15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında davam edən sürətli sosial-iqtisadi inkişaf özünü sosial sferanın müxtəlif sahələrində, o cümlədən turizmdə də göstərir. Bölgəyə ildən-ilə artan turist axını iqtisadiyyatın digər sahələrinin də inkişafına öz müsbət təsirini göstərməkdə, Naxçıvanın dünyaya tanıdılmasında mühüm rol oynamaqdadır.
Artıq yay turizm mövsümü sona yaxınlaşmaqdadır. Bəs bu il turizm mövsümündə hansı nəticələr əldə olunmuşdur? Bu sualla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Aldığımız məlumatda cari ilin ilk səkkiz ayında muxtar respublikaya 200 mindən çox sayda turist gəldiyi göstərilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Muxtar respublikaya gələn əcnəbi turistlərin də sayında artım müşahidə olunmaqdadır. Belə ki, bəhs olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını xarici ölkə vətəndaşıdır. Bu baxımdan təkcə cari ilin avqust ayında 11 min 333 nəfər əcnəbi muxtar respublikaya gəlmişdir. Muxtar respublikamıza gələn əcnəbi turistlərin ölkə vətəndaşlığına nəzər saldıqda sırası ilə Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa Birliyi ölkələri, Amerika Birləşmiş Ştatları, Baltikyanı ölkə­lər, Cənubi Koreya, Çin və digər ölkələr görünməkdədir.

Əcnəbilərin Naxçıvanda olduqları müddətdə ən çox maraqlandıqları məkanlar sırasında isə muxtar respublikanın tarixi yerləri, mədəniyyət obyektləri, təbiət abidələri, ziyarətgahlar üstünlük təşkil edir. Onlara lazım olan xidmətlərin göstərilməsi üçün isə artıq hər cür şərait mövcuddur.
Muxtar respublikamıza rekreasiya, ziyarət, işgüzar, müalicə, tanışlıq və sair məqsədlərlə səfər edən turistlərə müasir standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif olunmaqda, onlar üçün ekskursiyalar təşkil edilməkdədir.
Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya turizm” firması, Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyi bu işlərin təşkilində fəallıq göstərirlər. Nazirlikdən onu da öyrəndik ki, bu il turizm fəaliyyəti ilə məşğul olmaq üçün daha 2 fiziki şəxsə lisenziya verilmişdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3274662
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
104
4179
12431
59308
3274662

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter