23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Yaxud turistlərimiz bizdən nə gözləyirlər?

Qış fəsli artıq çoxdan arxada qalıb. Naxçıvanlılar əvvəlki illərdə qazandıqları uğurları daha da artırmaq, çoxlarının hələ on il əvvəl proqnoz etməkdə çətinlik çəkdiyi inkişafı daha yüksək səviyyəyə qaldırmaq üçün yeni təsərrüfat mövsümünə başlayıblar. İndi muxtar respublikada quruculuğun, yaz-əkin işlərinin səs-sədası sərhəd məntəqələrindən, ucqar dağ kəndlərindən gəlməkdədir. Növbəti turizm-istirahət mövsümü də artıq başlayıb və muxtar respublikamıza səfər edən turistlərin axını güclənib.

Çoxları turizm deyəndə, sadəcə, istirahət edərək mənalı vaxt keçirməyi nəzərdə tutur və özünün haqqı olduğu rekreasiya tələbatını ödəmək üçün bəyəndiyi turizm mərkəzlərinə üz tutur. İndi səyahətlərə yollanıb dincəlmək üçün yaxşı imkanlar vardır. Muxtar respublika sakinləri tətilini, məzuniyyətini istədiyi yerdə – həm muxtar respublikamızda, həm ölkəmizin digər yerlərində, həm də dünyanın istənilən ölkəsində keçirə bilir, geri qayıdıb öz dost-tanışları ilə təəssüratlarını bölüşürlər. Ancaq bu da var ki, turizm, ümumilikdə, iqtisadiyyatın bir sahəsidir. Burada da bazarın öz qanunları, xidmət peşəkarlığı son sözü deyən amillər kimi özünü göstərir və nə qədər cazibədar turizm ehtiyatları mövcud olsa da, bunlar olmadığı təqdirdə onlar eləcə istifadəsiz ehtiyatlar kimi qalacaqlar. Ona görə də turistlərə gəlir gətirən xidmətlər göstərib mənfəət əldə etmək baxımından turizm mövsümünə hazırlıq işlərinin əhəmiyyəti böyükdür. Naxçıvana həm ölkəmizin digər regionlarından, həm də dünyanın müxtəlif ölkələrindən gələn turistlərdə dolğun təəssürat yarada biləcək genişməzmunlu turizm ehtiyatlarımız olduğundan burada da turizm mövsümünə hazırlıqla bağlı məsələlər maraq doğurur.
Turizm səfərlərinə yollanaraq aktiv istirahəti bir həyat tərzinə çevirmiş təcrübəli turistlər və peşəkar servis işçiləri yaxşı bilirlər ki, turizm xidmətlərinin müasir tələblər səviyyəsində təşkili özü ilə bərabər çoxlu sayda cari məsələlərin həllinin əvvəlcədən planlaşdırılmasını tələb edir. Yəni, misal üçün, turistləri daşıyan mikroavtobus otelin qarşısında dayanandan sonra verilən “gecələmək üçün boş yeriniz varmı?” sualı artıq çoxdan dəbdən düşüb. Müasir turizm xidmətlərində ən azı 3 ay əvvəlcədən turoperator və ona bağlı olan otel, restoran və nəqliyyat müəssisələri, ekskursiya büroları öz işlərinin planını tutur və buna müvafiq işgüzar əlaqələr qururlar. Bütün bunlar isə turizmin ən böyük problemlərindən olan mövsümiliyin həll olunmasına, dolayısı ilə otellərin maksimum şəkildə doldurulmasına xidmət edir. Turizmdə əsas işləri canlı olaraq göstərilən xidmətlər şəklində görsək də, əslində, bütün bunlar günlər və hətta aylar öncəsindən turist göndərən, turist qəbul edən, turistləri daşıyan, onlara bələdçilik, yemək, əyləncə və sair xidmətləri göstərən çoxlu sayda özəl və dövlət qurumlarının birgə, koordinasiyalı fəaliyyətindən asılıdır ki, bu da istənilən məqsədyönlü fəaliyyət kimi mövsüm ­öncəsi planlaşdırma tələb edir.
Qeyd edək ki, xalq təsərrüfatında mövsümi işlər çoxdur və onların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Turizmin mövsümiliyi isə onun təşkil olunduğu regionun və hətta onun bir ərazisinin təbii, coğrafi, iqlim, landşaft xüsusiyyətləri, yerli insanların məşğuliyyəti, qonaqpərvərlik adət-ənənələri, mətbəxi və sair ilə seçilir.  Məsələyə Naxçıvan Muxtar Respublikası timsalında baxsaq, məsələn, Ordubadla Şahbuzda ekoturizm mövsümünün eyni dövrə, digər turizm növlərinin, deyək ki, etnik turizmin tamamilə müxtəlif dövrlərə düşdüyünü asanlıqla görə bilərik. Buna görə də turizm mövsümünə dünyanın hər yerində ciddi hazırlıq işləri görülür, mövsümqabağı sərgilər, işgüzar görüşlər keçirilir, turizm firmasının iş ortaqları ilə müqavilələri təzələnir, perspektivlər müəyyənləşdirilir, yeni turizm marşrutları işlənib hazırlanır, firmanın daimi müştərilərinə fərdi elektron məktublar göndərilir və sair. Turizm mövsümü öncəsi turizm mütəxəssislərinin, beynəlxalq turizm təşkilatlarının yük­sək vəzifəli nümayəndələrinin ölkələrə səfərləri növbəti turizm mövsümünə hazırlığın ciddiliyindən xəbər verir. Misal üçün, bizim bəzi “turizmçi”lərin səhvən ”ingilis” adlandırdığı, ancaq tələbələrimizin belə, yaxşı tanıdığı Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifainin bu yaxınlarda Azərbaycana səfər edərək dövlət başçısı ilə görüş keçirməsi dünyanın turizm sahəsində ölkəmizdən nə gözlədiyini açıq-aydın göstərir. Bu da təsadüfi deyildir. Çünki Azərbaycan Respublikası inkişaf edən sabit bir ölkədir və xalqımız öz tolerantlığı və qonaqpərvərliyi ilə həmişə diqqəti cəlb etmişdir. Buradakı turizm ehtiyatları da öz cazibədarlığına görə seçilirlər. Müasir dövr turistlərinə də elə bu lazımdır. Ona görə də dünyada humanitar və regional inkişafın körükləyicisi, mədəniyyətlərarası mübadilənin ən yaxşı vasitəsi sayılan qlobal turizmin Azərbaycandan, onun hər bir bölgəsindən, o cümlədən qədim mədəniyyət beşiyi Naxçıvandan da gözlədiyi bir çox qazanclar vardır.
Bəli, dünya bizə belə qiymət verir. Və bu dəyəri əməli işə çevirib ondan yurdumuzun təbiətini, mədəniyyətini və inkişafını tanıtmaq üçün növbəti turizm mövsümünün lap başlanğıcındayıq. Ancaq kimlərsə hələ sektorda bu il “siftə” etməyibsə, bir az da özünün hazırlıq işlərinə baxsın. Bu il üçün onlar hansı yeni tur proqramlar düşünüblər? Muxtar respublikamızın hansı turizm mar­şrutları üzrə turistlərin hərəkəti planlaşdırılır? Mövsüm öncəsi hansı turizm sərgilərində iştirak ediblər, kimlərlə işgüzar əlaqələr qurulub? Şəhərimizin, muxtar respublikamızın gur axınlı yerlərində hansı məzmunda və neçə reklam tabloları vardır? Naxçıvan şəhərinin, muxtar respublikanın hansı xarici dillərdə turizm-bələdçi kitabçaları və xəritələri nəşr olunub? Biz xaricdən, turizm sərgilərindən, lap elə Bakı şəhərində hər il keçirilən və nüfuzuna görə Avropada və MDB-dəki sərgilər arasında ön yerləri tutan, artıq 13-cü dəfə keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisindən qucaq-qucaq bukletlər gətirib dost-tanışlara hədiyyə edir, bununla da, tələbələrə özümüzü göstəririk. Bəs özümüz həmin sərgilərə və ya xarici ölkələrə gedəndə nə qədər sayda və adda bukletlər aparıb paylayırıq? İcra hakimiyyətləri, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, onun rayon şöbələri turizm ehtiyatlarımız, onların rekreasiya dəyəri, turistlərə göstərilə biləcək konkret xidmətlər və onların qiymətləri haqda hansı elektron resurslar hazırlayıb internetdə yerləşdiriblər? Yaxud turizm sahibkarlığı üzrə hansı biznes-planlar işlənilib və ya sahibkarlara bu barədə tövsiyələr verilib? Muxtar respublikada kənd turizmi istiqamətində hansı mikrolayihələr aparılır və bunlara nə qədər kredit yönəldilir? Və yaxud on ilə yaxın bir müddətdə muxtar respublikamızda turizm üzrə kadr hazırlığı aparılır. Bu müddət ərzində Naxçıvanın turizm ehtiyatları, onun turizm marşrutları, turizm bazarının imkanları və perspektivləri haqda hansı dərs vəsaitləri hazırlanıb? Naxçıvan Dövlət Universitetində və ölkəmizin digər təhsil ocaqlarında bakalavr və magistr təhsili almış neçə turizm məzunu öz ixtisası üzrə işlərlə təmin olunublar? Sualları daha sadalamaq istəmirəm.

Güman ki, bütün bunlar özümüzə, turizmin inkişaf etdirilməsi üzrə məsul olan hər kəsə bəllidir. Axı bizim qarşımıza turizmi də Naxçıvanın müasir hərtərəfli inkişafı səviyyəsində qurmaq vəzifəsi qoyulub. Və bu məsələlər turistlər artıq qapıda gözləyəndə deyil, hər mövsüm öncəsi həll olunmalıdır. Amma yaxşı ki, turizm gündən-günə genişlənən bir sahədir və deməli, bu il görəcəyimiz bütün işlər heç olmasa gələcək mövsümə bir hazırlıq olacaq. Biz də sizinlə bu məsələlərə birgə toxunub bu turizm mövsümündə aparmaq istədiyimiz araşdırmaların yönünü, əslində, sadalamış olduq.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054494
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1688
3998
31726
105825
3054494

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter