20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Cəmiyyət inkişaf etdikcə, yaşayış səviyyəsi yüksəldikcə insanların həyat tərzində, sosial-mədəni tələbatlarında mühüm keyfiyyət dəyişiklikləri yaranır. Yaxşı yaşayan və öz yaradıcı əməyinin məhsulunu daha çox mənəvi zənginləşməyə, dünyagörüşünün artırılması və digər mədəniyyətlərlə tanışlığa sərf edən insanların sayının hər il artması turizm adlanan fenomenin – yeni dünyanın yeddi möcüzəsindən birinin gücünü ortaya qoymaqdadır. Artıq turizm bütün dünyada inkişaf edən bir sahə kimi informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə birgə neft və avtomobil biznesindən sonra dünyada 3-cü və 4-cü yerləri tutmaqdadır.

Turizm və müasir insan
Bir vaxtlar böyük səyyahlar haqqında oxuyanda, sonra da müəyyən işlərlə əlaqədar ezamiyyətə, yaxud çox da komfortlu olmayan kurort və sanatoriyalara istirahətə gedəndə turizm haqqında bu qədər geniş məlumatımız yox idi. Həmin dövrdə turizm səfərləri ən yaxşı halda uşaq və gənclərin ekskursiya və yürüşləri kimi tərif olunur, yaxşı işləyən zəhmətkeşlərə verilən mükafat zərfi kimi qəbul edilirdi. Amma halbuki qədim Roma dövründəki varlı insanlar belə, Aralıq dənizi sahilləri boyunca sırf istirahət və əyləncə məqsədli səyahətlər etmiş, onların istifadə etdyi marşrutların izləri günümüzə qədər gəlib çatmışdır. Daha sonralar çoxsaylı Asiya, Amerika və Okeaniya səfərləri də insanları gələcəkdəki kütləvi səyahətlərə cəsarətləndirən, turizmi bir məşğuliyyət halına gətirən faktlar kimi yadda qalmışdır.

Bununla belə, rəsmi turizm səfərlərinin başlanğıcı dünyada hər yeniliyə öz imzasını atmağa çalışan bəzi Qərb ölkələrinin adı ilə bağlı olsa da, əslində, ən humanitar və ən dərin məzmunlu turizm-dərketmə səyahətlərinin vətəninin qədim Şərq olduğu hər kəsə məlumdur. Dünyadakı ilk mehmanxanalar olan karvansaralar, ilk mütəşəkkil nəqliyyat vasitələri olan dəvə karvanları və ilk müntəzəm turizm marşrutu – Böyük İpək Yolu məhz Şərq qonaqpərvərliyinə məxsusdur. Başqa sözlə, bu gün turizmdə yüksək gəlirlər əldə edən tərəf Qərb ölkələri olsalar da, turizm və qonaqpərvərlik sənayesinin ən qədim, ən yaddaqalan elementlərini Şərqdə tapmaq mümkündür.
Belə bir inkişaf yolu keçən turizm iqtisadiyyatın digər sahələri arasındakı inteqrativ əlaqələri ilə sosial-mədəni sahələr arasından seçilərək hazırda müstəqil bir sənaye halına gəlmişdir. Müasir dünyada hər il 1 milyard səyahət edən turist və 1 trilyon ABŞ dolları həcmində gəlirlə turizm inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətində mühüm yer tutmaqda, ölkələrarası əməkdaşlığın etibarlı körpüsünə çevrilməkdədir. İndi turizm deyəndə öncə insanların təbiətə və mədəniyyətə həssas münasibəti, xalqların bir-birinə sevgi və tolerantlığı, dövlətlərin bir-birinə açdığı geniş dostluq qapıları başa düşülür. Çünki turizm saf, toxunulma­mış təbiətlə ən dostcasına məşğuliyyət növü olmaqla bərabər, ölkəni tanıtmağın da ən yaxşı yoludur.

Müstəqil Azərbaycan və turizm potensialımız
Bu gün öz sabit inkişaf xəttinə, iqtisadi-coğrafi imkanlarına və milli qonaqpərvərliyinə görə regionun turizm baxımından ən yaxşı perspektivə malik olan ölkəsi Azərbaycan Respublikasıdır. Ölkəmizin turizm imkanlarını qiymətləndirərkən onun təbii-iqlim xüsusiyyətləri, sahib olduğumuz qədim mədəniyyət, xalqımızın zəngin qonaqpərvərlik xüsusiyyətləri həmişə ön plana çəkilir. Bununla bərabər, Azərbaycanda turizm dedikdə, ilk olaraq, keçmişin zəngin tarixi-mədəni ənənələri ilə birgə vəhdət təşkil edən müasir dövrün hərtərəfli inkişafının yaratdığı perspektivlər də nəzərdə tutulur. Əgər ölkəmizdə müstəqilliyin ilk illərindən başlayaraq neft müqavilələrinin bağlanılması ilə işgüzar turistlərin axını başlamışdısa, indi Azərbaycan bu marşrut üzərində hərəkət edən turistlərin istirahət, rekreasiya, tanışlıq, biznes, idman, müalicə və sağlamlıq, ziyarət və nostalgiya məqsədli səfərlərinin ən sevimli, ən təhlükəsiz destinasiyasına çevrilmişdir. Ölkəmizdə keçirilən sammit və görüşlər, musiqi festivalları və idman tədbirləri, beynəlxalq konfrans və simpoziumlar burada iştirak edən hər bir əcnəbi qonaqda unudulmaz Şərq qonaqpərvərliyi təəssüratı yaratmaqdadır. Başqa sözlə, bir vaxtlar ölkəmizə səyahət edən hər turistə yalnız ölkəmiz haqqında təsəvvürlərin canlı daşıyıcısı kimi yanaşırdıqsa, artıq indi yaradılmış şərait qarşımızda hər turistə lazımi xidmətlər zərfi təklif etməklə gəlirlər əldə etmək vəzifəsi qoymuşdur.
Müstəqil Azərbaycan dünya birliyinin layiqli üzvüdür. 2001-ci ildən ölkəmiz Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının (ÜTT) tamhüquqlu üzvüdür. 27 sentyabr 1975-ci ildə yaradılmış bu beynəlxalq təşkilatın sənədlərində dünya miqyasında turizmin inkişaf vektoru kimi sülh və tərəqqi, qarşılıqlı inam və tolerantlıq, cəmiyyətin hər bir üzvünün rifahı, dünyanın hər bir ölkəsinin yüksəliş tövsiyələri əks olunmaqdadır. Bu tövsiyələrlə xalqların bir-birinin ərazi bütövlüyünə, milli və etnik müxtəlifliyinə hörmət, ekosistemin və biomüxtəlifliyin mühafizəsi, dünya maddi və mədəni mirasının qorunması kimi mühüm məsələlər təşkilata üzv olan ölkələr qarşısında bir yol xəritəsi kimi müəyyən olunmuşdur. Bu gün dünyanın qəbul etdiyi humanitar yoldan kənara çıxıb başqalarına qarşı qeyri-tolerant olan, özünü hamıdan yüksəkdə görən, amma faktiki olaraq yoxsulluq və səfalət yuvasına çevrilmiş bəzi ölkələrin turizm göstəricilərinin zəif olması təsadüfi deyil. Bu, sülh və səyahətsevər dünyanın onlara verdiyi ən tutarlı qiymətdir.
Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, idman, dini turizm və sair) inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. 2002-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. 2006-cı ildə Azərbaycanda Turizm İnstitutu yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Pro­qramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir. 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi də bu sahənin Azərbaycan üçün əhəmiyyətini daha da artırmışdır.
Turizmin inkişafında əsas prinsip kimi dayanıqlılıq mühüm yer tutur. Məhz dayanıqlı inkişafın XXI yüzilliyin inkişaf açarı olduğu hamıya məlumdur. Turizm sahəsində isə bu prinsiplər sahənin dərinlikləri və cəmiyyətin maraqları çərçivəsində daha da geniş məzmuna malikdir. Belə ki, əgər turizm ehtiyatlarının təkcə indiki nəsillərin deyil, gələcək nəsillərin də mirası olması öhdəliyinə qoşuluruqsa, onda turizm gəlirlərinin artırılması məqsədilə ehtiyatların aşınması və ya onların tükənməsini deyil, turizm və sosial-mədəni infrastrukturun inkişafını genişləndirməliyik. Qısaca desək, turizm gəlirləri yenilənə bilən infrastruktur hesabına əldə olunarsa, bu, tükənən ehtiyatlara daha qənaətcil yanaşma deməkdir ki, bu da dayanıqlılıq prinsiplərinin əlifbası sayılır. Bu baxımdan ölkəmizin son illər ərzində iqtisadi və sosial-mədəni həyatda əldə etdiyi nailiyyətlər, ən ucqar regionlarda belə həyata keçirilən geniş infrastruktur layihələri növbəti onilliklərdə daha çox turisti cəlb etməyə, daha çox valyuta gəlirləri əldə etməyə imkan verəcəkdir.

Turizm və regional inkişaf
Ölkəmiz zəngin təbii sərvətlərə və əlverişli geostrateji mövqeyə malikdir. Azərbaycanın malik olduğu təbii sərvətlərin səmərəli istifadəsi ilə qısa müddət ərzində iqtisadi və sosial inkişaf göstəriciləri üzrə mühüm nəticələr əldə edilmiş, ölkəmiz bütün Cənubi Qafqaz ölkələri iqtisadiyyatının dörddə üçünə sahib olmuşdur. Eyni zamanda ölkəmizə turist axını da sürətlənməkdədir. Təkcə 2012-ci ildə Azərbaycana 2 milyona yaxın, Naxçıvan Muxtar Respublikasına isə 350 mindən çox turist gəlmişdir. Turistlərin təhlükəsizliyinin təmin olunmasından qarşılanıb yola salınmasınadək onlara lazım olan bütün xidmətlərin göstərilməsi həm xidmət, həm də istehsal sektorunda gəlirlərin artırılmasına imkan verir. Bu baxımdan ölkəmizdə neft sektoruna alternativ olan digər sahələr arasında turizmin öz xüsusi çəkisi vardır ki, bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi turizm ehtiyatlarının geniş yayıldığı və eyni zamanda regional inkişafın hər addımda dəstəkləndiyi regionları üçün çox vacibdir. Məhz buna görə yaxın dövrlərdə turizmi ilin bütün fəsillərinə və ölkənin bütün regionlarına yaymaq vəzifəsi turizm sənayesinin bir nömrəli vəzifəsinə çevriləcəkdir.
Ölkəmizin hər bir guşəsi kimi, onun qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikası bu gün müasir turistlərin ən çox sevdiyi məkanlardandır. Bir vaxtlar sərhədyanı bir region kimi xarici turistlərin üzünə bağlı tutulan muxtar respublika indi bütün imkanları ilə ölkəmizin digər yerlərindən və xarici ölkələrdən gələn turistlərin üzünə açıqdır. 24 saat nümunəvi xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələrin enib-qalxdığı beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infra­strukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar və turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait hər keçən gün Naxçıvana gələn turistlərin sayını artırmaqdadır. Bu baxımdan yurdumuzun zəngin təbii sərvətlərindən və tarixi-mədəni ehtiyatlarından istifadə edərək turistlərə peşəkar xidmət göstərilməsi, bununla da, əhali rifahında özünü göstərə bilən yaxşı turizm gəlirlərinin əldə olunması bu gün qarşıda duran ən vacib məsələlərdəndir.
Çox deyil, 15-20 il əvvəl Naxçıvana gələn qonaq birtəhər özünə yer tapandan sonra mütləq müqəddəs  Əshabi-Kəhfi ziyarət edər, imkanı çatsa, Batabata gedər, dəvət edən olsa, Ordubadı da görmək üçün yola çıxardı. Bu yerlərin şöhrətini eşitmiş qonaq getdiyi yerdə heç bir nümunəvi xidmət görməz, yalnız naxçıvanlıların saf, səmimi, heç bir qarşılıq gözləməyən qonaqpərvərliyindən qalma bir təəssüratla geriyə – öz yaşayış yerinə qayıdardı. Beləcə, uzun illər boyu bütün dünya turizmdən milyardlar qazandığı halda, Naxçıvanın dünyada tayı-bərabəri olmayan Əshabi-Kəhfi, Gəmiqayası, yaşıllıqlar qoynunda yerləşən Batabatı, özündə çoxəsrlik tarix yaşadan Möminə xatını, Duzdağı, Darı dağı, Əlincəsi, Haça dağı, sağlamlıq mənbəyi Sirabı, Badamlısı… öz sahibinə bir manat da qazandırmadan səbirlə gözləyərdi sanki.
Ancaq zaman dəyişmişdir. İndi muxtar respublikada sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinə və məşğulluğa güclü təsir edən turizmi daha da inkişaf etdirmək, ölkəmizin gözəlliklərini tanıtmaq üçün həmişəkindən daha əlverişli şərait vardır. Turizm infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Xidmətin səviyyəsi yüksəldilir, yeni mehmanxanalar, istirahət mərkəzləri yaradılır, yeni turizm marşrutları açılır. Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə mütərəqqi üsulların və standartların hazırlanması, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi muxtar respublikada diqqət mərkəzində saxlanılır. Bu il Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi Naxçıvana turist cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikamızda turizm fəaliyyətinə lisenziya almış Naxçıvan Turizm İnformasiya Mərkəzi, eləcə də akademik Həsən Əliyev adına “Zəngəzur” Milli Parkı, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad istiqamətlərində turist mar­şrutları fəaliyyət göstərir. Muxtar respublikada qeydiyyata alınan tarixi abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətli abidələrdir. Hazırda muxtar respublikamızda 150 min hektara yaxın ərazini əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq vardır. Eyni zamanda muxtar respublikada müasir otellər, turizm şirkətləri fəaliyyət göstərir. Bütün bunlar turizmin inkişafında mühüm amildir.

Şübhəsiz, səyahət etməyi sevməyən az adam tapılar. .Yaxşı təşkil olunmuş bir turizm səfərindən müsbət təəssüratlarla qayıdanda yaddaşlarda qalan daha çox gəzib-gördüyümüz yerlərin zənginlikləri və göstərilən xidmətlərin peşəkarlıq səviyyəsi olur. Turizm ehtiyatları həmişə və demək olar ki, hər yerdə mövcud olsa da, turizm-servis xidmətlərinin səviyyəsi, onların peşəkarlıq dərəcəsi məhz turizm biznesinin uğurunu müəyyən edir. Ona görə də turizm günündə dünyanın və ölkəmizin müxtəlif şəhərlərində təşkil olunan, bir növ, hesabat xarakterli konfrans və sərgilərdə əsas müzakirə mövzuları arasında turizmin idarə olunması, ehtiyatlardan səmərəli istifadə və turizm sənayesinə kadr hazırlığı kimi zəruri məsələlər durur. Biz də bu hesabata qoşularaq, son illərdə muxtar respublikamızda ümumi turizm infrastrukturunun yaradılması, kənd, müalicə, ziyarət, tranzit və digər turizm növlərində əldə etdiyimiz nailiyyətlərlə gələcək turizm mövsümlərində daha böyük uğurlara imza atacağımıza əminik.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041780
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3206
5384
19012
93111
3041780

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter