26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

İlk baxışda sadə görünən kənd həyatı özünün bütün gözəllikləri və təsərrüfat qayğıları ilə çox mürəkkəb, eyni zamanda cəlbedicidir. Xüsusən yay fəslində, lap elə bu gözəl yaz günlərində bir tərəfdən müasirliyin, bir tərəfdən də səhərin sübhündə –  Günəşin ilk şəfəqlərindən də öncə oyanan əsl qaynar kənd həyatının sehrinə qapılmamaq mümkün deyil. Budəfəki yay məzuniyyətini kənddəki gözəl evlərin birində ailəlikcə keçirmək bu sehrli aləmi yaşamaq üçün ən gözəl fürsətdir. Kənd turizmi insanın rekreasiya ehtiyacını ödəyən ən sadə və ən ucuz istirahət növüdür.

Bəzən şəhərdə oturub kənd haqqında danışarkən bir sıra maraqlı məqamlarla qarşılaşırsan ki, bunların da bir qismi kənd turizmi ilə əlaqəli yaranan suallara çox bənzəyir. Məsələn, bir vaxtlar kəndi bəyənməyib nəyin bahasına olursa-olsun, şəhərdə yaşamaq qərarına gələrək hətta dədə-baba torpaqlarını dəyər-dəyməzinə satıb beşinci mərtəbədə kirayə qalanlara hələ şəhərli deyə bilmədiyimiz kimi, yay fəslinin həftəsonu günlərinin birində mikroavtobusla kəndin dilbər guşələrinin birinə gələrək burada əylənib musiqi dinləyənləri də kənd turistləri adlandırmaq qeyri-mümkündür.

Düzdür, indi artıq kəndlərimiz abadlaşdırılıb müasirləşdikcə nəinki kimsə buralardan köçmək fikrinə düşür, tam əksinə, camaat imkan düşən kimi bu dəfə kənddə özünə şərait qurmağa çalışır. Kəndə səyahət edib burada mənalı istirahət günləri keçirmək əvəzinə mikroavtobusda özləri ilə gətirdikləri qazanda tələm-tələsik hazırladıqları bozpörtü yorğun-arğın yeyib, bir az da söyüd ağacının kölgəsində yatıb “dincələndən” sonra təzədən şəhərə qayıdan dostlarımıza elə bir kənd turizmi tablosu təklif edirik ki, bunu heç bəzən Aralıq dənizi sahillərində də tapa bilməzlər.  
Dəniz demişkən, dünən redaksiyamızda mənim kimi əslən kənddən olan həmkarımla bu yazının yaradıcı müzakirəsi zamanı sual yarandı ki, bəs bizdə dəniz və yaxud geniş çimərliklər yoxdursa, turistlərə nə təklif edə bilərik? Cavab da dərhal, özlüyündə yarandı. Bir insanı özünə çəkən dəniz, Günəş və narın qum varsa, digər bir insanı da özünə bağlayan kəndin yamyaşıl çəmənlikləri, buz bulaqları, iti axan dağ çayı, baldırğan gözəsi və kol dibində bənövşəsi vardır. Yəni həmkarım bir anlığa fikrə gedib anladı ki, kənd turizmi deyəndə heç də biçənəklinin Ərəfsəyə istirahətə getməyi düşünülməməlidir. Deməli, hər işin bir elmi olduğu kimi, kənd turizminin də araşdırmalarla hasilə gələn, real təkliflərə əsaslanan və bölgənin təbii-coğrafi, iqlim şəraiti ilə bərabər, sosial-iqtisadi inkişaf səviyyəsi və yerli əhalinin məşğulluq ənənələri ilə uzlaşan uğurlu layihələri olmalıdır.   
Bəs nədir kənd turizmi? Kənd turizmi eko­turizmin bir yarımnövüdür və adından da göründüyü kimi, burada əsas motiv insanların canlı təbiətlə birbaşa ünsiyyətdə olub ehtiyacı olduğu təəssüratı almasıdır. Kənd turizmində sadə kənd həyatı – primitiv, ancaq təmiz və gözəl həyat tərzi, şəhərin səs-küyündən tamamilə fərqli şəkildə səssizliyə qərq olmuş daş hasarlı, həmərsin çəpərli küçələri, gözünü yarpız basmış buz bulaqları, il boyu aşıb-daşan meyvəsi, bir-birindən maraqlı müxtəlif təsərrüfat işləri, axşamları dəcəl quzularını örüşdən gətirən kəndirbaz kimi qoçaq kənd uşaqları, təzə tikilmiş kənd mərkəzinə ağsaqqal gələndə əlindəki telefonunu gizlədib küncə sığınan kənd cavanları və gecə yarısı da olsa, elliklə insanın köməyinə tələsən kənd camaatı ilə ünsiyyət yaranır. Bəli, əgər kənd turizmi deyib, kənddə əsl istirahət etmək istəyirsinizsə, nəinki bir gün, heç ikigünlük həftəsonu da dolğun təəssürat almağa yetməz.
Kənd turizmi mövsümi turizmdir və onun təşkil olunması üçün çox ciddi tanışlıq və ya reklam tələb olunmur. İndi kəndlərimizdə yaradılmış şəraitin özü ən güclü reklamdır. Kəndin milli qonaqpərvərliyini də bəri başdan tanıtmağa ehtiyac yoxdur. Amma buradakı digər təşkilatçılıq işlərinin peşəkarcasına həll olunması tələb olunur. Başqa sözlə, kənddə turistlərin almaq istədiyi və kəndlinin onlara göstərə biləcəyi yataq, yemək və sair kimi zəruri xidmətlərin peşəkar qonaqpərvərliyin tələblərinə uyğun şəkildə göstərilməsi günün vacib məsələsidir. Yəni sanki kəndə gəlmiş qonaqdan pul almaq qeyri-qonaqpərvərlik imiş kimi düşüncənin əksinə olaraq, kənd turistlərinə onların tələbatlarına uyğun xidmətlər göstərib əvəzində bazar qiymətlərinə uyğun haqq alınmalıdır. Bu isə kənddəki yerli əhalinin iqtisadi maraqlarını ödəyən, onun təsərrüfatını genişləndirən, kəndin turizm ehtiyatlarının dayanıqlılığını təmin edən və xidmət sektorunda keyfiyyət amilini ön plana çəkən ən mühüm amildir. Yəqin ki, bu yerdə heç kimin onlara göstərilən pulsuz xidmətlərin səviyyəsinin artırılmasını tələb etməyə haqqı olmadığını yada salmağa lüzum yoxdur. Məhz buna görə də kənd turizminə təsadüfi gəlmiş əziz qonağa tələm-tələsik manqal çatıb xoşgəldin etmək deyil, kəndə hələ iki-üç ay sonra gələcək şəhərli turistlərə lazım olacaq bütün kompleks xidmətləri göstərə bilmək üçün planlı, məqsədli şəkildə aparılan bütün hazırlıq işlərinin yekun nəticəsi kimi baxmaq lazımdır. Bu işlərə isə hamının – kənddə ödədiyi pula görə keyfiyyətlə dincəlmək istəyən turistlərin və kəndin inkişafını, onun əhalisinin bütün təbəqələrini, buradakı hər cür məşğuliyyət sahibi olan insanların mənafelərini düşünən dövlətin də marağı vardır. Turizm, xüsusən kənd turizmi bu maraqların ödənilməsinin ən yaxşı üsullarından biridir.
Hörmətli oxucular! Kənd turizmindən bəhs edəcəyimiz növbəti yazılarda kəndlərimizin tarixi, abidələri, gəzməli, görməli yerləri, belə yaşayış məntəqələrində yaradılan şərait, müasir infrastruktur, kənd turizm marşrutları barədə ətraflı məlumat verəcəyik.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066749
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
781
4574
9682
118080
3066749

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter