25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

1980-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən sen­tyabrın 27-si Ümumdünya Turizm Günü elan olunmuşdur. Turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafındakı rolunun göstərilməsi, eləcə də müxtəlif ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyan bu əlamətdar gün 2001-ci ildən ölkəmizdə də qeyd olunur.
Turizm dünyanın bir çox ölkələrində ümumdaxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının gücləndirilməsində iqtisadiyyatın əsas sahəsi kimi götürülür. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafi diqqət mərkəzindədir.
Ölkəmizdə turizm sahəsinin əsaslı inkişafı, turizm şəbəkələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq bu sahədə mühüm qərarlar qəbul edilmiş, ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu dövrdə Azərbaycanda geniş turizm və ekskursiya bazaları şəbəkəsi yaradılmış, müasir mehmanxanalar inşa olunmuşdur. Belə ki, 1978-ci ildə Naxçıvanda, 1980-ci ildə Lənkəranda, 1982-ci ildə Qazaxda, Şamaxıda və Azərbaycanın başqa bölgələrində səyahətlər və ekskursiya büroları fəaliyyətə başlamışdır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda turizm sahəsində bir sıra uğurlu nəticələr əldə olunmuş, turist-ekskursiya təşkilatları keçmiş SSRİ-nin 170-dən çox şəhərinin turist təş­­kilatları ilə əlaqə saxlamağa başlamışdır.

Müstəqillik illərində turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə cavab verən yeni yanaşma tələb edilirdi. Ulu öndər 1999-cu il iyulun 27-də “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalamışdır. Bu fərman Azərbaycan Respublikasında turizm bazasının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyənləşdirir.
2001-ci il sentyabrın 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu təşkilata üzv olmuşdur. Ölkədə turizmin sürətli inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixdə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Pro­qramı” təsdiq edilmişdir. Bununla, turizm sahəsində sahibkarlığın, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafı, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilmişdir. Bu proqramın qəbulu müstəqillik illərində turizmin möhkəm əsaslarını yaratmaq istiqamətində mühüm rol oynamışdır. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olunmuşdur.
“Turizm sahəsi hər bir ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm vasitədir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev bu sahəyə böyük diqqət və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, ölkənin regionlarında yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Dövlət başçısının 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsini təmin etməkdir. Dövlət proqramının icrası sosial-iqtisadi sahədə irəliləyişə səbəb olmuş, turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Ölkə­mizdə fəaliyyət göstərən müasir mehmanxana və mehmanxanatipli müəssisələrin sayı getdikcə artır, respublikamıza gələn turistlər üçün yeni imkanlar yaradılır. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” isə turizm-kurort sahələrinin planlı inkişaf etdirilməsini və səmərəli istifadəsini nəzərdə tutur.
Ölkəmizdə xarici turizmlə yanaşı, daxili turizmin inkişafına, eyni zamanda sosial turizmin – aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönəldilən turizmə də diqqət yetirilir. 2006-cı ildən ölkəmizdə Turizm İnstitutu yaradılmış, bu sahə üçün ixtisaslı kadrların hazır­lanmasına başlanılmışdır. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi isə dövlətimizin bu sahənin inkişafına xüsusi önəm verməsinin ifadəsidir.
Əlverişli coğrafi mövqeyi, müx­təlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir inkişafı muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində qədim diyarımızda turizmin inkişafı üçün mühüm işlər həyata keçirilir. Bu gün muxtar respublikamızda turizm fəaliyyətinə lisenziya almış 2 fiziki və 2 hüquqi şəxs, 21 mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turizm marşrutları fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr, 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələri bu qədim diyarın turizm potensialını daha da yüksəldir.
Muxtar respublikada turizmin inkişafını şərtləndirən əsas amillərdən biri də müasir infrastrukturun yaradılmasıdır. Son illər bu istiqamətdə xeyli işlər görülmüş, şəhər və rayonlarda yeni parklar salınmış, istirahət və əyləncə kompleksləri istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, tarixi abidələr bərpa edilərək əvvəlki görkəminə qaytarılmış, abad yollar salınmış, rabitə xidməti yüksək səviyyədə yenidən qurulmuşdur. Artıq müasirləşən Naxçıvan kəndləri ekoturizmin və kənd turizminin inkişafına öz təsirini göstərməkdədir. Rahat yol, fasiləsiz enerji təminatı, ən ucqar kənddə belə, sürətli internet, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalar, mədəniyyət evləri bu gün muxtar respublikanın kəndlərini turistlərin əsas üstünlük verdikləri məkana çevirmişdir. Ötən il Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin açılması turizm sahəsində aparılan işlərin ardıcıl və davamlı olduğunu göstərir. Ağbulaq kəndi təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti ilə turizmin inkişafı üçün böyük imkanlar açır. Burada qış turizminin inkişafı üçün də imkanlar mövcuddur.
Mineral su bulaqlarına və duz yataqlarına görə Naxçıvan Muxtar Respublikası dünyanın ən zəngin bölgələrindəndir. Bu təbii ehtiyatların müalicəvi əhəmiyyəti isə muxtar respublikaya müalicə turizmi məkanı kimi şöhrət gətirmişdir. Son illər Naxçıvana şəfa tapmaq məqsədilə gələnlərin sayının artması turizmin bu sahəsinin inkişafına göstərilən diqqətin nəticəsidir. 2008-ci ildə yenidən qurulan Duzdağ Fizioterapiya Mərkəzində müayinə, müalicə üçün hər cür şərait yaradılmışdır. Unikallığı ilə dünyada yeganə olan bu müalicə mərkəzi tənəffüs yollarının qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanların ən çox üz tutduğu məkandır. Darıdağ mineral su yatağı da müalicə əhəmiyyətinə görə nadir su mənbələrindən hesab edilir. Optimal arsenli su ehtiyatı olan Darıdağ Balneoloji Müalicəxanasında yaradılan şərait də turistlərin diqqətini daha çox cəlb edir.
Naxçıvanın dini ziyarətgahları buraya gələn qonaqların böyük marağına səbəb olur. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Bu mənada dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları mədəni irsimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır.
Bundan başqa, son illərdə muxtar respublikamızda tarix-memarlıq abidələrinin bərpasına böyük diqqət yetirilməsi, Naxçıvan Dövlət Universitetində turizm sahəsində ixtisaslı kadrların hazırlanması turizmin inkişafına xidmət edən amillərdən hesab edilməlidir. Muxtar respublikanın turizm potensialını tanıtmaq üçün 2006-cı ildə “Turizm, inkişaf və perspektivlər” və 2008-ci ildə “Dini və sağlamlıq turizmi: mənəvi və fiziki istirahətin təşkili” beynəlxalq konfransları turizm imkanlarının təbliğ edilməsində əhəmiyyətli rol oynamışdır.
2012-ci ildə Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyyə-Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır. Mərkəz öz fəaliyyətini turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, buraya müraciət edənlərə otellər, tarixi və mədəniyyət abidələri, turfirmalar və bələdçilər haqqında məlumat verilməsi, həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə regionun ilbəil inkişaf edən turizm potensialının təbliği istiqamətində qurmuşdur. Artıq Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində fəal iştirak edir. Bu il 35-dən çox ölkənin, 260-a yaxın şirkətin iştirakı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası da təmsil olunmuşdur. Keçən il muxtar respublikamıza 370 min 638 nəfər turist gəlmişdir ki, bu da 2012-ci ildəki müvafiq göstəricini 3,3 faiz üstələyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.
Muxtar respublikamızın təbii və maddi-mədəni sərvətləri turizmin inkişafına geniş üfüqlər açmaqdadır. Bu potensial olduqca böyükdür. Hər birimiz vətəndaş kimi yaşadığımız qədim diyarın təmiz suyunun, təmiz havasının, nadir heyvanlar aləminin, zəngin bitki örtüyünün, meşə massivlərinin ekoturizm üçün əlverişli olduğunu dərk etməklə torpağımızın qədrini bilməli, onu qiymətləndirməyi bacarmalıyıq. Bu sahədə maarifləndirmə və təbliğat işi aparmaq, mövcud informasiya resurslarından geniş istifadə etmək, əhali arasında bölgəmizin turizm potensialını geniş izah etmək lazımdır. Unutmamalıyıq ki, yaxın illərdə Naxçıvana gələn turistlərin sayı daha da artacaqdır. Həm də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da muxtar respublikanın turizm imkanlarını təqdim etmək baxımından əhəmiyyətli hadisə olacaqdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062225
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
831
4327
5158
113556
3062225

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter