04 Avqust 2020, Çərşənbə axşamı

“18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Xalça Muzeyində onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Sevinc Səbzəliyeva aparıb.

 O, əvvəlcə muzeyin yaradılma tarixi haqqında danışaraq bildirib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılmış, ekspozisiya yenidən təşkil olunmuşdur. Qeyd olunub ki, Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var və muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olub. 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması da əlamətdar hadisələrdən ən mühümüdür.

Bildirilib ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanmışdır ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar,  sujetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır.

Vurğulanıb ki, keçə-xalça sənətinin ibtidai dövrünü təşkil edir. Sonrakı dövr üçün qamış yarpağından toxunan və el arasında həsir adı ilə tanınan çətən toxunmuşdur. Sonralar xovsuz xalçalar – palaz, cecim, kilim, zili, şəddə, inkişafının sonrakı dövrlərində xovlu xalçalar toxunmuşdur.

Məlumat verilmişdir ki, xalçalar üzərində olan naxışlar 4 qrupa bölünür: həndəsi naxışlar, zoomorf naxışlar (heyvan təsvirləri:quş, maral, qoç, əjdaha və s.), nəbati naxışlar (gül, yarpaq, ağac), antropomorf naxışlar (insan təsvirləri) vardır.

Qeyd olunmuşdur ki, Azərbaycan xalçaları 2010-cu ildə UNESCO-nun “Qeyri madii mədəni irs” siyahısına daxil edilmişdir.

Onlayn ekskursiyada bildirilmişdir ki, muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual səyahət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR