17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Müasir dövrün sosial-iqtisadi inkişaf göstəriciləri arasında turizm  xüsusi yer tutmaqdadır. Ölkələr sahib olduqları turizm ehtiyatlarından maksimum səmərə ilə istifadə etməklə onun davamlılığına nail olmaq, bununla da, təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışırlar. Ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsinə yönəlmiş təbii və mədəni ehtiyatlardan istifadə prioritetləri turizm sahəsində də dayanıqlı inkişafa nail olmaq üçün əlverişli məqam yaratmışdır. Bu istiqamətdə məqsədlərə çatmaq üçün qarşıya konkret vəzifələr qoyulmuşdur. 

Təbiət insan fəaliyyətinə çox həssasdır. İnsanın yaxşı yaşamaq üçün təbii sərvətlərə, təbiətin hazır nemətlərinə ehtiyacı olduğu kimi, təbiət də eyni qayğıya möhtacdır. Başqa sözlə, təbiətin özünü daimi olaraq yeniləyib tənzimləməsi kimi, insanlar da öz fəaliyyətlərində, xüsusilə turizmin inkişafı zamanı davamlılığı təmin etməyə, turizm ehtiyatlarının uzun illər boyu tükənmədən insanlara xidmət etməsinə çalışmalıdırlar.

Dayanıqlı turizm haradan başlayar? Bu sual turizmdən ilk gəlirlərin alınmağa başladığı andan insanları düşündürmüşdür. Turizmin hazırkı inkişaf mərhələsində isə bu, öz aktuallığını ortaya qoymuş, yüz illər sonra da bu sahədə vacib məsələlərdən biri olacağı gözlənilir. Planetdə insan sayının və mədəni tələbatların artması ilə bərabər, eyni zamanda ehtiyatların məhdudluğu da turizmdə dayanıqlı inkişafın təkcə bir region üçün deyil, bütün dünya üçün vacib olduğunu ortaya qoyur. Dayanıqlı turizm təkcə bir mövsüm ərzində mümkün olduğu qədər turizmdən gəlir əldə etmək, yaxud da turizm ehtiyatlarını tükətmək hesabına daha çox turist cəlb etmək deyildir. Dayanıqlı turizm ideyası altında turizm ehtiyatlarının səmərəli istifadədən kənar saxlanılması da doğru səslənmir. Başqa sözlə, digər təbii və mədəni ehtiyatlar kimi, turizm ehtiyatları da səmərəli istifadə şərti ilə insan tələbatlarının ödənilməsinə yönəldilməlidir. Dayanıqlı turizm, hər şeydən əvvəl, həmin turizm ehtiyatlarının turizm məhsulu dövriyyəsinə cəlb olunması ilə yaradılmış infrastrukturun və əmək ehtiyatlarının gücündən istifadə olunmasıdır. Sosial və ekoloji maraqların gözlənilməsi ilə təşkil olunan belə turizm fəaliyyətinin gətirdiyi gəlirlər heç bir fəsad yaratmadan turizmin daha sonrakı inkişafı üçün maraq oyadacaqdır. Belə maraqlı tərəflər isə hökumət, yerli əhali, turizm xidməti göstərən kiçik müəssisələr və ümumiyyətlə, bütün cəmiyyətdir. Çünki bütün turizm ehtiyatları təkcə onlardan iqtisadi və sosial fayda əldə edən yerli əhaliyə deyil, eyni zamanda bütün bəşəriyyətə xidmət edən bir sərvətdir. 
Dayanıqlı turizmin inkişafı region üçün xarakterik turizm ehtiyatlarının özünəməxsusluğundan yaranır. Hər bir regionun iqtisadi və sosial inkişaf səviyyəsinə görə burada təşkil olunacaq turizm xidmətləri region iqtisadiyyatında elə bir paya malik olmalıdır ki, onlar balanslı şəkildə iqtisadiyyatın digər sahələrinə öz stimullaşdırıcı təsirini göstərə bilsin. Bu, mürəkkəb bir məsələ olmaqla, turizmin uzunmüddətli planlaşdırılması zamanı qarşıya çıxan ən mühüm şərtlərdən biri sayılır. Ona görə də turizm idarəolunması təşkilatlarının, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin, turizm firmalarının və sahə üzrə kadr hazırlığı aparan təşkilatların birgə fəaliyyəti öz aktuallığını həmişə saxlamaqdadır.
Muxtar respublikamızda turizmin dayanıqlı inkişafı üçün zəruri olan bütün təməl şərtlər mövcuddur. Bu, hər şeydən əvvəl, regionumuzda turizm ehtiyatlarının öz təbii formasını saxlaması, onların daha az süni təsirlərə məruz qalması ilə bağlıdır. Ona görə də bütün dünya üçün aktual olan bu məsələnin muxtar respublikamız üçün, əslində, bir sərvət olduğu yaxşı qiymətləndirilməli, bundan səmərəli istifadə edilməlidir. İqtisadi dövriyyəyə cəlb olunmuş hər bir turizm ehtiyatının cazibədarlığından maksimum istifadə olunaraq sosial, ekoloji maraqların uzlaşdırılması uzunmüddətli turizm planlaşdırılması üçün əsas hədəflərimizdəndir. Naxçıvan Muxtar Respublikasında turizm infrastrukturu quruculuğu ilə yanaşı, ekoloji vəziyyətin tam nəzarətdə saxlanılması, tarixi və mədəni ehtiyatların qorunub öz əvvəlki görkəminə qovuşdurulması, hər şeydən əvvəl, yüz ildən sonra da bu qiymətli xəzinənin Azərbaycan xalqının və bütün dünyanın istifadəsinə verilməsi deməkdir. Buna nail ola bilmək üçün isə turizmdə təsadüfi, qeyri-elmi yanaşmalara yol verməmək, sahə üzrə kadrların hazırlanmasına ciddi diqqət yetirmək lazımdır. Naxçıvan Dövlət Universitetində və ölkəmizin digər təhsil müəssisələrində hazırlanan, ixtisaslı, xarici dillər bilən, Azərbaycanın və dünyanın turizm ehtiyatlarının potensialına yaxşı bələd olan gənc bakalavr və magistrlər bu vəzifənin yerinə yetirilməsində ən ümidverici qüvvəmizdir. Məqsəd turizmin dayanıqlı inkişafına nail olmaqdır.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283715
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2200
3444
21484
68361
3283715

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter