18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İqtisadiyyatın xidmət və istehsal sferaları arasında aparılan tənzimləmə öz nəticəsini real sektorun inkişafı, səmərəli məşğulluq və əhalinin pul gəlirlərinin artırılmasında göstərir. Yaradılan şəraitdən və bazar imkanlarından bəhrələnmə baxımından bu sferalarda təşkil olunan kiçik biznes yaxşı səmərə verir. Rekreasiya və sosial-mədəni xidmətlərin üstünlük təşkil etdiyi turizmdə də kiçik biznes cazibədar olub, turistlərin seçdiyi regionun iqtisadi imkanlarına və xüsusiyyətlərinə görə dəyişir. 

Turizm və biznes mövzusu genişdir. Səyahət etmək istəyi hər bir insanda olsa da, turizmin inkişafı yalnız ölkənin iqtisadi inkişaf səviyyəsindən, cəmiyyətin sosial-mədəni tələbatlarının ödənilməsinə yönəldilmiş mühüm xidmət sahələrinin mövcud vəziyyətindən çox asılıdır. Başqa sözlə, turizm dedikdə insanların nəyə görə öz yaşayış yerindən səfərə çıxaraq yüz və hətta min kilometrlərlə məsafədəki yerlərə səyahətlərinin əsl motivləri axtarılarsa, bu, insanların rekreasiya və mədəni tələbatlarının ödənilməsinə yönəlmiş iqtisadi fəaliyyət, gərgin zəhmət və turizm sənayesinin bacarıqla idarəolunmasından başqa bir şey deyildir. Ona görə də turizmi bu sahənin fəaliyyəti ilə sıx inteqrasiya olunan sənaye, kənd təsərrüfatı, rabitə, nəqliyyat, tikinti, habelə təhsil və səhiyyənin də inkişafı naminə irəli aparmaq lazımdır.

Turizmin inteqrasiya olunduğu sahələrin əksəriyyətindəki xidmətlər, əsasən, kiçik biznes qurumları və fərdi təsərrüfatlar tərəfindən göstərilir. Bu da təsadüfi deyildir. Çünki turizm ehtiyatlarının regiona məxsus unikallığı, onların ucqarlarda daha çox toxunulmaz bənzərsizliyi bu imkanları daha da genişləndirir. Digər bir tərəfdən, indi bütün dünyada kiçik biznesin imkanları daha çox qiymətləndirilir. Kiçik biznesin kütləviləşməsi ölkədə orta təbəqənin formalaşması deməkdir. İqtisadi artımda da kiçik müəssisələrin rolu böyükdür. Belə ki, dünyanın 4-cü iqtisadi gücü olan Almaniyanın Ümumi Daxili Məhsulunun, sadəcə, 3-5 faizi məşhur alman firmalarına aiddir. Bu ölkədə trilyonlarla dollar dəyərində məhsul və xidmətlər məhz kiçik müəssisələr tərəfindən istehsal olunur. Deməli, sahələrarası əlaqələndirmə və mövcud imkanların qiymətləndirilməsi düzgün aparıldıqda kiçik biznes bazar boşluqlarının doldurulmasına yönələ bilər. 
Biznes bazar iqtisadiyyatının əsas üstünlüklərindən, onun yaratdığı imkanlardan biridir. Uğurlu biznes üçün bazardakı fürsətlərin dəyərləndirilməsi çox vacib məsələdir. Kiçik biznes bu sahədə ən əlverişli mövqe tutur. Belə ki, iri istehsal və xidmət sahələrindən fərqli olaraq, kiçik biznes özünün cəld uyğunlaşma qabiliyyətini göstərərək bazardakı tələbatları ödəyə bilir. Turizmdə də bu keyfiyyət daha qabarıq olub, turizm xidmətlərinin geniş növ tərkibinə görə bir çox sahələrdə özünü göstərir. Beynəlxalq turizmdə hər xarici turistin gəldiyi ölkədə 7-9 yeni iş yeri yaratması tezisi də elə buradan yaranıb. Çünki bəzi düzgün olmayan təsəvvürlərə görə, turistlər yalnız otel xidmətləri ilə kifayətlənməli olsaydılar, onda nə turizm mümkün olardı, nə də onun vasitəsilə yeni iş yerləri yaradılardı. Ona görə də turizm və kiçik biznes dedikdə, ilk olaraq, turist qəbul edən regionun bütün guşələrinə paylanmış, dar ixtisaslaşma ilə müxtəlif növ xidmətləri təklif edən çoxlu sayda fərdi təsərrüfat və kiçik xidmət obyektləri başa düşülür.
Turizmdə kiçik biznesin inkişafı hər kəsin maraqlarına xidmət edir. Burada həm dövlətin, həm yerli əhalinin iqtisadi maraqları, həm də sosial-ekoloji maraqlar öz həllini tapır. Turistlərin gəldikləri regionda pul xərcləmək istədikləri əlavə xidmətlərin, demək olar ki, hamısı kiçik biznesin payına düşür. Məsələn, kəndə gəlmiş turistlərə hədiyyəlik əl işləri istehsal edib satan sənətkarlar, onlara bal-qaymaq və digər milli yeməklər təklif edən fərdi təsərrüfatlar kiçik biznesin təmsilçiləridir. Mövcud dünya təcrübəsinə əsasən, turizm sənayesinin də gəlirləri, əsasən, burada formalaşmalıdır. Belə ki, heç bir böyük turizm firması və turoperator turistlərin istəyinə görə regionun hər yerində bu xidmətləri təşkil edə bilməz. Bu, sadəcə, zaman və məkan şərtlərinə görə mümkün deyildir. Ona görə də turizm xidmətlərində kiçik biznesə verilən dəstək öz nəticəsini regionun ucqarlarında əhali gəlirlərinin artırılmasına imkan verən minlərlə yeni iş yerinin yaradılmasında göstərir.
Turizm sənayesində kiçik biznesin sosial-ekoloji səmərəsi də yüksək qiymətləndirilir. Turistlərin yüksək komfort standartlarına olan tələbinin ödənilməsi baxımından turist qəbul edən ərazidə sosial infrastruktur sahələrinin inkişafına şərait yaranır ki, bu da təkcə turizm sənayesinə deyil, bütün yerli əhalinin sosial maraqlarına xidmət edir. Turizm biznesi, ümumilikdə, ekotəmiz layihələrə aid olsa da, onun ekoloji səmərəsi turizm biznesindən faydalanan yerli əhalinin təbiətə münasibətinin dəyişilməsi ilə daha qabarıq üzə çıxır. Kəndin, rayonun havasının, suyunun təmizliyinə, dağ-qayasının əzəmətinə, gül-çiçəyinin gözəlliyinə turistlərin verdiyi qiymət yerli sakinlərə bunlara qarşı daha doğma münasibət göstərməyə çağıran ən təsiredici vasitədir ki, bu da təbiətin qorunması işinə turizm biznesinin verdiyi töhfədir.

Muxtar respublikamızda özəl sektora verilən dəstək və iqtisadi  inkişafın yaratdığı yeni biznes imkanları xidmət sektorunda, xüsusilə də turizmdə kiçik biznesə daha çox münbit şərait yaradır. İndi bizim qarşımızda turizm ehtiyatlarımızın və milli qonaqpərvərliyimizin təbliği ilə yanaşı, turizm sahəsində kiçik biznesin   təşviqi və onun üstünlüklərinin də təbliği məsələsi dayanır. Ən yaxşı təbliğ və reklam da görülən iş və onun bəhrəsi olduğundan bu qədər geniş resurslardan, yaradılmış şəraitdən maksimum istifadə olunmasının,  turizmdən gəlir qazanılmasının vaxtı çoxdan çatmışdır.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287308
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2156
3637
25077
71954
3287308

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter