24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ətraf aləmin gözəlliklərini dərk etmək, səyahət edərək mənəvi zövq almaq insanın mühüm təməl ehtiyaclarındandır. Bu baxımdan mədəni inkişaf mərkəzi kimi şəhər həyatının da rəngarəngliyi həmişə insanları cəlb etmişdir. İşgüzar, qaynar mühitin, müasirlik ilə tarixiliyin bir arada yaşadıldığı şəhərlər ölkələrin iqtisadi və mədəni həyatında rol oynadığı kimi, tanışlıq-dərketmə turizminin də yaranıb inkişaf etməsi üçün ən əlverişli məkanlardandır. Özünün minilliklərdən gələn şanlı tarixi və bugünkü müasir iqtisadi-mədəni inkişaf səviyyəsi ilə Naxçıvan şəhəri malik olduğu turizm potensialı ilə bu bölgəyə səfər etmək istəyən turistlərə bol təəssürat vəd edir.

 Şəhər həyatına maraq, ilk növbədə, burada yaşayan insanların tarixi inkişaf boyu bəşər mədəniyyətinə verdiyi töhfələrlə əlaqəlidir. Tarixən şəhərlərin ticarət, sənaye, elm və incəsənət mərkəzi kimi formalaşmasında onların dünya ölkələri ilə əlaqələri mühüm rol oynamışdır. Çünki məhz mədəniyyətlərarası mübadilədə imzası olan bir sivilizasiyanın özünü digərlərinə etiraf etdirə bilməsi mümkündür. Digər xalqlar tərəfindən tanınıb maraqla qarşılanan hər bir mədəniyyət mərkəzi isə insanların ondan gözlədiyi hər cür tanışlıq-rekreasiya dəyərini turizm yolu ilə hər kəslə paylaşmağa hazırdır. 

Şəhər turizm mövzusu şəhərin rəngarəngliyi qədər mürəkkəbdir. Şəhərdə ekoloji maraqların qorunması və şəhərin tarixiliyinin mühafizə edilməsi vacib məsələlərdəndir. Şəhərlərə hər gün ətraf yaşayış məntəqələrindən və xarici ölkələrdən axışıb gələn insanların da buradakı rahat hərəkəti, onların sosial-mədəni tələbatlarının ödənilməsi, yol hərəkəti qaydalarının tənzimlənməsi və ümumi təhlükəsizliyin nəzarətdə saxlanılması buradakı həyatın özünəməxsusluğudur. Şəhərdə yaşayıb arabir kəndə gələnlər buradakı səssizliyə qapılsalar da, qısa müddətdən sonra şəhərin müasirliyi yenidən onları özünə çəkir. Özünün yüksək inkişaf mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri də son iki onilliyə sığan intibah ilə belə bir cazibə mərkəzi halına gəlmiş və indi artıq Naxçıvan şəhəri bu regionun turizm mərkəzi olmaq yolundadır.

Dünyada şəhərlər çoxdur və onlar haqqında danışarkən bəziləri buradakı göydələnlər, tarixi binalar, elm, mədəniyyət müəssisələrini yada salır, digərləri insanların həyat tərzi və adət-ənənələrini xatırlayırlar. Şəhər böyük və ya kiçik olmasından asılı olmayaraq, həmişə belə keyfiyyətlərlə zəngindir və onun digər yaşayış məntəqələrindən də fərqi elə bundadır. Ona görə də şəhərləşməni inkişafın əsas göstəricilərindən biri hesab edənləri həmişə haqlı hesab etmək olar. Çünki hər şəhərin öz tarixi inkişafı boyu yalnız özünəməxsus olan tarixi bir hekayəsi vardır ki, onu da buraya ilk dəfə səfər edən qonaqlara danışanda bu, turizm baxımından ən maraqlı təqdimat ola bilər. Beləliklə, şəhərin turizm potensialı onun başqalarına bənzədilməsi ilə deyil, özünün bütün çalarlarının yerli əhalinin qonaqpərvərliyi və xidmət sektorunun peşəkarlığının uğurlu sintezi ilə üzə çıxır. Qayıdaq öz şəhərimizə, doğma Naxçıvana.
Naxçıvanda turizmin inkişafı ilk olaraq, burada mövcud olan tarixi və mədəni turizm ehtiyatları ilə, muxtar respublikada yaradılmış turizm infrastrukturunun müasir vəziyyəti ilə sıx əlaqədardır. Naxçıvan şəhərinə təşkil olunan bir tur, əslində, bütün muxtar respublikanın məcmu turizm məhsuluna verilən qiymətdir. Yəni muxtar respublikanın inzibati və mədəniyyət mərkəzi kimi Naxçıvan şəhəri, əslində, turizm baxımından da regionun döyünən ürəyidir. Elə bir hal olmaz ki, Naxçıvan Muxtar Respublikasına səyahət etmiş bir turist onun paytaxtını görmədən evinə qayıtsın. Biz bəzən tənbəllikdənmi, ya nədənsə turistlərə təqdim üçün bir mövzu tapa bilməsək də, amma çox hallarda şəhərdə gəzən turistlərimizin bəzən bir tarix şahidi önündə donub qalaraq dəqiqələrcə onlara tamaşa etdiyini görmüşük. Yəni şəhərimizdə hələ ekskursiya büroları və ya onların peşəkar bələdçiləri olmasa da, özü turistlərlə sanki hər dildə söhbət etməyi bacaran abidələrimiz, qala divarlarımız, kəhriz və bulaqlarımız vardır. Onlar Naxçıvanın gur axınlı, ancaq sakit və təmiz guşələrində günün istənilən saatlarında öz ziyarətçilərini gözləyir. Naxçıvan şəhəri başdan-başa açıq hava altında muzey təsiri bağışlayır. Yaxşı turizm təşkilatçısı isə bu muzeyin təqdimatına hələ turistlər Naxçıvan torpağına ayaq basmamış, havada ikən də başlaya bilər. Şübhəsiz, Naxçıvana hava yolu ilə gələndə hava gəmisinin pəncərəsindən Arazüstü şəhərin – Naxçıvanın ecazkar görüntüsü bir anda hər kəsin diqqətini cəlb edər. Uzun yol gəlmiş turistlərin hava limanında qarşılanıb şəhərdəki 4 və 5 ulduzlu otellərin birində yerləşdirilməsindən sonra şəhərlə tanışlığın növbəti mərhələlərinə başlamaq mümkündür.
Naxçıvan müqəddəs şəhərdir. Bu təkcə şəhərin cəmi on-on beş kilometrliyində yerləşən müqəddəs Əshabi-Kəhf ziyarətgahı və ya digər yerlərlə əlaqəli deyildir. Naxçıvan ona görə müqəddəsdir ki, bu torpaq tarixin bütün çətin sınaqlarında sanki ilahi bir qüvvə tərəfindən hifz olunur. Bu torpaq həm də tarixin dönüş anlarında bütöv bir dövrə adını yazdırmış xilaskarların da vətənidir. Bu torpağa səfər etmək, onun möcüzələri ilə yaxından tanış olmaq istəyənlərə isə bu ən maraqlı təqdimat mövzusu olardı.

Turizm baxımından şəhərimizin imkanları genişdir və ilin müəyyən fəsillərində və əlamətdar günlərdə bunlardan geniş istifadə olunur. Turizm mövsümü başladıqda isə Naxçıvan şəhəri həm buraya səfər edən, həm də tranzit marşrut kimi buradan istifadə etmək istəyənlər üçün çox əlverişlidir. Muxtar respublikada rahat yol-nəqliyyat infrastrukturunun yaradılması və təhlükəsizlik baxımından regionun çox əlverişli olması dünyanın istənilən yerindən buraya gəlmək istəyən və Şərqlə Qərbin astanasında inkişaf edib gözəlləşən bu Azərbaycan diyarından keçib getmək istəyən turistlərə çox maraqlı təəssüratlar vəd edir. Bunları yaxşı qiymətləndirib, tarixi fürsətlərdən və yaradılmış imkanlardan turizm məqsədilə də istifadə etməyin isə tam vaxtıdır.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3057748
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
681
4261
681
109079
3057748

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter