17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Həyatda sağlam yaşayaraq xoşbəxt olmağı kim arzulamaz ki? Söz yox ki, insan üçün ən qiymətli nemət olan sağlamlıq qədər onun qorunması da ən vacib qayğıdır. Sağlamlığın bərpa olunması üçün isə təbii üsullarla müalicə ən yaxşı vasitə olmuşdur. Yaşadığı yerlərdən yüzlərlə və minlərlə kilometr uzaqda mövcud olan şəfa qaynaqlarına çatmaq üçün insanların etdikləri səyahətlər müalicə və ya sağlamlıq turizmi adı altında hələ çox qədim dövrlərdən məlumdur. Naxçıvanın Duzdağ və Darıdağ kimi unikal təbii ehtiyatlarının istifadəsi ilə təşkil olunan müalicə turizmi də öz populyarlığını getdikcə artırmaqdadır.

Qeyd etdiyimiz kimi, sağlamlıq turizminin qədim tarixi vardır və dini ziyarət turizmi kimi o da insanların ilk səyahətlərinin əsas motivlərindən olmuşdur. Hər iki halda məqsəd sağlamlığın bərpa olunmasıdır. Əgər dini turizm zamanı insanların qazancı ruhi-mənəvi zənginləşmə, uca Yaradana bir addım yaxınlaşma hissləri olursa, müalicə turizmi zamanı isə qazanılan fiziki cəhətdən sağlamlıq, gümrah bədən və yaradıcı iş qüvvəsidir.

Ona görə də öz yaşadığı yerdən daha sərfəli, daha ucuz və ən başlıcası, daha etibarlı müalicə üçün uzaq coğrafiyalara, xarici ölkələrə üz tutanlar əksər hallarda öz ehtimallarında haqlı olurlar.
Müalicə turizmini ümumi halda üç qrupa bölmək mümkündür. Birinci halda xaricdə yerləşən müalicə müəssisələrinə klinik müalicə üçün, məsələn, əməliyyat olunmaq və ya xəstəxanada müalicə kursu almaq üçün səyahət edənlər müalicə turistləri hesab olunur. Bu turizm növü hazırda geniş yayılmışdır. İkinci müalicə turizmi növü təbii imkanlar hesabına, həkim nəzarəti altında müəyyən xəstə­liklərdən müalicə olunmaq, üçüncü sağlamlıq turizmi növü isə yalnız təbiətlə sıx ünsiyyətdə olub (məsələn, çimərlikdə qaralmaq və ya yaylaqda çadır qurub dincəlmək kimi) öz sağlamlığını möhkəmləndirmək və ya bərpa etməkdir. Göründüyü kimi, müalicə turizmi ilə məşğul olmaq üçün kifayət qədər geniş imkanlar vardır. Naxçıvan Muxtar Respublikasında mövcud olan təbii şəraitdən və yaradılmış imkanlardan istifadə etməklə bu istiqamətdə yaxşı nəticələr əldə etmək mümkündür. Bu məqsədlə turizm mövsümünün bu qızğın çağında Duzdağ Fizioterapiya Mərkəzinə baş çəkib buradakı vəziyyətlə tanış olduq. Fizioterapiya Mərkəzində tətbiq olunan “Spleoterapiya” yolu ilə bronxial-astmalı xəstələrin müalicə edilməsi dünyanın müxtəlif yerlərindən bu məqsədlə gələn turistlər üçün çox yaxşı nəticələr verir.
Hələ keçən əsrin 70-ci illərində Duzdağ şaxtalarında təşkil olunmuş yeraltı müalicə mərkəzi geniş şöhrət qazanmışdı. Dünyada analoqu çox az olan belə müalicə üsulu mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, Naxçıvanın təmiz havası ilə bərabər, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı təşkil olunan müalicənin ideal nəticələr verməsinə şərait yaradır. Son dövrlərdə burada yaradılan müasir infrastruktur şəraiti, ixtisaslı həkim və texniki heyət və habelə təşkil olunan digər servislər istər müalicə üçün gələnlər, istərsə də onları müşayiət edənlər üçün hər cür imkanlar yaratmışdır. Nəticədə, Duzdağın möcüzəli müalicəvi xüsusiyyətləri həm ölkəmizdə, həm də bütün dünyada yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığına qovuşmasına xidmət etməklə, əslində, bütün insanlığa xidmət etməkdədir.

Müalicə turizmi öz məzmununa görə sosial turizm kateqoriyasına aid olduğundan, başqa sözlə, insanlar müalicə-sağlamlıq üçün müəyyən vəsaitdən məcburi olaraq istifadə etdiklərindən onlara müəyyən güzəştlər edilməlidir. Qeyd olunmalıdır ki, bu müddəa Ümumdünya Turizm Təşkilatının da tövsiyələrində əks olunub, dövlətlərə və turizm təşkilatçılarına insanların sağlamlığı naminə turizm xidmətlərinin güzəştli qiymətlərlə təklif olunmasını nəzərdə tutur. Bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzində təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkə­lərin vətəndaşları üçün də sərfəli müalicə kursları təklif olunur. Mərkəzdə olarkən öyrəndik ki, burada hazırda 200 nəfər müalicə olunur ki, bu da mərkəzdəki tibbi xidmətlərə olan yüksək tələbatdan xəbər verir. Burada onların sağlamlığı və rahatlığı üçün hər cür şərait yaradılmış, 6 həkim, 23 orta tibb işçisi onlara xidmət göstərməkdədir. Mərkəzin xidmətlərindən istifadə edənlər üçün 1 servis avtobusu, 2 sanitar avtomobili ayrılmışdır.

Mərkəzin baş həkimi Ruslan Süleyman­ovla söhbətimizdə öyrəndik ki, ötən illə müqayisədə mərkəzə müraciət edənlərin sayında 500 nəfərdən çox artım vardır. Onlar arasında dünyanın bir çox yerlərindən gələnlər, bütöv ailələr vardır. Keçən müddət ərzində Türkiyə, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə və digər ölkələrin vətəndaşları Duzdağ Fizioterapiya Mərkəzinin xidmətlərindən istifadə etmiş, öz sağlamlıqlarına qovuşmuşlar. Mərkəzdə olarkən artıq axşamçağı olduğundan burada xeyli qələbəlik idi. Burada müalicə olunanların bir qismi həkimlərin qəbulunda gözləyir, bir qismi mərkəzdəki çay-kofe xidmətindən istifadə edir, bir qismi də mərkəzin girəcəyindən Naxçıvanın günbatımı mənzərəsini seyr edirdi. Söhbət zamanı məlum oldu ki, onların bir çoxu buraya müalicə üçün artıq neçənci dəfədir, gəlir. Burada Azərbaycanın müxtəlif yerlərindən – paytaxt Bakıdan, Tovuzdan, Ağcabədidən gəlmiş müalicə turistləri həm Naxçıvan şəhərində, həm də Duzdağ Fizioterapiya Mərkəzində gördüklərindən xoş təəssürat aldıqlarını bildirdilər. Qazaxıstanlı 13 yaşlı Almas Yanbiyakov isə Bakıda yaşayan qohumlarından Duzdağ haqqında xəbər tutduqlarını dedi. Burada müalicə olunanlarla söhbət zamanı bizimlə bərabər olan baş həkim Ruslan Süleymanov onu da qeyd etdi ki, burada dincəlib müalicə alan bütün insanlar, xüsusən qadın və uşaqların tələbatları üçün hər cür şərait yaradılmış, ciddi müalicə və yuxu rejimi tətbiq olunmuşdur. Çünki insanların yaşına və xəstəliyinin dərəcəsinə görə mərkəzdə qalmalı olduqları müddətdə hər günün öz əhəmiyyəti vardır. Bunu burada qaldıqları müddətdə sağlamlıqları yaxşılaşan insanlar da təsdiq etdilər.

Naxçıvanın suyu, havası, duzu minbir dərdin dərmanıdır. Təbiətin bu torpağa bəxş etdiyi nemətlər isə Azərbaycan xalqının milli sərvətidir. Onlardan bu gün daha səmərəli istifadə olunması isə inkişafımızın tələbi, bütün insanlığın ehtiyacıdır. Duzdağın şəfaverici havası kimi.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284358
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2843
3444
22127
69004
3284358

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter