14 Noyabr 2019, Cümə axşamı

Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb. Ölkəmizi bu konqresdə “My Travel” şirkətinin icraçı direktoru Elnara Cabbarova təmsil edib.
Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Konqres çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan görüşü” baş tutub. Görüşdə İslam ölkələrində səhiyyə turizminin inkişafı mərkəzinin direktoru Mehdi Kərimi çıxış edib. Qeyd olunub ki, İslam ölkə­lərinin böyük turizm potensialı var və bu dövlətlər qarşılıqlı əməkdaşlıq nəticəsində səhiyyə turizmi sahəsini inkişaf etdirə bilərlər.
“My Travel” turizm şirkətinin icraçı direktoru Elnara Cabbarova Azərbaycanın səhiyyə turizmi potensialı haqqında geniş məlumat verib. O, video­slaydların müşayiəti ilə Naftalan, Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında danışıb. Qeyd olunub ki, müxtəlif xəstəliklərin müalicəsi üçün Naftalan nefti olduqca əhəmiyyətlidir.
Elnara Cabbarova konqresdəki çıxışında Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzinin bronxial-astma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yer olmasından da ətraflı danışıb. Qeyd edilib ki, hazırda həmin səhiyyə ocağında ağciyər-bronx sisteminin digər qeyri­-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar da müalicə olunurlar.
Təqdimat zamanı Bakı, Qəbələ, Şəki və Azərbaycanın digər gəzməli və görməli yerləri haqqında da geniş məlumat verilib.

“Nuhçıxan” İnformasiya Agentliyi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR