04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq bildirib ki, bu startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən hazırlanıb. Layihədə iştirakla əlaqədar elan verilib, bir ay müddətində sənəd qəbulu aparılıb və müraciət etmiş 38 nəfər təlimdə iştirak hüququ qazanıb.

Qeyd olunub ki, təqdimatı keçirilən “Peşəkar ofisiant” startap layihəsi ictimai iaşə obyektlərində və hotellərdə personalın hazırlıq səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir. Layihə çərçivəsində ofisiantlara təlimlər keçiriləcək, təlimlər zamanı həm nəzəri biliklərin artırılmasına, həm də praktik bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəkdir. Təlimlərin sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanmış ofisiantlara sertifikatlar təqdim olunacaq.
Tədbirdə çıxış edən “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov ictimai iaşə obyektlərində xidmətin təşkili ilə bağlı ümumi məlumat verib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Həsən Kərimovon çıxışından sonra qrafikə əsasən ilk təlim keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR