətdar olan çoxlu günlərlə zəngindir. Belə günlər isə heç vaxt qonaqlarsız keçmir. Bir çoxları onlara əziz olan belə günlərdə min kilometrlərlə uzaqlarda da olsa, öz işlərini təxirə salıb doğma torpaqlara baş çəkməyə, onları keçmişə qaytaracaq həmin günlərin hisslərinə qovuşmağa tələsirlər. Turizm və qonaqpərvərlik sənayesinin də işini canlandıran belə səfərlərə peşəkarcasına hazırlaşmaq, regiona səfər edən etnik turistlərə və digər xalqların nümayəndələrinə nümunəvi xidmətlər göstərməklə turizm sektorundan yaxşı gəlirlər əldə etmək mümkündür. 

Naxçıvan il boyu qonaqlı bir diyardır. İndi elə naxçıvanlı tapılmaz ki, onun qapısını heç olmasa ildə azı bir dəfə ölkəmizin digər yerlərindən gələn qohumu, dost-tanışı, tələbə və ya əsgər yoldaşı döyməsin. Naxçıvanın zəngin təbii-iqlim ehtiyatları, müqəddəs ziyarətgahları, görkəmli şəxsiyyətlərin adı ilə bağlı məkanları, tranzit imkanları, milli mətbəxi hər il on minlərlə turisti bu qədim yurda cəlb edir. Bu torpağa bir gələn bir də gəlmək istəyir. Bunu ömründə nə zamansa Naxçıvanda səfərdə olmuş, buranın saf gözəlliklərini bir də görməyi arzulayan insanların təəssüratları da deyir: qədim tarix, təmiz hava, su, zəngin milli mətbəx, həssas qonaqpərvərlik və hamının rahatlığını təmin edən sosial infrastruktur. Bir sözlə, Şərqlə Qərbin qovşağında hər bir turistin tapa biləcəyi nə desən! 

Dünyada elə turizm ehtiyatları vardır ki, onları bəzən gözlə görmək çətindir. Bizim də səyahət etməyə imkan verən bir çox bayram və digər əlamətdar günlərimiz vardır ki, bu zaman həmvətənlərimiz dünyanın harasında olursa-olsun, vaxt tapıb öz dədə-baba torpağına, doğmalarına baş çəkməyi əsl fürsət bilirlər. Unutmaq olmaz ki, Novruz bayramında, Ramazan və Qurban bayramı günlərində, habelə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə regionumuza səfər edən on minlərlə həmvətənlərimiz təkcə onları gözləyən doğmalarının deyil, həm də bütün Naxçıvanın qonaqlarıdır. Təkcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə sıx bağlı olan və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tarixdə baş vermiş hadisələrin öz tarixi yerində – Naxçıvanda qeyd olunması dünyada yaşayan 50 milyonluq azərbaycanlılardan ibarət çoxlu sayda etnik turistlərin regiona axını deməkdir. Xaricdə ölkəmizi təmsil edən azərbaycanlıların belə səfərlərindən gözlənilən iqtisadi gəlirlərdən əlavə, digər ən mühüm qazanc isə milli diaspora üzvlərinin daha da yaxınlaşması, onların bir-birini tanıyıb bütövləşməsidir. Naxçıvana gələn turistlərə təklif olunan xidmətlər zərfi və əldə olunmuş təcrübə yaxın gələcəkdə region üçün unikal olan belə turların təşkilində uğur qazanıla biləcəyini proqnoz etməyə əsas verir.
Bir sıra xüsusiyyətlərinə görə turizm yeni dünyanın yeddi möcüzəsindən biri sayılır. O, mədəniyyətlərarası dialoqun bir vasitəsi, xalqlararası sülhün elçisi, təbiətə qayğının mühüm göstəricilərindən biri hesab olunur. Etnik turizm kimi turizmin müxtəlif növlərinin belə geniş funksiyalarından lazımınca istifadə edərək onların gücündən qazanmaq isə bu gün bizə hər yöndən zəruri olan ehtiyacdır.

 

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3053326
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
520
3998
30558
104657
3053326

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter