15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yay fəslinin özünəməxsus qayğılarından biri də, şübhəsiz, məzuniyyət dövrünü mənalı keçirmək istəyənlərin öz tələbatlarına uyğun istirahət növü, yəni müvafiq bir turizm marşrutu seçməkdir. Bu, bəzən ilk baxışda sadə görünsə də, vaxtın azlığı, ölkədaxili və xarici turizm bazarlarındakı təkliflərin çoxluğu və istirahətə getmək istəyənin məlumatsızlığı səfər ərəfəsində bir çox çətinliklər yarada bilər. İstirahətini muxtar respublikamızdan kənarda deyil, onun dilbər guşələrindən birində ailəliklə keçirmək istəyənlər varsa, Naxçıvan-Ərəfsə-Ləkətağ marşrutu onlara maraqlı və yaddaqalan təəssürat vəd edir.
Yay vaxtında səyahətə çıxmaq istəyənlərin seçimləri arasında kənd turizminin öz xüsusi yeri vardır. Məhz ilin isti yay günlərində ailəliklə kənddə düşərgə salıb, yaxud geniş bir kənd evinin bir hissəsini kirayə tutub, nə az, nə çox, üç-dörd həftə yaxşıca istirahət edib, əvəzində də beşgünlük xarici ölkə turunun qiyməti qədər haqq ödəməyi kim bəyənməz ki? Yetər ki, səyahətə yollanmağa həvəs, bir də turizm bazarından baş çıxaran bir dostunuz, yoldaşınız olsun.

Amma söz yox ki, hamının turist səfərinə gedə bilməsi üçün heç də bir bələdçi dostunun olması şərt deyil. Yaşadığınız şəhərdə, regionun bir rayonunda fəaliyyət göstərən tur­operator və ya turizm informasiya mərkəzi varsa, onlar sizə dostunuzdan da yaxşı və sərfəli turlar məsləhət edə bilərlər. Çünki bu, onların işi, bilavasitə vəzifə borcudur.
Naxçıvan Muxtar Respublikasının mümkün turizm marşrutları haqqında fikirlərimizi daha da genişləndirmək, bölgənin turizm potensialını praktik olaraq öyrənmək üçün bu dəfə yeni bir istiqamətə – Ərəfsə-Ləkətağ səmtinə üz tutduq.
Naxçıvanın turizm imkanlarından danışırıqsa, artıq, demək olar ki, hamının yaxşı tanıdığı müqəddəs Əshabi-Kəhf ziyarətgahı, Ordubad, Gəmiqaya, Batabat, Ağbulaq, Duzdağ, Darıdağ, Haçadağ, Əlincə kimi məşhur destinasiyalarla yanaşı, nəyə görə Naxçıvan-Ərəfsə-Ləkətağ, Naxçıvan-Qarabağlar, Naxçıvan-Nehrəm, Naxçıvan-Şahbuz-Qanlıgöl, Naxçıvan-Oğlanqala, Naxçıvan-Ordubad-Göygöl və sair kimi onlarla istiqamətdə turlar təşkil edə bilməyək? Axı bu istiqamətlərdə ilin müəyyən dövrlərində, aylarında, fəsillərində turistlərə təqdim olunası minlərlə tarixi yer və tarixi abidələr, təbii ehtiyat, mineral su mənbələri, unikal bitki nümunələri, qeyri-adi relyef mənzərələri, yaşıllıq və çəmənliklər, bulaq və şəlalələr, yalçın qayalar, daha nələr-nələr vardır. Üstəgəl, hər birinin də öz gözəlliyi və xalq arasında bu günə qədər yaşayıb gələn özünəməxsus tarixi hekayəsi. Bütün bunları bir qonaq gözü ilə bir arada görə bilən, regionumuzun büsbütün müasir yol, nəqliyyat və digər sosial infrastruktur şəraitindən də istifadə etməyi bacaran hər bir kəs göstərilən marşrutların mümkünlüyünə əmin ola bilər.
Turizm fəaliyyətində qonaqpərvərlik çox mühüm anlayışdır və onun gücündən həmişə istifadə edilməyə çalışılır. Bütün dünyada, demək olar ki, standart qəbul edilmiş peşəkar qonaqpərvərlikdən başqa, milli qonaqpərvərliyin elə element­ləri vardır ki, onları görmək, görüb sevmək üçün dağ-daş, dərə-təpə demədən hər yerə üz tutmağa dəyər. Qoy üzüyuxarı yamaca sərilmiş gəvən tikanları ayağını incitsin, amma günün sonunda düşərgəyə qayıdanda onu biləcəksən ki, o qalxdığın zirvə də artıq sənindir. Şəhərin komfortuna öyrənmiş ayaqlarımız bir az yorulub sızıldasa da, yolda tanış olduğumuz şair qəlbli cavanın incə ruhunun mayasının Ləkətağın möhtəşəm Naxçıvan panoramalı Dəmirli zirvəsindən, Əlincəçayın yayın ortasında da çoşqun sularından gəldiyini kəşf etmək qədər tapıntı varmı? Amma hələ gəlin tələsməyək. Naxçıvandan Ləkətağa qədər yolüstü çox qeyri-adi mənzərə bizi gözləyir. Çeşməbasar yolundan başlayaraq Naxçıvanın tarix yaşıdı Əlincə qalasının, bir sərkərdə kimi məğrur Haçadağın ecazkar görüntüləri dəqiqələrcə adamı yerində dondura bilər. Qədim yurd yerlərindən xəbər verən Qazançı körpüsü yaxınlığında dayanıb bu yerlərin tarixi haqqında da qonaqlara danışmaq yerinə düşər. Ərəfsənin Ərəcisindən Ləkətağın Qızılqayasınadək gəzib dolaşan səyahət həvəskarları üçün isə burada kəşf olunacaq daha nələr yoxdur ki?! Kəndin sizi gülərüzlə qarşılayan istənilən cavanından xahiş etsəniz, o, sizə həvəslə Qoşaçeşmə bulağınadək bələdçilik edib, Ağsu bulağının dumduru suyunun sirlərindən danışa bilər. Burada hamı öz iş-gücündə, təsərrüfatında, quruculuğundadır. Amma onların kəndə kənd turizmi üçün gələcək çoxlu sayda turistlərə də ayırmağa vaxtı var. Yerli camaat üçün yaradılmış müasir xidmətlərdən istifadə edə bilən şəhərli qonaqların əl dəyməmiş təbiət qoynunda keçirəcəyi hər mənalı gün isə onların yaddaşında uzun müddət qalacaqdır. İstərsən piyada cığırları ilə, istərsən CİP model maşınlarla o zirvəsi çənli dağlara qədər yollar açıqdır. Gəzib baxmağa isə dəyər. Niyə olmasın? İndi adamlardan bir çoxu artıq çəkidən əziyyət çəkdiyi üçün axşamları şəhərin səkilərində gəzişməklə kifayətləndiyi halda, səhərləri sübh erkəndən səhər idmanına çıxanları çox az görürük. Amma burada, qonaq qaldığınız kənddə səhər saat 6-da yuxudan qalxıb, bal-qaymaqlı səhər yeməyinizdən dərhal sonra turist çantası ilə yürüşə çıxmaq ən yaxşı təbii müalicədir. Şəhərdə gecə saat 1-də yatağa girib, səhər saat 11-dək “yuxu bişirənlərin” əksinə olaraq, Ləkətağ kimi kəndlərimizdə canlı həyatın ritmi sanki Günəşlə bərabər tənzimlənir. Həkimlərimiz də tez-tez bunu məsləhət edirlər: təbiətlə ahəngdar yaşayın! Bax budur uzun­ömürlüyün sirri. Odur ki, bu yay Naxçıvanın quru, təmiz havasından uzaqlaşmadan, abad, ancaq sakit və xudmani bir kənddə dincəlməyi düşünsəniz, biz sizi Ləkətağa dəvət edirik. İnsanın qanını coşduran Naxçıvan-Əlincə yolunun enişli, yoxuşlu ecazkarlığı qədər, əsəbləri sükuta qərq edən Ləkətağın sərin-səfalı bağ-bağatında dincəlməyə dəyər.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276406
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1848
4179
14175
61052
3276406

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter