21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dövlətin sosial siyasətinin mexanizmləri arasında insanların asudə vaxtının səmərəli təşkili məsələləri mühüm yer tutur. Əhalinin bütün təbəqələrinin – yaşlıların, məhdud fiziki imkanlıların, uşaq və gənclərin mənalı istirahətlərinin təmin olunması, bütövlükdə, cəmiyyətin insan inkişafı indeksi göstəricilərində arzuedilən nəticələrə gətirib çıxarır. Artıq bütün dünyada insanın ömür uzunluğunun, keyfiyyətli həyat şəraitinin onun asudə vaxtının necə keçirilməsindən bilavasitə asılı olduğunu hamı yaxşı bilir və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir kəsin bundan maksimum dərəcədə faydalanmasına çalışılır. Sosial turizm kimi də tanınan və dövlətin müxtəlif əhali qruplarını əhatə edən belə qayğısını artıq muxtar respublikamızın uşaq və gəncləri, hərbçi ailələri, məhdud fiziki imkanlı insanları yaxından hiss etməkdədirlər. Ağbulaq İstirahət Mərkəzində indiyə qədər istirahət edib dincələn yüzlərlə məktəbli və gəncin təəssüratları bunu bir daha təsdiq edir. 

Şübhəsiz, səyahət edib dincəlmək, fiziki və mənəvi rekreasiya tələbatını ödəmək üçün turizm səfərlərinə yollanmaq çox uğurlu seçimdir və bu zaman alınan təəssürat insanın yaşayış yerindən fərqli olaraq daha yaddaqalan olur. Dünyada hər il milyonlarla insanı turizm səfərlərinə çəkən də məhz bu qüvvədir. Əgər istirahət etmək üçün vaxt varsa və bunun üçün lazımi şərait yaradılmışdırsa, onda turizmin fenomen gücü özünü göstərəcəkdir. Bunun səmərəsindən məqsədyönlü şəkildə istifadə olunması isə bilavasitə dövlətin nəzarətilə müvafiq qurumların həyata keçirdikləri tədbirlərlə yerinə yetirilir. Bu ilin yay turizm mövsümü başlanandan bəri Ağbulaq İstirahət Mərkəzinə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası xətti ilə istirahətə gedənlər də dövlətin onlara göstərdiyi belə qayğını yaxından hiss edirlər. Ötən həftə mərkəzə baş çəkərkən burada istirahət edən uşaqlarla görüşüb təəssüratlarını öyrəndikcə inkişaf edən ölkəmizin hər guşəsində olduğu kimi, doğma Naxçıvanda da insanların xoşbəxt yaşayışı üçün hər şəraitin yaradıldığının bir daha şahidi olduq.
Naxçıvan Muxtar Respublikasında insanların asudə vaxtlarında gəzib-görməli, istirahət edib əylənmələri üçün yerlər çoxdur. Ancaq sürətli inkişafın axarına uyğun olaraq, sosial qayğıya ehtiyacı olan insanların təbiətlə sıx ünsiyyətdə, müasir tələblərə cavab verən bir şəraitdə istirahətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz, indi çoxları özünün asudə vaxt imkanlarına və mədəni istirahəti təşkiletmə bacarığına görə buna müstəqil təşəbbüs edir, məzuniyyət dövründə, həftəsonu günlərində muxtar respublikamızın bir çox yerlərinə ailəsi, dost-tanışları ilə birgə səfərlər edib dincəlirlər. Regionda yol infra­strukturunun tamamən yenidən qurulması, əhalinin həyat səviyyəsinin yüksəlməsi kimi amillər də burada özünü göstərir və bu proses yaxşı bir hal kimi ildən-ilə daha da kütləviləşir. Ancaq diqqətçəkən bir cəhət burada istirahət turlarının təşkilati deyil, fərdi təşəbbüslərlə təşkil olunmasıdır ki, bu zaman da adamları narahat edən bir sıra suallar, yaranan bəzi xoşagəlməz hallar və gözləniləndən uzaq nəticələr yenə də məsələni təşkilati turizmin əhəmiyyətinə qaytarır ki, bu da Ağbulaq İstirahət Mərkəzi kimi modern bir məkanda təşkil olunan istirahət turlarında özünü göstərir.
Ötən həftə Ağbulaq İstirahət Mərkəzində olarkən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının xətti ilə buraya istirahətə gəlmiş növbəti məktəbli qrupu ilə tanışlıq imkanı əldə etdik. Muxtar respublikanın müxtəlif yerlərindən gəlmiş məktəblilərin burada qaldıqları bir həftə ərzində hər gün yaddaqalan tədbirlər, oyunlar, yarışlar keçirilib. Şübhəsiz, dəniz səviyyəsindən təqribən 2 min metr yüksəklikdə, yaşıl təbiətin qucağında keçirilən hər gün onların yaddaşında uzun müddət qalacaqdır. Bu isə gənc­lərin sağlam və gümrah böyüməsində olduğu kimi, onların tərbiyəsində də mühüm əhəmiyyətə malikdir. Çünki birgünlük tələm-tələsik, proqramsız təşkil olunan gəzintilərdən fərqli olaraq, belə istirahət mərkəzlərində mütəşəkkil formada keçirilən istirahət turları öz məqsədyönlülüyü ilə digərlərindən çox fərqlənir. Belə ki, burada müxtəlif yaşdan olan məktəblilərin bir-biri ilə dostluq qurması, onların təbiətlə birbaşa ünsiyyət yaradaraq müxtəlif ekskursiya marşrutlarına yollanması üçün əlverişli şərait vardır. Burada tərbiyəçilər tərəfindən təşkil olunan kollektiv yarış və oyunlar, Naxçıvanın görməli yerləri ilə tanışlıq, Şahbuz Dövlət Təbiət Qoruğuna, Batabat Astrofizika Rəsədxanasına edilən ekskursiyalar zamanı uşaq və gənc­lərə verilən informasiya onların gələcəkdə hərtərəfli şəkildə formalaşması, dünyagörüşünün artması üçün çox əhəmiyyətlidir. Bütün bu tədbirlər isə istirahət mərkəzindəki Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndəsinin nəzarəti altında həyata keçirilməkdədir. Mərkəzdə hər bir məktəbliyə ciddi diqqət göstərilməkdə, hər gün fərdi qaydada onların sağlamlığına nəzarət edilməkdədir. Bu isə çox vacibdir. Çünki sağlam və hərtərəfli formalaşmış gənc nəsil yetişdirmək dövlətimizin ən əsas qayğılarından biridir. Bu qayğını isə onlar hər yerdə – təhsildə, təlim-tərbiyədə gördükləri kimi, asudə vaxtlarında da yaxından hiss edirlər. Elə bu qayğının nəticəsidir ki, Ağbulaq İstirahət Mərkəzi artıq uşaq və gənclərin sevimli məkanına çevrilmişdir.
Naxçıvan təbii ehtiyatlarla zəngin, inkişaf edən bir regiondur. Bu sərvətlərimizin gələcəkdə daha dayanıqlı və daha dəyərli olması isə onların insan resurslarımız istiqamətində sərf edilməsidir. Çünki bu gün uşaq və gənclərimizin mənalı istirahətinə, sağlamlığına və vətənpərvər ruhda tərbiyəsinə çəkilən bütün xərc gələcəyimizin ən dəyərli yatırımıdır.

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3045052
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
813
5665
22284
96383
3045052

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter